76
Həmin Zicin bir nüsxəsi Paris Milli kitabxanasında saxla-
nılır (əlyazma №5669). Kataloqda 100 ulduzun koordinat-
ları verilmişdir.
Ömər Xəyyam (1048-1123)
77
Yaxşı bir iş yaxşı ideyadan da yaxşıdır
.
Budda
Elm dünyasının şahı Nəsirəddin Tusi
XIII əsrdə, zəmanəsinin görkəmli filosofu, astronomu və
riyaziyyatçısı, tarixçi, coğrafiyaşünas, maliyyəçi və hüquq-
şünas sayılan Azərbaycan alimi Tusi təxəllüsünü götürmüş
Mühəmməd ibn Mühəmməd ibn Həsən Nəsirəddin Tusi
(1201-1274) Azərbaycanın mərkəzində yerləşən Marağa
şəhərində, şəxsən özü-öz layihəsi ilə inşa etdirdiyi
rəsədxanada işləmişdir.
Əsas mənbələrdə göstərilir ki, Nəsirəddin Tusi 1201-ci
ilin fevralın 18-də Həmədan şəhərinin Bahar bölgəsində
anadan olmuşdur.
Lakin onu da qeyd etməliyəm ki, Tusinin anadan olması
ilə bağlı bəzi müxtəlifliklər var. Akademik Ziya Bünyadov
bu barədə yazmışdır: “Bu günə qədər böyük alimin təvəl-
lüd tarixi ənənəvi olaraq yanlış göstərilib. Lakin mənbələr
təsdiq edir ki, Nəsirəddin Tusi 1201-ci ildə deyil, daha
əvvəl anadan olmuşdur. Ən nüfuzlu və dəqiq orta əsr tarix-
çilərindən Əl-Məqrizi “Kitab əs-süluk” əsərinin birinci
cildinin ikinci hissəsində yazır ki, Nəsirəddin Tusi cəmadi-
78
yal əvvəl ayında, 577-ci ildə (12 sentyabr – 11 oktyabr
1181) anadan olmuşdur.
1
Qütbəddin Yunini “Zeyl mirat əz-zaman” əsərində
göstərir ki, Nəsirəddin Tusi 25. VI. 1274-cü ildə Bağdadda
vəfat edərkən onun yaşı səksəndən çox idi”.
2
Təhsilini Xorasan vilayətinin Tus qəsəbəsində aldığına
görə “Tusi” təxəllüsünü götürmüşdü. O, ibtidai təhsilini
(şəriətdən) atası Məhəmməddən, orta təhsilini isə XIII əsrin
məşhur alimləri yanında almışdır.
O, ilk elmi təhsilini dayısı Nurəddin Şəidən (rasional
elmlər üzrə) və atasının əmisi Bəsirəddin Abdullah ibn
Həmzədən (müsəlman hüququ, hədislər üzrə) almışdır. Əbu
Əli ibn Sinanın tələbəsi olmuş məşhur Azərbaycan filosofu
Bəhmənyarın tələbəsi Sərxəsin tələbəsi də Tusinin müəlli-
mi olmuşdur.
Tarixi sənədlərdə Tusinin müəllimlərinin adı qalıbdır.
Birinci müəllimi Sədrəddin Sərxəsin tələbəsi Fəxrəddin
Dəmadi olmuşdur. Sərxəsin müəllimi isə Əbül Abbas Löv-
kərinin tələbəsi Əfzələddin Gilyani idi. O, isə öz növbə-
sində Əbu Əli İbn Sinanın tələbəsi görkəmli Azərbaycan
alimi Bəhmənyardan təhsil almışdır. Tusinin ikinci müəlli-
mi Qütbətdin Misri, üçüncü müəllimi isə rəqqaslı saatın
1
Əl-Məqrizi “Kitab əs-süluk” I cild. Qahirə, 1936, səh. 614
2
Q. Yunini “Zeyl mirat əz-zaman”, III cild. Heydərabad, 1960, səh.790
79
ixtiracısı və “Zic Əkbər əl Hakimi” adlı astronomik kata-
loqun müəllifi Yunis Misri olmuşdur. Aldığı hərtərəfli və
dərin biliklər Tusini az bir vaxtda elmi mühitdə məşhurlaş-
dırır.
Tusi elə uşaqlıq illərindən bir çox elmlərə tam yiyələn-
mək üçün bütün bilik enerjisindən istifadə etmişdi. Bu elə
bir dövr idi ki, elm, ədəbiyyat, incəsənət, mədəniyyət
yüksək səviyyədə inkişaf etməkdə idi. Antik və erkən orta
əsr dövrünün tanınmış alimlərin əsərləri ilə tanış olmaqdan
ötrü, o, bir çox dilləri öyrənərək, eyni zamanda elmin bir
neçə sahəsinə dərindən yiyələnir.
Hələ gənc yaşlarında mütaliəyə həvəsi olan Nəsirəddin,
deyilənə görə, fenomenal hafizəyə malik olmuş oxuduq-
larını və eşitdiklərini öz mühakiməsi və dərin zəkası ilə
təhlil edib yoxladıqdan sonra müsbətləri qəbul edər,
mənfiləri isə rədd edərdi. Özündən yeni-yeni bilməcə,
teorem və alətlər, cihazlar tərtib etməyi və düzəltməyi
xoşlayardı. Elmin çətin məsələləri ilə maraqlanardı...
Yuxarıda qeyd edildiyi kimi o, hələ cavanlıq illərində
Azərbaycanın nüfuzlu və xüsusən də elm ilə maraqlanan
şəxslərin qarşısında böyük hüsn-rəğbətə malik olan bir
adam idi və onun bir neçə sahələr üzrə apardığı tədqiqat
işləri alimin şan-şöhrətinin ölkədən kənarda yayılmasına
gətirib çıxarmışdı.
Dostları ilə paylaş: |