104
başlamamalı, kin və nifrətdən əl çəkməli, ədavətə son
qoymalıdır, çünki qələbədən sonra məğlub edilmişlər
qulam və rəiyyət yerində olarlar...
Əfv edib bağışlayan şahlar bağışlamayanlardan daha
yaxşıdır, çünki gücü göstərdikdən sonra bağışlamağın
başqa hüsnü var”.
1
Uzun danışıqlardan sonra sonuncu ismaili rəhbəri
Ruhnəddin Xurşax ibn Ələddin ibn Cəlaləddin (1255-1257)
əlliyə yaxın qalanı, o cümlədən “Əlamut” qalasını
monqollara təslim edir. Ruhnəddinin Hülaku xana təslim
olmaqda şəxsən Tusi özü başqa müdrik şəxslərlə birlikdə
vasitəçi rolunu oynamışdır.
Orta əsr tarixçisi Cüveyni bildirmişdi ki, “Əlamut”un
tutulması monqolların gözlədiyi kimi olmamışdır. Ruhnəd-
din monqolların göstərişi ilə 40-a yaxın qalanı sökdürür,
lakin monqolların ilk hücumunu dəf edən “Əlamut”
müdafiəçiləri, hətta qalanın divarlarına Hülaku xanın böyük
bir qoşunu yaxınlaşanda belə təslim olmaqdan boyun
qaçırırlar. Monqollar Ruhnəddini müdafiəçilərin üstünə
göndərirlər ki, qala təslim olsun. Lakin bu heç bir nəticə
vermir. Qalanın komendantı Müqəddəm çox tərs adam idi
və müvəqqəti olaraq təslim olmaq istəmirdi. Hülaku xan,
1
Xacə Nəsirəddin Tusi. Rəhim Sultanovun farscadan tərcüməsi.
Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005. səh.235
105
şahzadə Baqataya göstəriş verir ki, böyük bir qüvvə ilə
qalanı mühasirəyə alsın, özü isə Lamasara yollanır.
Şahzadənin başçılığı altında monqollar üç gün dalbadal
“Əlamut”a hücum edir, lakin uğursuzluqla geri çəkilməyə
məcbur olurdular. Sonradan qarnizon təslim olmaq üçün
danışıqlar aparmağa başlayır.
Lyudmila Stroyeva “XI-XIII əsrlərdə İranda İsmaili-
lər dövləti” əsərində “Əlamut” qalasının alınması barəsin-
də yaxşı məlumat verir:
“Əlamut”un müdafiəçiləri təslim olmaq üçün Ruhnəd-
dini vasitəçi kimi Hülaku xanın yanına göndərir. İşi belə
görən xan, əfv etmək üçün onu qalaya göndərir. Qalanın
müdafiəçilərinə icazə verilir ki, üç gün müddətinə kimin
gücü nəyə çatırsa, qoy oradan çıxartsın. Hülaku xan qalanın
qülləsinə yuxarı qalxmağa Ruhnəddinə icazə verir və özü
oradan dərin uçuruma baxanda dəhşətə gəlir. Bundan əlavə
qalada həddindən artıq çoxlu ərzaq ehtiyatı vardı. Onun bir
hissəsi hələ Həsən ibn Səbbahın dövründən qalmışdı.
Cüveyni oradakı əl işləri ilə tanış olandan sonra Hülaku
xana məsləhət görür ki, həmin kitabxanaya heç bir zərər
dəyməsin. Bütünlüklə oradakı elmlə bağlı olan işlər tarix-
çinin öhdəsinə verilir. Cüveyni əmr edir ki, “Əlamut” kitab-
xanasında olan astronomik alətlər, Quran, qiymətli əlyaz-
malar saxlanılsın, yalnız ismaili cərəyanı ilə əlaqəli olan
106
bütün əsərlər yandırılsın. Lakin bir neçə ismaili əsərlərini
tarixçi öz elmi işlərinə daxil edir. Məsələn, Əlamut
dövlətinin təməlini qoyan Həsən ibn Səbahdan bəhs edən
“Sərgüzeşt-i seyidna” əlyazmasından o, öz əsərində
istifadə etmişdi.
1
Beləliklə, İsmaili dövlətinin mərkəzi (1090-1256-cı ilə
qədər) “Əlamut” qalası darmadağın edilir.
Tusi “Əlamut” qalasında əsirlikdə olan zaman həmin
kitabxanadakı qiymətli əsərlərdən istifadə edərək, özünün
bir çox məşhur əsərlərini yazmışdı. Sonrakı illərdə
Cüveyninin iştirakı ilə Azərbaycan alimi qalada saxlanılan
bir çox əsərləri Marağa kitabxanasına köçürmüşdü.
Beləliklə, İsmaili dövləti Ərəb Xilafətinin müttəfiqi kimi
fəth edilmişdi. Hülaku xan yaratdığı “Elxanilər” dövlətinin
təhlükəsizliyini təmin etməkdən ötrü ya Bağdad Xilafətini,
ya da ki, səlcuq türklərini darmadağın etməli idi.
Yuxarıda göstərildiyi kimi hər hansı bir ağır yürüşə
başlamaq üçün o, sarayında saxladığı müdrik əyanlarından
məsləhət almalıydı. Tusi bütün regionda sülh carçısı kimi
tanınırdı və onun məsləhəti, bir çoxlarının məsləhətlərin-
dən xan üçün önəmli sayılırdı.
1
Л. В. Строева. Государство Исмаилитов в Иране в XI-XIII вв.
Москва, «Наука», 1978. стр. 243
107
Azərbaycan alimi türk milliyətindən olduğu üçün çox
güman ki, belə bir vəziyyətdə səlcuq türklərini müdafiə
etməli idi. Həm də o tarixdən çox yaxşı bilirdi ki, Ərəb
Xilafəti yox, Kiçik Asiyanın Anadolu hissəsində yaşayan
məhz türk tayfaları, dünyada İslam dininin müdafiəçiləri
sayılırdılar. Çünki yalnız onlar, Roma papasının təhriki ilə
Avropanın xristian hökmdarları, İslam dinini məhv etmək
üçün səlcuq türklərinin üzərinə yeddi böyük səlib yürüşü
təşkil etmişdilər. Bundan əlavə Anadoluda məskunlaşan
türk tayfaları qərbdə xristian dünyası ilə “Elxanilər” döv-
ləti arasında baryer rolunu oynayaraq, güclü müdafiə xətti
təşkil edirdilər. Nəhayət sonda bildirmək istəyirəm ki,
Hülaku xan İrana və Azərbaycana soxulandan sonra mon-
qol ordusunun avanqardında türklərin süvariləri və piyada
əsgərləri durmağa başladı. Söz yox ki, belə bir qüvvə ilə
monqol xanı səlcuq türkləri üzərində qələbə əldə edə
bilməzdi. Hülaku xan tarixdən bilirdi ki, türklər döyüşkən,
bir-birilərinə sədaqətli, sadiq və çox nadir hallarda bir-
birilərinə qarşı silah qaldırırlar. Bütün bu amillər, səlcuq
türklərini böyük təlafatlardan xilas etmişdi. Sonrakı pro-
sesdə Bağdad Xilafətinin darmadağın edilməsində, monqol
ordusunun tərkibində olan avanqard türk dəstələri başlıca
rol oynamışdılar.
Dostları ilə paylaş: |