RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə15/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   11   12   13   14   15   16   17   18   ...   97

50 
türkəçarələri, yalanları, duaları, caduları, tapmacaları, 
yalvarış  və yalvarmaları, söyüşləri, öyüdləri, tərifləri
şərləri, sağlıqları, başsağlıqlarını, təsəlliləri aid etmək 
olar (60).  
Bundan  başqa mərasim folkloruna xalq oyunları da 
daxildir. Xalq oyunlarının qədim növü ritualla bağlı 
olmuşdur. Bu səbəbdən də xalq oyunları öz daxilində 
məzmunundan asılı olaraq ritualın yaşamasını  və 
fəaliyyətini təmin edir. Rituallar təsərrüfat həyatı ilə çox 
yaxından bağlı olduğuna görə, mövsümi görüşləri də 
özündə yaşada bilir. Məsələn,  əkinçilik, maldarlıq, 
qoyunçuluq mövsümü başa çatandan sonra xalq bunu 
bayram  şəklində qeyd edərək, ritual oyunlar vasitəsilə 
ona öz münasibətini açıqlamışdır. Belə oyunlara rəqslər, 
mərasim oyunları, məişət oyunları, ictimai məzmunlu 
oyunlar və  uşaq oyunları daxildir. Onların içərisində 
rəqsləri fərqləndirmək istəyirik. Yallı rəqsinin timsalında 
ritual oyunların tarixi semantikasını ayrıca qeyd etmək 
olar. Toylarda və başqa mərasimlərdə oynanılan bu rəqs 
çox qədim zamanlarda dağ tanrısının  şərəfinə oynanılan 
ritual rəqs olmuşdur. O zaman bu rəqsi ancaq kişilər icra 
edərmiş, qadınları isə dağ ruhunun müqəddəsliyini 
qorumaq üçün ritualın icra olunmasına yaxın 
buraxmamışlar. Qurban kəsilməsi ilə müşayiət olunan bu 
ritual rəqs bir neçə dəfə dağın yamacında dövrə vurmaqla 
başa çatırdı. Bu rəqs ümumxalq oyunu kimi çox sonralar 
sabitləşmişdir. 
Mərasim oyunları içərisində  ən çox diqqəti cəlb 
edən “Qodu-qodu” oyunudur. E.Aslanov qeyd edir ki, 
vaxtilə bu oyunu yaşlılar oynayırmış, bu əsatiri tamaşa 
onlar üçün öz mahiyyətini itirdikdən sonra müxtəlif yaş 
qruplu uşaqların oyununa çevrilmişdir (2, s.55). Bu oyun 
öz semantikasına görə mifoloji təsəvvürlərlə sıx bağlıdır. 
Oyunun mahiyyətində uzun müddət yağan, kəsilmək 


51 
bilməyən yağışlardan sonra günəşin çıxmasına yaranan 
arzu, ehtiyac dayanır. Uşaqlar günəşin rəmzi kimi 
taxtadan düzəltdikləri kuklaya qırmızı paltar 
geyindirərək, onu qapı-qapı, küçə-küçə gəzdirir, günəşin 
çıxması arzusunu əks etdirən nəğmə oxuyur, qoduya pay 
yığırlar. 
Mərasim oyunları içərisində  Şah oyunu, Xan-xan 
oyunu da Novruzla bağlıdır (35, s.208). Novruzda 
oynanılan oyunların hamısı türk xalqları üçün səciyyəvi 
xüsusiyyət daşıyır, başqa xalqlarda bu oyunların 
oynanılmaması diqqət çəkir. Bu oyunlar zorxana 
tamaşaları, cıdır yarışları, at üstə  kəməndatma, 
qılıncoynatma, gözbağlıca oyunları, kəndirbazlıq, sinə 
oyunu, daşqaldırma, qoç, xoruz, buğa döyüşdürmələri və 
s. tamaşalardan ibarətdir. 
Novruzda xüsusi bayram oyunları da oynanılır. 
Novruzda dilək tutma, çillə  çıxartma, niyyət etmə, qapı 
pusma, su falı, Xıdır Nəbi ilə bağlı inanclar, dan üzünün 
ağarmasını yatmadan gözləmək, səməni xonçası 
bağlamaq da düşümlü sayılır. 
Mərasim oyunları içərisində süjetli oyunları da 
misal göstərmək olar. Belə oyunlarda süjetlilik onların 
çox sistem təşkil etməsində  və kütləvi halda icra 
olunmasındadır. Belə oyunları  təşkil edən böyük yaşlı 
gənclərdir. Yalax-qoz, Çilingağac, Gizlənpaç, Beş daş, 
Dirədöymə,  Əlimsəndə, Xan-vəzir,  Şatır, Xıy-xıy (35, 
s.209 – 216) oyunları öz spesifik xüsusiyyətləri ilə 
seçilirlər. Azərbaycan mərasim folklorunda oyunların 
çeşidləri lap çoxdur. Belə oyunlara Fal oyunu, Lağ oyu-
nu, Gecə oyunu, Əl  əl üstündə, Doqquz ayağ, Dardar, 
Darı  sərdi, Deybamehr, Dəsmalaldıqaç, Dikdəstə, Abdal 
oyunu, Ağcaqoyunlu, Alaylar, Altunqabaq, Aşura, 
Arzıman, Zorxana oyunları, Bəhməngan mərasimi
Bərqəngan, Bulaqbaşı, Cəhribəyim, Laloyunu (Ceyrani), 


52 
Çömçəxatın, Dağaköçdü, Danatma, Dodu-dodu, Əkəndə 
yox, biçəndə yox, Ərdibehiştəğan (Ordubehişt), Gülab 
bayramı, Hodaq-hodaq, Xəzan, Xıdırxıdır, Xıdırnəbi, 
Xınayaxdı, Cütçü şumu,  İsfəndəgan, Kaftarküs, Kəvsəc, 
Kosa-kosa, Kosa-gəlin (yağış yağdırmaq niyyəti ilə 
keçirilən mərasim oyunu), Qapıpusdu, Qədir gecəsi 
(Fərvəndəgan), Baca-baca, Mahtabi, Mehrigan, 
Mərdgiran,  Şahbəzəmə, Mirbazi, Şaman oyunu, 
Tuqayməlik və s. oyunları misal göstərmək olar (5). 
Azərbaycan folkloru türk xalqlarının milli 
folklorları içərisində  ən zənginidir. Azərbaycan 
folklorunun tipikliyi ən qədim dövrlərdə, hətta paleolit 
dövründə yaranması  fərz edilən  nəğmələrdən bilinir, 
ilkin janrların ibtidai formalarının bu günümüzədək gəlib 
çatması da bunu təsdiq edir. Bunlar, əsasən,  şifahi xalq 
yaradıcılığımızın əfsun, fal, and, alqış, qarğış, türkəçarə, 
layla, oxşama, ağı, mərasim nəğmələri, atalar sözləri, 
inanclar, ilkin əmək nəğmələri – əkinçi nəğmələri, yada 
nəğmələri, sayaçı  nəğmələri, sağın nəğmələri, ovçu 
nəğmələri, balıqçı  nəğmələri, ipəkçi nəğmələri, hana 
nəğmələri kimi örnəkləridir. 


53 
MƏRASİM FOLKLORUNDA LİRİK ÜSLUBUN  
NƏĞMƏ JANRLARI 
 
Mövsüm və mərasim nəğmələri. 
 Azərbaycan folklorunda nəğmə tipləri bitib-
tükənməzdir. Azərbaycan xalqının yuxarıda bəhs 
etdiyimiz konkret nəğmə formalarından başqa ümumi 
səciyyəli mövsüm  mərasimi və  məişət mərasimi 
nəğmələri də mövcuddur ki, onların da hər birinin estetik, 
psixoloji, mənəvi dəyərləri vardır. Mövsüm mərasimi ilə 
bağlı  nəğmələr iki yerə ayrılır: a) ayrı-ayrı  təbiət 
hadisələri və etiqadlarla bağlı yaranan nəğmələr; b) ilin 
müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran 
nəğmələr. 
Ayrı-ayrı təbiət hadisələri və etiqadlarla bağlı nəğ-
mələr öz motivinə, həm də qədimliyinə görə diqqəti cəlb 
edir. Bu nəğmələrdə təsvir olunan təbiət hadisələri qədim 
insanların  şüurunda  əks-səda verən ilkin inanışları  əks 
etdirir. Onlar belə  nəğmələrin köməyi ilə  təbiətə  təsir 
etməyin mümkünlüyünə inanmışlar. Bu nəğmələrdə ayrı-
ayrı  təbiət ünsürləri insanlaşdırılır, insana aid olan 
keyfiyyətlər,  əlamətlər onların üzərinə köçürülür. 
Məsələn, onlar günəşi çağıran nəğmə oxumaqla 
düşünmüşlər ki, günəş öz atı ilə  gəzir, onun atı ilahi 
mənşəlidir, o, bu atı minəndə istilik gətirir, hər  şey 
canlanır. Nəğmənin sonrakı misralarında isə onun 
insanların köməyinə tez yetişməsi arzu olunur.  
Beləcə insanlar öz nəğmələrində küləyi də 
obrazlaşdırır, onu Yel baba adlandırır. Mövsüm 
nəğmələrinin bir qismi yağışın yağdırılmasına, bir qismi 
də yağışın kəsməsinə həsr olunmuşdur. Məsələn, “Qodu-
qodu” nəğmələri aramsız yağan yağışların qarşısını 
almaq üçün xalq tərəfindən düşünülmüş bir ritual 
hadisəsi kimi günəşin  şərəfinə oxunur. Başqa bir 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə