80
Artıq həmin dövrdə, Azərbaycan özünün bütün Yaxın
Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyət-
ləri Mühəmməd Babakuhi Bakuvi, Şihabəddin Əbuhəfs
Sührəvərdi, Qətran Təbrizi, Əli Xatib Təbrizi, Əfzələddin
Xaqani Şirvani, Ömər ibn Osman Kafiəddin Şirvani, Əcə-
mi Naxçıvani, Mahmud Zəncani, Şeyx Nizami Gəncəvi,
Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və
mədəniyyətə böyük üstünlük verən Hülaku xanda müsbət
fikirlər eşitmişdi. Adları çəkilən görkəmli şəxsiyyətlərdən
fərqli olaraq, Azərbaycan alimi N. Tusi hərtərəfli inkişaf
etmiş adam idi və öz biliyi ilə nəinki dostlarını, hətta
düşmənlərini də valeh etmişdi.
Tarixdən məlumdur ki, Avropa ölkələrindən Çinə və
Monqolustana gedən elçilər, Asiyanın bir neçə ölkəsindən
keçən “ipək yolu”ndan istifadə edirdilər. Həmin “ipək
yolu”nun da bir hissəsi Azərbaycandan keçirdi. Söz yox ki,
elçilər Azərbaycanda olarkən bu ölkənin mədəniyyəti,
ədəbiyyatı, incəsənəti, adət-ənənələri, elmi, siyasi, tarixi
şəxsiyyətləri ilə həm nəzəri, həm də əyani şəkildə tanış
olur, özləri üçün müəyyən bir arayış toplayırdılar.
Şübhəsiz ki, XIII əsrin ortalarında, Avropa monarxları-
nın nümayəndələri Azərbaycanda olanda, nəinki bu ölkədə,
hətta bütün Yaxın Şərq ölkələrində öz elmi nailiyyətləri və
insani keyfiyyətləri ilə məşhurlaşan Tusi haqqında bir çox
81
xəbərlər eşitmiş, onun barəsində bir çox məlumatlar topla-
mağa çalışmışdılar.
Tusinin şan-şöhrətinin Avropada yayılmasına şübhə
etməmək olar. Onunla ilk növbədə astronomiya, riyaziyyat,
həndəsə, coğrafiya və tarix elmləri ilə məşğul olan
mütəxəssislərin maraqlanması labüd idi.
Bir çox həmkarları onu həm filosof, həm də alim kimi
tanıyırdılar. Alimin fəlsəfi dünyagörüşünün, etnik baxışla-
rının formalaşmasında qədim yunan fəlsəfəsinin nümayən-
dələri – Fales, Platon, Aristotel, orta əsr filosoflarından M.
Qəzali, Bəhmənyar, Əl-Fərabi, Biruni, İbn Sinanın mühüm
və əhəmiyyətli təsiri olmuşdur. Orta əsr ərəb tarixçisi və
sosioloqu İbn-Xəldun təbiiyyat elminin inkişafından
danışarkən Tusini İbn Sinanın görkəmli davamçısı kimi
göstərmişdir.
Azərbaycanlı alim yuxarıdakı abzasda adları çəkilən
alimlərin fəlsəfə və əxlaqa aid kitablarından, “Kəlilə və
Dimnə”, “Ərdəşir Babəkan”, “Ənuşirəvanın vəsiyyət-
ləri” kimi xalq müdrikliyi ilə dolu olan dastan və folklor
ədəbiyyatından, “Siyasətnamə”, “Mərzbannamə” kimi
tərbiyə, siyasət və dövlət məsələlərinə həsr edilmiş kitab-
lardan da yeri gəldikcə “Əxlaqi-Nasiri”yə daxil etmişdir.
Beləliklə, Tusi “Əxlaqi-Nasiri”də demək olar ki, özündən
əvvəl Yaxın və Orta Şərqdə hökm sürən əxlaqi-fəlsəfi
82
fikirlərə yekun vurmuş, bunların yığcam icmalını verməklə
öz orijinal fikirlərini də buraya əlavə emişdir. Ona görə də
heç də təəccüblü deyildi ki, son yeddi yüz ildə fars dilində
“Əxlaqi-Nasiri” kimi ikinci orijinal əsər yaranmamışdır.
“Əxlaqi-Nasiri” səpkili kitablar isə təqlidi mahiyyət daşı-
mış və oxucular arasında şöhrət tapa bilməmişdir. Tusinin
“Əxlaqi-Nasiri” əsəri haqqında xüsusi tədqiqat aparmış
Cəlaləddin Hümayi həmin təqlidi kitabların bəzilərinin
adını çəkməklə onların “Əxlaqi-Nasiri”yə nisbətən çox
aşağı səviyyədə olduqlarını qeyd edir. Bunların içərisində
“Əxlaqi-Cəlali”, “Əxlaqi-Möhsini”, “Əxlaqi-Mənsuri”
və “Əxlaqi-Cəmali”ni xüsusi olaraq qeyd edir və deyir ki,
son yeddi yüz əlli beş ildə yaradılmış bu tipli kitablar heç
“Əxlaqi-Nasiri”nin yüzdə bir səviyyəsinə yüksələ
bilməmişdir.
1
Tusi özündən əvvəlki peripatetiklər kimi maddi varlığın
məhvini, onların yoxa çıxması deyil, yalnız formalarını və
əlamətlərini dəyişməsi nəticəsində birinin digəri ilə əvəz
olunması, köhnə varlığın mövcudluğuna son qoyulması
mənasında başa düşmüşdür.
“Son zamanlar Azərbaycan dilində də oxuculara çatdırı-
lan bu zəngin fəlsəfi əsərin sayəsində (“Əxlaqi-Nasiri” –
1
Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri. Rəhim Sultanovun ön sözü.
Bakı, “Lider Nəşriyyat”, 2005. səh. 14
83
R. D.) daha geniş kütlə Tusi dühasının incəlikləri, onun
ideya irsi, son dərəcə orijinal təfəkkür tərzi ilə birbaşa tanış
olmaq imkanı əldə etmişdir. Həmin ideyaların əhatə dairəsi,
məntiqi əsası, struktur təhlili əsərin yalnız əxlaq çərçivəsi
ilə məhdudlaşdırılmayıb, humanist mütəfəkkirin bütöv bir
insan konsepsiyası kimi səciyyələndirə bilər”.
Belə bir fəlsəfi düşüncəyə malik olan adamın başqa
elmləri asanlıqla qavramasına şübhə etməmək olar. Ancaq
təəssüflər olsun ki, onun elmi irsi tədqiqatçılar tərəfindən
kifayət qədər öyrənilməyib. Nəticədə isə alimin bəzi işləri
açıqlanmamış kimi qalır. Necə ki, Amerika qitəsinin onun
tərəfindən hansı meridianda yerləşməsi məsələsi. Axı, o,
aydın şəkildə bildirmişdi ki, sıfırıncı meridian Xaldat
adalarından başlayır.
Tusi dahi riyaziyyatçı kimi də bütün dünyada məşhur
olmuşdur. Onun fəlsəfi, ictimai-siyasi və hüquqi görüşləri
çox maraqlıdır. 1265-ci ildə Hülaku xanın ölümündən son-
ra hakimiyyətə keçən Abaqa xan (1265-1282) Tusini özünə
vəzir təyin edir. 9 il, ömrünün axırına qədər İlxanilər
dövlətində yüksək vəzifə tutan alim-vəzir ona verilmiş
geniş imkanlardan istifadə edərək “dövlət” və “cəmiyyət”
haqqında bir sıra nəzəri fikirlər irəli sürmüş və Azərbay-
Dostları ilə paylaş: |