RamiL ƏLİyev azərbaycan şİfahi xalq əDƏBİyyati



Yüklə 2,05 Mb.
Pdf görüntüsü
səhifə95/97
tarix30.10.2018
ölçüsü2,05 Mb.
#76776
1   ...   89   90   91   92   93   94   95   96   97

334 
vurmaq istədiyini bildirəndə o, ikinci şahidə müraciət 
etməyi tələb edir. Yaxınlıqda olan ağacdan yaxşılığın 
əvəzinin nə olduğunu soruşurlar. O da insanların 
məzhəbində yaxşılığa yamanlığın olduğunu söyləyir. 
Insanların onun kölgəsində dincəldikdən sonra qol-
budağını  kəsib apardıqlarını, yaxşılığa yamanlıq 
etdiklərini xatırladır. 
Səvari üçüncü mötəbər  şahidə ehtiyacı olduğunu 
söyləyir. Yolda qarşılarına tülkü çıxır. Tülkü səvarinin 
söhbətinə qulaq asıb ilanın onun torbasına necə sığdığına 
inana bilmədiyini deyir. İlan onun sözünü eşidib torbaya 
girir. Səvari tülkünün sözü ilə torbanın ağzını bağlayır, 
böyük bir daş götürüb ilanın təpəsinə vurur. Təmsilin 
sonunda belə bir əxlaqi nəticə verilir: gərək ağıllı 
adamlar xam olmaya, fitnəkar düşmənin yalvar-yaxarına 
inanmaya, onun verdiyi vədə, etdiyi əhdə  xəyanət kimi 
baxa. Odur ki, deyiblər düşmənlə  həmdəm olan ağıldan 
da kəm olar (42, s.287-289). 
“Kəlilə  və Dimnə”dən gətirilən bu təmsil nağıl 
yaradıcılığında istifadə olunmuşdur. Təmsilin didaktik 
məzmunu ondan uşaq nağılı kimi istifadə olunmasına 
imkan vermişdir. Bu mətnin hind şifahi  ədəbiyyatından 
götürülüb nağıl mətni kimi repertuar həyatı yaşaması 
xalqlar arasında mədəni-folklor  əlaqələrinin olmasından 
irəli gəlmişdir. “Kəndli və ilan” nağılının süjet xətti ilə 
“Səvari və ilan” təmsilinin süjet xətti arasında  ədəbi-
mədəni folklor əlaqələri ilə izah oluna bilər. 
Sadəcə olaraq süjet və motiv oxşarlığı  təhkiyədə 
əsas rol oynamış  və milli folklor ənənələrinə  əsasən 
təmsilin Azərbaycan variantı repertuarda yaranmışdır. 
Təmsildə olduğu kimi nağıida da əxlaqi-didaktik 
məzmundan savayı, uşaqların tərbiyəsində yaxşılıq və 
yamanlıq oppozisiyalarının oynadığı rola da diqqət 
yetirmək lazımdır. “Kəndli və ilan” nağılı uşaq zövqünə, 


