RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə5/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   2   3   4   5   6   7   8   9   ...   97

15 
nağıllar sehirli nağıllarda totem görüşlərini yeni şəraitdə 
yaşadan nağıl növü kimi meydana çıxdı (56, s.61). 
Söhbət kiçik janrlarla böyük janrlar arasındakı genetik 
bağlılıqdan gedir. Böyük janrlar kiçik janrlardan, bəzən 
də kiçik janrlar böyük janrlardan törəyir. Məsələn, 
rəvayət, lətifə  və nağıllardan atalar sözü və  məsəllər  
yarana bildiyi kimi, nağıl yaradıcılığında da əsatir,  
əfsanə  və  rəvayətdən istifadə olunur. Bu janrlararası 
əlaqə  təsirin  əks-təsirə  bərabər olması, hissənin tamdan 
ayrılması  və yenidən tama birləşməsi  şəklində davam 
edir, zəncirvari reaksiya tipində olur. 
Azərbaycan folklorunda yeni janrların 
yaranmasında kiçik janrların və  əksinə, yeni yaranan 
janrların köhnə janrın özünə təsiri 4 mərhələli ola bilər: 
1. Nəğmə janrından başqa bütün janrlar kiçik 
janrlardan törəmişdir
2.
 
Yeni janr yarandıqdan sonra köhnə janrla 
paralel yaşamışdır; 
3.
 
Yeni janr qarşılıqlı əlaqədə olduğu janrdan ayrı 
müstəqil janr kimi formalaşır, folklor yaradıcılığında 
əvvəlkindən daha fəal iştirak edir; 
4.
 
Yeni janr əvvəlkini ya tamam məhv edir, ya o 
janrın özünü dəyişdirir, ya da onunla paralel yaşayır. 
Xalqların janryaratma prosesini tarixi, ictimai-
siyasi, mədəni  əlaqələrlə  əsaslandırmaq olar. Qədim 
janrlar eyni etnik qrupa daxil olan tayfaların yaradıcılıq 
prosesinin məhsulu idisə, xalq tipi formalaşandan sonra 
folklor yaradıcılığı prosesi fərdi xüsusiyyətlərə malik 
olmağa başladı. Məhz bundan sonra həmin xalqların 
folklorunda bir-birinə  təsir və  əlaqənin yeni formaları 
yarandı. Burada qarşılıqlı təsir və əlaqələrin inkişafının 5 
xüsusiyyətini qeyd etmək olar. 
1. Folklorda yeni janrın yaranması üçün müəyyən 
yaradıcılıq təcrübəsinin olması; 


16 
2.  İntibah nəticəsində köhnə janrın öz qəlibinə 
sığmaması  və yeni janrın yaranmasına ictimai zərurətin 
meydana çıxması, köhnə janrla yeni janrın paralel 
işlənməsi; 
3. Xalq dilinin formalaşması və inkişafı nəticəsində 
etnosun dünyagörüşünün və etiqadlarının ayrı-ayrı 
janrlarda üzə çıxması; 
4. Mövzu, süjet, tematika, motiv və s. yaxınlığı ilə 
bağlı qarşılıqlı təsir və əlaqə; 
5. Janrlararası  əlaqə  və  təsirdə forma və  şəkildə 
olan uyğunluq məzmunca fərqlidir, eyni zamanda qafiyə 
sistemi, bölgü və s. cəhətdən də ayrılır.  
Şifahi xalq yaradıcılığı da, əsasən, üslublar üzrə 
öyrənilməlidir. Hər bir folklor nümunəsi yazıya alınana 
qədər üslublara görə qeydə alınır və lirik, epik və 
dramatik üslublara görə toplanılır.  İbtidai insanların 
folklor yaradıcılığı üslub xüsusiyyətləri  əsasında 
formalaşır.  Şifahi xalq yaradıcılığından bildiyimiz lirik 
üslubun janrları, məsələn,  əmək nəğmələri, laylalar, 
bayatılar ancaq şifahi nitqdə ifadə olunur. Şifahi xalq 
yaradıcılığındakı janrları folklorun şifahi üslubunda olan 
janrlar yaratmışdır.  Şifahi xalq yaradıcılığının epik 
üslubunda olan əfsanə, rəvayət, nağıl və dastan yazılı 
şəkildə qeydə alına bilsə də,   nəqletmədə daha çox özünü 
göstərən həmin mətnlər epik üslubdakı  şifahi nitqin 
nümunəsi olaraq qalır. Bu dediklərimiz daha çox 
dramatik üslubda da özünü  təsdiq edir. Folklorun 
dramatik üslubunda xalq tamaşaları  və oyunları buna 
misaldır. Bildiyimiz kimi, belə oyun və tamaşalar heç bir 
janrlaşmaya məruz qalmamışdır. Onlar şifahi nitqlə  və 
hərəkətlərlə bağlı olduğu üçün, həm də folklorun 
dramatik üslubunun məhsulu kimi, əsasən,  şifahi nitqdə 
yaranmışdır. Xalq dramları yazıya alınandan sonra ondan 
müəyyən janr daxilində danışmaq olar. 


17 
Hər bir şifahi folklor nümunəsi yaranarkən 
folklorun  şifahilik, kollektivçilik, anonimlik, ənənəvilik, 
varislik, transformativlik, tarixilik və s. prinsiplərinin 
süzgəcindən keçir, cilalanır, bədii formaya düşür, 
bunlardan sonra qeydə alınıb janrlaşmaya məruz qalır. 
Folklorun adlarını qeyd etdiyimiz xüsusiyyətlərini qısaca 
şərh edək. 
 
Şifahilik.  
Azərbaycan folklorunun yaranması və yayılmasında 
əsas rol oynayan xüsusiyyətlərdən biri şifahilikdir. Hər 
bir mətn  şifahi nitqdə yaranır və inkişaf edir. Şifahilik 
dilin  əsas funksiyalarından biridir. Şifahi nitq yaddaşla 
bağlıdır və nitqin formasını  təşkil edir. Dildə  və nitqdə 
yaranan ilkin mətn  şifahi olaraq yayılır, müxtəlif 
dəyişikliyə  uğrayır, forma və  məzmununu dəyişə bilir
nəhayət, peşəkar ifaçıların repertuarına daxil olur. 
Bütün  şifahi mətnlər yazının olmadığı  qədim bir 
dövrdən başlayaraq,  şifahi söz yaradıcılığı nümunələri 
kimi diqqət çəkir. Şifahi sözün tarixi çox qədimdir. Onun 
nə vaxt yarandığını müəyyənləşdirmək çox çətindir. 
Şifahi sözün ilk müəllifləri  ən qədim dövrlərdə yaşayan 
qəbilə üzvləridir. Onu yaşadan və nəsildən-nəsilə ötürən 
isə  qəbiləbirləşmələridir.  İlk  şifahi sözlü mətnin 
yaradıcısı unudulduğundan qəbilə üzvləri şifahi mətnlərə 
yaradıcılıqla yanaşmağa başlamışlar.  Şifahi mətnlərə 
unudulmaq və yenidən deformasiyaya uğramaq xassəsi 
xas olduğundan onların müəllifliyi əhəmiyyətli sayılmır. 
Hər bir şifahi mətn zamandan və dövrdən asılı olaraq 
formasını, məzmununu və ideyasını  dəyişir, yenidən 
işlənməyə məruz qalır. 
 
Kollektivçilik
 Şifahi nitqdə yaranan söz kollektivçilik xüsusiy-


18 
yətinə malik olmuşdur.  Şifahi nitqin və sözün formalaş-
masında onun ümumilik xassəsi böyük rol oynayır. 
Kollektivçilik ibtidai insanların qəbilə  həyatına məxsus 
olan birgəyaşayış normasıdır. Hər bir fərd kollektivin 
üzvü olduğundan ilkin yaranan söz də kollektivin ümumi 
danışıq vasitəsi olmuşdur. Bu mənada ilk yaranan şifahi 
söz mətnləri qəbilənin kollektivçilik üsulundan keçərək 
müəyyən formaya düşmüşdür.  Ən qədim dövrlərdə 
kollektivçilik güclü şəkildə özünü göstərdiyindən  şifahi 
sözə verilən qiymət də xüsusiləşməmiş, ümumi səciyyə 
daşımışdır. Kollektiv üzvləri arasında fərdiyyətçilik 
meyilləri yaranan zaman sözə verilən qiymət də 
fərqlənmişdir. Kollektivin içindən çıxan söz biliciləri 
şifahi mətnlərin qoruyucusuna çevrilmiş, ifaçılıq 
xüsusiyyətlərinə malik olmuşlar. Bununla belə 
kollektivçilik xüsusiyyəti öz rolunu itirməmiş, kollektivin 
üzvləri dinləyici kimi şifahi mətnlərin yenidən 
formalaşmasına təsir etmişlər. 
 
Anonimlik.  
Şifahi nitqdə yaranan ilk mətnlərin söyləyicisinin 
şərti adını tarix yaşatmamışdır. Belə demək mümkünsə, 
ilk şifahi mətnlərin yaradıcısı naməlumdur. Belə mətnlərə 
anonimlik xassəsi xasdır. Ümumi şəkildə ilk şifahi 
mətnin yaradıcısı  qəbilə özüdür. İbtidai dövrlərdə 
anonimlik ictimai funksiya daşımışdır. Orada fərd iştirak 
etsə  də, fərdi yetişdirən qəbilənin ictimai həyatıdır. Ona 
görə  də ilk şifahi mətnin yaradıcısı  fərd olsa da, onu 
yayan, ictimailəşdirən ibtidai cəmiyyətdir. Həmin fərdin 
anonim qalması sonradan onun şərti adının unudulması 
nəticəsində mümkün olmuşdur. Buna görə  də anonimlik 
kollektivçiliklə sıx surətdə bağlıdır. 
 
Tarixilik


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə