RAMİL ƏLİYEV
AZƏRBAYCAN ŞİFAHİ
XALQ ƏDƏBİYYATI
(Müasir aktual problemlər)
Azərbaycan Respublikası
Təhsil Nazirinin 29.06.2012-ci il
tarixli 1234 №-li əmri ilə dərs
vəsaiti kimi təsdiq edilmişdir.
Bakı – 2014
2
Bismillahir-rəhmanir-rəhim
Elmi redaktoru:
Ramazan Qafarlı,
filologiya üzrə elmlər doktoru,
professor
Rəyçilər: H.Qasımov,
f.ü.e.d., prof.
S.Rzasoy,
fil. ü.e.d., dosent
R.Məmmədov,
fil.ü.f.d., dosent
Q.Umudov,
fil.ü.f.d., dosent
İ.Orucəliyev,
fil.ü.f.d., dosent
Z.Bayramlı,
Fil.ü.f.d.
Ramil ƏLİYEV. Azərbaycan şifahi xalq ədəbiyyatı
(Müasir aktual problemlər). - Bakı: “ ” nəşriyyatı, 2014.
– 350 s.
© Ramil Əliyev, 2012
© Ramil Əliyev, 2014
3
ÖN SÖZ
(Redaktordan)
Azərbaycan xalqının poetik şifahi xalq yaradıcılığı
ənənəvi mədəniyyətin əsas tərkib hissələrindən birini
təşkil edir. Folklor da daxil olmaqla hər bir mənəvi
mədəniyyət müəyyən tarixi-ictimai şəraitdən asılıdır və
real məzmun daşıyır, həmişə xalqın həyat şəraiti və
məişəti ilə sıx bağlıdır, özündə xalqın bütöv keçmişini,
yaşadığı və yaşayacağı dövrün bu və ya digər
xüsusiyyətlərini, insanların istəklərini, ən xoş arzularını
əks etdirir. Görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminli
yazır: “Bu sahədə tədqiqə o qədər lüzum vardır ki,
bunsuz xalq ədəbiyyatının təhlili yarımçıq qalır, çünki
xalqı öyrənmənin başlıca yolu onun dimağı məhsullarının
toplanmasından daha əfsəl o məhsulların açarını
tapmaqdır. Bu “açar” da həyatımızın elmi və tarixi
tədqiqindən ibarətdir”.
1
Əgər belə olmazsa şifahi xalq ədəbiyyatının ictimai
təbiətini, mahiyyət və xarakterini düzgün başa düşmək
olmaz. Bir də onu nəzərə almaq lazımdır ki, folkloru
yaradan, onu mühafizə edən və inkişaf etdirib
zənginləşdirən xalqdır.
Folklor söz sənətidir. İlk dövrlərdə ayrı-ayrı fərdlər
tərəfindən yaradılsa da, sonrakı şifahi şəkildə yaddaşlarda
yaşamında kütlələrin yaradıcılıq məhsuluna çevrilmiş,
ədəbiyyatın, incəsənətin doğulma ərəfəsində ovçuluq,
maldarlıq (xüsusilə qoyunçuluq) və
əkinçilik
məşğuliyyətlərindən asılı olmuşdur. Təsadüfi deyil ki,
müəyyən peşə və sənətlə əlaqədar yaranan qoşqular bir-
1
Çəmənzəminli Y.V. Əsərləri, III cild. Bakı, 1977, s.82.
4
birinin davamı kimi ağızdan-ağıza, nəsildən-nəsilə
keçərək cilalana-cilanana zəmanəmizə qədər gəlib
çatmışdır. Folklorun rüşeymlərini təşkil edən
holavarlarda, sayaçı sözlərində, ilkin əmək və mərasim
nəğmələrində ulu əcdadın əmək fəaliyyəti, ritualları,
kultları, təbiət və dünya haqqındakı təsəvvürləri əks
olunur.
Xüsusi vurğulamaq lazımdır ki, hər bir folklor
nümunəsinin başlanğıcda, doğulanda yaradıcısı
olmuşdur. Fərdin dilindən çıxan poetik fikir qəbilənin
ümumi malına çevrilmiş və bu mənada xalq yaradıcılığı
ictimai xarakter daşımışdır.
Folklorun elmi təhlili göstərir ki, xalqın
dünyabaxışının əsasını ilkin çağlardan sadəlövh realizm
təşkil etmişdir, onun sosial əsasının formalaşmasına isə
toplanan təcrübə və əmək prosesinin kütləviliyi yardım
göstərmişdir.
Təsadüfi deyil ki, filologiya üzrə elmlər doktoru,
professor Ramil Əliyevin pedaqoq və alim kimi
fəaliyyətinin əsas hissəsi şifahi xalq ədəbiyyatını
araşdırmaq və tədris etməkdir. Mifologiyanın, nağılların
genezisinə monoqrafiyalar, ayrı-ayrı folklor janrlarının
təhlilinə isə çoxlu sayda məqalələr həsr edən pedaqoq-
alimin növbəti kitabı məhz Azərbaycan şifahi xalq
yaradıcılığının müasir aktual problemlərinə həsr
olunmuşdur. Alim girişdə şifahi xalq yaradıcılığının
xüsusiyyətlərindən bəhs açır. Folklor janrlarını altı
qrupda ümumiləşdirən tədqiqatçı mərasim folklorunun
spesifikliyindən danışıb lirik üsluba – xalq nəğmələrinə
keçir. Bu bölmədə mövsüm və mərasim nəğmələri,
məişət mərasimi nəğmələri, əmək nəğmələri, sayaçı
nəğmələri, sağın nəğmələri, əkinçi nəğmələri –
holavarlar, ovçu nəğmələri, balıqçı nəğmələri, ipəkçi
5
nəğmələri, hana nəğmələri və bayatılar müqayisəli
şəkildə araşdırılır. Müəllif dramatik üslubun janrları
bölməsində xalq dramlarının, oyun və tamaşaların
əlamətlərini göstərir.
Dərs vəsaitinin ən maraqlı hissəsi epik üslubun
janrlarına həsr olunan bölmədir. Burada atalar sözü və
məsəllər, rəvayətlər, əfsanələr, lətifələr, nağıllar, aşıq
yaradıcılığı – qəhrəmanlıq (xüsusilə “Kitabi-Dədə
Qorqud” və “Koroğlu” dastanları) və məhəbbət dastanları
haqqında orijinal fikirlər irəli sürülür.
Elmdə hələ tam janrlaşmamış formaları şərti olaraq
“folklorun kiçik janrları” adlandırırlar. Alim bu silsiləyə
daxil olan inanclar, andlar, alqış və qarğışlar, əfsunlar,
fallar, türkəçarələr və yuxularla bağlı folklorşünaslıqda
mövcud olan mübahisə və mülahizələri ümumiləşdirib öz
orijinal qənaətlərini irəli sürür. Müəllif uşaq folklorunun
oxşamalar, laylalar, sanamalar, düzgülər, acıtmalar, uşaq
nəğmələri, tapmacalar, yanıltmaclar, çaşdırmalar və uşaq
nağılları kimi janrlarının da spesifikliyini, ənənəvi
folklordan fərqlənən xüsusiyyətlərini ön plana çəkir.
Dərs vəsaiti ali məktəblərin filologiya
fakültələrinin tələbələri üçün olduqca yararlıdır, həm də
düşüncə tipi və güclü erudisiyası ilə fərqlənən
tədqiqatçılar üçün yazılmışdır.
Ramazan Qafarlı,
filologiya üzrə elmlər doktoru,
professor
Dostları ilə paylaş: |