Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə28/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   24   25   26   27   28   29   30   31   ...   102

                                                     

 

  



                                                                            

                                                    

112 

oynamış əsər kimi məşhurdur. Dünya elm tarixində ilk dəfə 



bu  əsərdə  triqonometriyaya  müstəqil  elm  sahəsi  kimi 

yanaşılır. Bu risalə ingilis, rus və fransız dillərinə tərcümə 

olunmuşdur. 

Nəsirəddinin  cəbr  sahəsində  araşdırmaları  içərisində 

bütün  dərəcələrdən  kökalma  metodu  və  Binom  düsturu 

daha  çox  tanınır.  Bundan  başqa  alimin  tarixə,  minerologi-

yaya,  fizikaya,  tibbə,  iqtisada,  coğrafiyaya,  musiqiyə  və 

təbii  ki,  astronomiyaya  dair  çoxsaylı  əsərləri  də  diqqəti 

nəzərə  çarpdırır.  Bunların  arsında  “Bağdadın  tarixi”, 

“İşığın  əks  olunması  və  sınması  haqqında  risalə”, 

“Evklid opti-kası”, “Göy qurşağının öyrənilməsinə dair 

risalə”,  “Qiymətli  daşlar  haqqında  kitab”,  “Dövlət 

maliyyəsi  haqqında  risalə”,  “Xoşbəxt  günlərin  seçilmə-

si” (astrologiya) və başqa əsərlərin adı çəkilə bilər. 

Nəsirəddinin  bir  çox  əsərləri  bu  günə  qədər  öz  araş-

dırıcısını  gözləməkdədir.  Bunlara  Bakı,  Paris,  Florentsiya, 

Qahirə, İstanbul, Moskva, Sankt-Peterburq, Kazan şəhərlə-

rinin muzey və kitabxanalarında rast gələk mümkündür.

1

 



Hələ məlum deyil ki, alimin neçə əsəri aşkar edilməmiş 

şəkildə  dünyanın  neçə  dövlət  və  şəxsi  kitabxanalarında  və 

yaxud  da  dövlət  əlyazmalar  fondunda  saxlanılır.  Çox 

                                                 

            1

 Ç. Qacar. Qədim və orta əslər Azərbaycanın görkəmli şəxsiyyətləri. 

Bakı, “Nicat”, 1997. səh. 124 



                                                     

 

  



                                                                            

                                                    

113 

güman  ki,  Marağa  rəsədxanasında  yaradılan  elmi  əsərlərin 



bəziləri  başqa  bir  müəlliflərin  adı  altında  Təbriz,  Tehran, 

Pekin və Nankin şəhərlərinin müxtəlif inzibati obyektlərin-

də saxlanılır. Vaxt gələcək onun bütün işləri üzə çıxacaq və 

bəşəriyyət  tarixi  onun  zəhmətinə  lazımınca  layiqli 

qiymətini verəcəkdir. 

Göründüyü kimi, Tusinin dünya ictimaiyyəti üçün vacib 

sayılan  elmi  əsərləri  yaranandan  sonra  Azərbaycanın 

(Şimali  Azərbaycan  nəzərdə  tutulur  –  R.  D.)  muzey  və 

kitabxanalarında  qalmayıb,  əksər  ölkələrdə  özünəməxsus 

müsbət  yer  tutmuş  və  indiyənə  qədər  bir  çox  alimlərin 

fərəhinə  səbəb  olmuşdur.  Sadəcə  olaraq,  həmin  əsərlər 

geniş oxucu kütləsinə lazımi səviyyədə təqdim olunmayıb-

dır.  Elə  alimələr  olub  ki,  onun  əsərini  oxuyub  təhlil  edib, 

lakin  həmin  əsərin  müəllifinin  gizli  saxlamağı  üstün 

tutubdur.  Onlardan  biri  məşhur  italyan  coğrafiyaşünası 

Paolo  Toskanelli  idi.  O,  alimin  tərtib  etdiyi  “Zic  İlxani” 

əsərini əldə etmiş, həmin materialdan lazımi qədər istifadə 

edəndən  sonra  mənbəni  hər  zaman  öz  həmkarlarından 

gizlətməyə çalışmışdır.  Bu haqda ətraflı məlumatı mən bir 

qədər sonra verəcəyəm. İndi isə Tusi haqqında məlumatları 

qısa şəkildə yekunlaşdırmaq yerinə düşərdi. 

Tusi  hələ  cavan  yaşlarından  Azərbaycanda  astronomiya 

elminə  xidmət  edərək  rəsədxananın  tikilişi  barəsində 



                                                     

 

  



                                                                            

                                                    

114 

fikirləşirmiş.  Sadəcə  olaraq,  həmin  ideyanı  həyata  keçir-



mək üçün qüvvətli, nüfuzlu və varli bir himayədar tapmaq 

lazım  idi.  Yarım  əsr  yaşadıqdan  sonra  alim  belə  bir 

himayədar tapmağa  müvəffəq olmuşdur. Bu  adam qüdrətli 

Hülaku  xan  idi.  Bağdad  alınan  kimi,  Tusinin  Hülaku 

xandan icazə istəyib işə başlaması da bunu  sübut edir. Bir 

ildən  də  az  müddətdə  o,  tikiləcəyi  yeri  müəyyənləşdirir, 

eyni  zamanda,  astronomik  cihazlar  hazırlayır,  müxtəlif 

şəhərlərdən  burada  yaradılacaq  kitabxana  üçün  qiymətli 

kitablar  gətizdirir  və  rəsədxanada  araşdırmalar  aparmaq 

üşün  dünyanın  bir  çox  ölkələrindən  alimlər  dəvət  edir.  O, 

özü  “Zic  İlxani”  əsərində  bu  barədə  belə  yazır:  “Hülaku 

xan ətraf vilayətlərdən astronomik müşahidələr apara bilən 

alimləri  çağırmağı  tələb  etdi:  Dəməşqdən  Müəyyidəddin 

Ordini, Mosuldan Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəd-

din İxlatini, Qəzvindən Nəcməddin Dəbiranini”. 

Digər  qaynaqlardan  isə  dövrün  ən  tanınmış  alimləri 

Qütbəddin Şirazi, Şəmsəddin Şirvani, Cəmaləddin əz-Zeydi 

Buxari,  Fao  Mun-Çi  və  digərlərinin  də  Marağa 

rəsədxanasında çalışdıqları məlum olur. Adı çəkilən alimlər 

Marağa  rəsədxanasında  işləməklə  yanaşı  Tusinin  yanında 

bir  növ  elmi  praktika  keçərək  öz  biliklərini  artırırdılar. 

Elmi-tədris  ocağını  xatırladan  həmin  rəsədxa-nadan  çıxan 

hər  bir  mütəxəssis  öz  vətənlərinə  qayıdandan  sonra 



                                                     

 

  



                                                                            

                                                    

115 

diyarlarında  ən  bacarıqlı  və  təcrübəli  alim  kimi  müstəqil 



şəraitdə fəaliyyət göstərmişdilər. 

Burada  bir  məsələyə  toxunmaq  vacib  olardı.  Azərbay-

canın  görkəmli  siyasi  xadimi  və  tarixçisi  Rəşidəddinin  öz 

salnamələrində  yazdığına  görə  həmin  dövrdə  Cəmaləddin 

Buxariyə də Pekində rəsədxana qurmaq tapşırılmışdı. Lakin 

o,  bu  tapşırığın  öhdəsindən  gələ  bilməmişdi.  Nəhayət, 

Cəmaləddin  Çin  alimi  Fao  Mun-Çi  ilə  birlikdə  Marağaya 

gəlib,  Tusi  ilə  məsləhətləşmələr  apardıqdan  və  rəsədxana 

tikilişi üçün zəruri olan alətlərin çertyojlarını əldə etdikdən 

sonra Pekində də işlər başa çatdırılır. 

Ç.  Qacar  bu  haqda  yazır:  “Azərbaycanın  ən  görkəmli 

dühalarından  biri  Nəsirəddin  Tusi  Hülaku  xana  məsləhətçi 

təyin  edilir.  Hələ  bundan  da  qabaq  böyük  alim  kimi 

Nəsirəddinin şöhrəti Pekinə gəlib çatmış və onu möhtəşəm 

bir  mərkəz  kimi,  düşünülmüş  rəsədxananın  tikintisinə 

kömək  etmək  üçün  paytaxta  dəvət  etmişdilər.  Tusi  isə 

Pekinə getməkdən imtina etmiş və Hülaku xanı rəsadxana-

nın  ilk  növbədə  imperiyanın  deyil,  İlxanilərin  paytaxtında 

Marağada tikilməsinin vacibliyinə inandırmışdı”.

1

 



                                                 

            1

 Ç. Qacar. Qədim və orta əslər Azərbaycanın görkəmli şəxsiyyətləri. 

Bakı, “Nicat”, 1997. səh. 129 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə