305
İkinci inkişaf yolu fərdi yaradıcılıqla bağlıdır.
Həyatda ən çox sevilən, məişətdə insanları əhatə edən
heyvan, quş, predmet və s. haqda bir şəxsin qoşduğu
bədii nümunənin cilalanaraq hamı tərəfindən qəbul edilən
şəklə salınması nəticəsində meydana çıxan nümunələr
uşaq folklorunun inkişafında əhəmiyyətli rol oynaya
bilər. Bura uşaq şairlərinin şeirləri də daxil ola bilir.
Uşaq folklorunda əsas obyekt uşaqdır, uşaq
folklorunun özünəməxsus özəllikləri, obyekti, mövzusu
vardır. Bütün bu xüsusiyyətlər onun janryaratma
qabiliyyətini də üzə çıxarmağa kömək edir. Janrlar isə
lirik, epik və dramatik üslublar içində formalaşır. Bu
üslublarda yaranan janrlar bir-birindən tamamilə
fərqlənir, həm şəkli cəhətdən, üslub cəhətdən, həm də
forma cəhətdən janrları bir-birindən asanlıqla
fərqləndirmək olur. Uşaq folklorunda köhnə janrlar yeni
janrları da əmələ gətirə bilir. Lirik və epik üslubda janrlar
müxtəlif tipli janrlar silsiləsini formalaşdırır, dramatik
üslubun janrları bir tipli nümunələri əhatə edir. Bunlar,
əsasən, oyunlardır. Epik üslubda isə janryaratma zəif hiss
olunur. Epik üslubun janryaratma funksiyası lirik və
dramatik üslub arasında ortaq, müştərək mövqeyin
yaranması ilə xüsusiləşir, belə janrların xüsusiyyətinə
həm lirik, həm də dramatik üslubda nümunələr yaratmaq
qabiliyyəti daxildir. Bu tipli janrın izlərini uşaq
nağıllarının da içərisində araya bilərik. Bu isə onu
göstərir ki, uşaq folkloru janrları ilə folklor janrları
arasında qarşılıqlı əlaqə də mövcuddur. Uşaq folkloru
janrlarına iri janrların tərkibində də rast gəlmək müm-
kündür. Məsələn, nağılın içində laylaya, oxşamaya rast
gəlinməsi janrlararası əlaqəni tədqiq etmək üçün yetərli
ola bilər. Nağılın içində sabitləşən uşaq folkloru daha
arxaik ibtidai təsəvvürü əks etdirdiyindən onun nağıldan
ayrılaraq müstəqil janr kimi formalaşmasını və böyüklər
306
tərəfindən yaranıb sonradan uşaq düşüncəsinə
ötürüldüyünü güman etmək olar. “Uşaq folklorunun janr
sistemi göstərir ki, ümumiyyətlə, xalq yaradıcılığının
janrlar sistemində bir törəmə qanunauyğunluğu
mövcuddur” (59, s.20). Həmin qanunauyğunluğu nəzərə
alaraq, əvvəlcə kiçik janrların yaranmasını, bir janrdan
başqa bir janrın törəməsini, sonra onların bir-birini
assimilyasiya edərək paralel yaşadıqlarını, yeni janrların
bu yolla əmələ gəlməsini görmək olar. Beləliklə, janrlar
zəncirvari yolla bir-birini törədə-törədə
ağız
ədəbiyyatının janr sistemini əmələ gətirmişlər. Buna görə
də ağız ədəbiyyatının inkişaf yollarını öyrənmək üçün
kiçik janrları tədqiqata cəlb etmək lazımdır. Çünki ibtidai
insanların bədii şüuru ilk dövrlərdə kiçik ölçülü bədii
parçaları yaratmağa qabil olmuşdur, sonradan mürəkkəb
tərkibli söz və ifadələrdən istifadə olunması praktikası
özünü göstərmişdir. Beləliklə, təsəvvür etmək olar ki,
uşaq folklorunun bir sıra janrları vaxtilə böyüklər
tərəfindən yaranıb sonradan uşaq düşüncəsinə verilmişdir
(59, s.20).
Azərbaycan uşaq folklorunun janrlarını bir-biri ilə
birləşdirən əlaqələr mövcuddur. Bu janrları qruplar
şəklində birləşdirsək, oxşamalar, arzulamalar,
əzizləmələr və laylaları bir-birinə yaxın, sanamaları, uşaq
nəğmələrini, düzgüləri, acıtmaları da bir-birinə yaxın
qruplar, yanıltmacları, tapmacaları və uşaq nağıllarını
müstəqil qruplar kimi ayırmaq olar.
Azərbaycan uşaq folklorunun araşdırıcısı kimi
Azad Nəbiyevi, Qara Namazovu, Zahid Xəlilovu,
Ramazan Qafarlını və başqalarını göstərmək olar. Bu
araşdırmaçıların elmi fəaliyyətində uşaq folklorunun
obyekti, nümunələri, janr, ideya, məzmun xüsusiyyətləri
aparıcı yer tutur. Əksər tədqiqatlarda oyunlarla
əlaqələndirilən, oyunlardan kənar və oyunlar daxilində
307
götürülən uşaq folklorunun bir çox nümunəsi janr
xüsusiyyəti nəzərə alınmadan təhlil edilmişdir.
Azərbaycan uşaq folklorunun həm lirik, həm epik, həm
də dramatik üslublar üzrə yarandığını, janr əmələ
gətirdiyini görürük. Burasını da qeyd etmək lazımdır ki,
uşaq folklorunun janr tərkibini əvvəlcə kiçik janrlar
əmələ gətirmişdir. Kiçik janrlar sadə olduğuna görə onun
başa düşülməsi də asan olmuşdur. Zaman fasiləsi
nəticəsində uşaq folkloru bədii təfəkkürün geniş
formaları ilə zənginləşmişdir.
Bəşəriyyətin uşaqlıq çağı folklordan başlayır. Xalq
folklorunu öyrənə-öyrənə yaşa dolur. Bu yaşa dolma
prosesində folklor cilalanır, yaşlıların sinəsinin əzbəri
olur. Onlar folklor nümunələrini nəvələrinə danışdıqca
folklor da uşaqlarla bir yerdə uşaqlaşır, uşağın
yaddaşında təzədən yaşamağa başlayır. Danışılan hər bir
folklor nümunəsi uşağın milli ruhda böyüməsi üçün vacib
şərtdir. Bu baxımdan uşaq folklorunun da öyrənilməsi
günün aktual məsələlərindəndir. Azərbaycanda da uşaq
folklorunun öyrənilməsinə XIX əsrin axırlarından
başlanmışdır. Bu sahədə A.O.Çernyayevski, M.Mah-
mudbəyov, F.Ağazadə, R.Əfəndiyev, A.Səhhət, A.Şaiq,
F.Köçərli böyük işlər görmüşlər. Bu dövrdə uşaq folkloru
materialları toplanmış, “Məktəb”, “Babayi-Əmir”,
“Dəbistan”, “Rəhbər” kimi jurnallarda çap edilmişdir.
1912-ci ildə F.Köçərli “Balalara hədiyyə” kitabını nəşr
etdirmişdir. Azərbaycan alimlərindən N.Seyidov, P.Əfən-
diyev, V.Vəliyev, A.Nəbiyev, R.Qafarlı, S.Aslanov,
S.Axundova və başqaları uşaq folklorunun toplanması,
nəşri və tədqiq edilməsində mühüm işlər görmüşlər.
Oxşamalar.
Uşaq psixologiyasına təsiretmə mexanizminə görə
ən çox yaxın olan oxşamalardır. Uşaq folklorunun
Dostları ilə paylaş: |