335 
dünyagörüşünə xidmət edən xalq nağılıdır, onun 
söylənməsində nağılçı mütləq uşaqların yaş  səviyyəsini 
nəzərə almalıdır. Belə nağıllar məktəbyaşlı  uşaqların 
təbiətlə tanışlığına və təlim-tərbiyəsinə kömək edir.  
Uşaq psixologiyasının inkişaf etməsində  uşaq 
nağıllarının rolu böyükdür. Uşaqların yaş dövrlərindən 
asılı olaraq uşaq nağıllarını qruplaşdırmaq lazımdır. 
Məsələn, “Kəndli və ilan” nağılı nisbətən yuxarı sinif 
şagirdlərinin dünyagörüşünə uyğundur. “Kəsəyən, ahu və 
ovçu” nağılı isə  aşağı sinif şagirdlərinin səviyyəsinə 
uyğun gəlir. Bu nağılın da təmsil yolu ilə yaranması 
fikrindəyik. Bu mövzu Şərq xalqlarının folklorunda 
müştərək mövzudur. R.O.Şor yazır ki, “Kəlilə və Dimnə” 
yazılı  şəkildə yayılmamışdan  əvvəl  şifahi  şəkildə 
Türküstan, Tibet, Çin, Seylon, Hinddə yayılmış, köçəri 
tayfalar, tacir, səyyah və missionerlər tərəfindən  İran, 
Ərəbistan, Kiçik Asiya, Rusiya, Afrika və Amerikaya 
aparılmışdır (42, s.24). Nağılda  əsas ideya dostluğun, 
birliyin təbliğ olunmasıdır. Nağılın süjeti və motivi xalq 
təmsillərindəki kimi qurulmuşdur. Bu mövzu da “Kəlilə 
və Dimnə”də xalq yaradıcılığı nümunəsi kimi işlənmişdir 
(42, s.151-160). Təmsildə qarğa, kəsəyən, ahu, tısbağa və 
ovçu hadisələrin əsas iştirakçılarıdır. 
Xalq  ədəbiyyatında da bu mövzu təmsildə olduğu 
kimi yayılmışdır. “Kəsəyən, ahu və ovçu” nağılında da 
təmsildəki kimi hadisələr cərəyan edir. Nağılçı repertuara 
bu nağılı daxil edərkən uşaqlar arasında dostluq, birlik, 
sədaqət və s. hisslərin aşılanması, onların tərbiyəsinin bu 
yöndə aparılması  məqsədini güdmüşdür. Eyni zamanda 
balaca dinləyəcilərin təbiətə aid olan biliyinin artırılması, 
dünyagörüşünün təkmilləşdirilməsi bu istiqamətdə  əsas 
problemlərdən biridir. 
Təmsil yaradıcılığında bu mövzu daha geniş 
işlənmişdir. Hind ədəbi-şifahi yaradıcılığında qarğa, 


336 
tısbağa bir obraz kimi iştirak edir. Kəsəyən və ahu 
tısbağanı ovçunun əlindən xilas etmək üçün tədbir 
tökürlər. Ovçu qarğanın dimdiklədiyi “yaralı” ahunu 
görüb heybəsindəki tısbağanı yerə qoyur, kəsəyən 
heybənin iplərini kəsib tısbağanı xilas edir. Ahu ovçu ona 
yaxınlaşanda qaçır, ovçu onu tuta bilmir, geri qayıdanda 
tısbağanın da heybədən çıxdığını görür və bu işlərin 
pərilər tərəfindən yerinə yetirildiyinə inanır. 
Azərbaycan nağılında nağılçı nisbətən sadə süjet 
xətti quraraq ahunun tora düşməsini, kəsəyənin torun 
iplərini didməsini uşaqlar üçün danışır. Göründüyü kimi, 
Azərbaycan variantında bu nağıl uşaq dünyagörüşünə 
tam uyğunlaşdırılmışdır. Hind mətnində isə süjet 
mürəkkəb olub müxtəlif dünyagörüşlərə uyğun gəlir. 
Uşaq nağıllarında, xüsusən, kiçikyaşlı uşaqlar üçün 
nəzərdə tutulmuş nağıllarda əsas xüsusiyyətlərdən biri də 
körpələrin fərdi-psixoloji vəziyyətlərinin nəzərə 
alınmasıdır. Körpə  uşaqların psixoloji vəziyyətlərinə 
“Kəsəyən, ahu və ovçu” nağılı tam uyğundur və 
repertuara bu nağılın daxil edilməsi zamanı onlarda heç 
bir gərginlik yaranmır. 
Təmsil yolu ilə yaranan nağıllarda motiv və süjet 
xətti təmsildə olduğu kimi saxlanılır və nağılçı 
yaddaşında da möhkəm  şəkildə qorunur. Təmsildən 
qopan belə nağıllar repertuarda uşaq nağıllarının tələbinə 
əsasən formalaşmalıdır. Bunu nağıl söyləyən uşaq 
psixologiyasını  nəzərə alaraq, süjeti sadələşdirməli, 
qorxulu hissələri ixtisar etməlidir. 
Repertuarda uşaq nağıllarının yer almasının ikinci 
yolu sırf Azərbaycan mətnlərindən istifadə olunmaqla 
müstəqil yolla  əmələ  gələn nağılların söyləyici 
yaddaşında hifz olunmasıdır. Belə nağıllar Azərbaycan 
nağıl təfəkkürünə aid mətnlərdir və Azərbaycan milli 
əxlaqını  əks etdirir. Ümumiyyətlə, uşaq nağıllarında 


Yüklə 2,05 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə