Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə29/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   25   26   27   28   29   30   31   32   ...   102

                                                     

 

  



                                                                            

                                                    

116 

Hülaku  xanın  tarixdə  keçdiyi  yol  bir  çox  tədqiqatçılar 



üçün  maraqlı  olduğundan,  onun  dövrü  fəaliyyəti  diqqət 

mərkəzində olub. 

O,  Çingiz  xanın  sevimli  nəvələrindən  biri  olmuşdu. 

Bütün  ömrüboyu  köçəri  həyat  sürmüş  Hülakunun  ən 

sevimli əyləncələri şahin və pusqu ovlarına çıxmaq, böyük 

ziyafətlər  təşkil  etmək  idi.  Gözəl  mallara  olan  həvəs  onun 

istəyinə  çevirilmişdi.  O,  nəinki  Çingiz  xanın  hərbi  məktəb 

sənətinə  yiyələnmiş,  həm  də  həmin  sənəti  düşmən 

əhatəsində öz şəxsi marağı üçün istifadə etməyi bacarırdı. 

Rəşidəddinin  sözlərinə  görə  Hülaku  xan  elmləri  çox 

sevir  və  sarayında  alimləri,  müdrik  adamları  saxlamağı 

xoşlayır və onların biliyindən istifadə edərdi. 

Hülaku xanın xüsusiyyətində mərdlik, zəhmlilik və qəd-

darlıq xeyli  seçilir, lakin ona  yaltaqlanmağı xeyli xoşlayır-

dı...  Dostlarına  qarşı  ürəyiaçıq,  düşmənlərinə  qarşı  isə  çox 

rəzil, mali-mülkə hərisli olan Hülaku xan belə bir rəngarəng 

fiqur idi.

1

 



Hülaku  xan  Çin  dövlətinin  hökmdarı  Xubilay  xanın 

qardaşı  idi  və  həmişə  də  nüfuzlu  və  qüdrətli  hökmdarın 

yanında böyük hörmətə malik idi. Tusi çox yaxşı bilirdi ki, 

Xubilay  xan  öz  qardaşının  sözündən  çıxmayacaq  və  məhz 

                                                 

          1

  Л.  В.  Строева.  Государство  Исмаилитов  в  Иране  в  XI-XIII  вв. 

Москва, «Наука», 1978. стр. 243 




                                                     

 

  



                                                                            

                                                    

117 

buna  görə  də  əmin  idi  ki,  Hülaku  xan  möhtəşəm  rəsad-



xananın  Azərbaycanda  tikilməsi  razılığını  öz  qohumundan 

alacaq. Razılıq almaqdan əlavə bu sahədə işləyən mütəxəs-

sislərin  Çindən  Azərbaycana  gətirilməsi  vacib  idi.  Hülaku 

xan  bu  məsələ  barəsində  qardaşına  müraciət  edir  və 

astronomiya  sahəsində  lazımi  qədər  təcrübəsi  olan  cavan 

alim Fao Mun-Çi Azərbaycana gəlməli olur. 

Tusi bu məsələdə bir növ peşəkar diplomat kimi hərəkət 

etmişdi. Nəhəng imperiyanın (Yuan) hökmdarı Xubilay xan 

möhtəşəm  bir  rəsədxananın  Çində  tikilməsini  istədiyi  bir 

vaxt  məhz  Azərbaycanda  tikilir.  Əlbəttə,  rəsədxananın 

tikintisinə  külli-miqdarda  pul  sərf  olunmalı  və  heç  kim  də 

əvvəlcədən  zəmanət  verə  bilməzdi  ki,  həmin  rəsədxana 

necə fəaliyyət göstərəcək. İmperiyanın hüdudlarında tikilə-

cək elm ocağının astronomiya elminə keyfiyyət baxımından 

müsbət təsir etməsi, bu işə sərmayə buraxan hər bir adamı 

möhkəm  narahat  etməli  idi.  Xubilay  xan  öz  qardaşının 

xahişini  yerinə  yetirəndə  nə  etdiyini  çox  yaxşı  bilirdi. 

Hülaku xanın verdiyi sərmayənin hesabına – 20 min dinar – 

Azərbaycanda  tikiləcək  rəsədxana  keyfiyyət  baxımından 

necə inşa  ediləcək və onun fəaliyyəti hansı  yönümdə qane 

etsə, onda o, da belə bir rəsədxananın Çində tikilməsinə səy 

göstərəcək və bunun üçün ən təcrübəli mütəxəssisləri məhz 

Azərbaycandan gətirəcəkdir.  



                                                     

 

  



                                                                            

                                                    

118 

Xubilay  xan  anlayırdı  ki,  Marağada  rəsədxana  işə 



salınandan sonra həmin elmi ocağın nəzdində astronomiya, 

riyaziyyat, həndəsə, coğrafiya elmini inkişaf etdirmək üçün 

mütəxəssislər  hazırlanacaq.  Belə  olan  halda,  gələcəkdə 

Çində tikiləcək rəsədxananın işlədilməsi üçün Azərbaycan-

dan  gətirdiləcək  mütəxəssislər  əsas  işlərin  öhdəsindən 

gəlməlidirlər.  Əlbəttə,  Tusi  məktəbinin  yetirmələri  nəinki 

Çində  və  Azərbaycanda,  ümumiyyətlə,  dünyanın  hər  bir 

yerində fəaliyyət göstərməli idilər. 

Artıq  həmin  dövrdə,  Azərbaycan  özünün  bütün  Yaxın 

Şərq dünyasında məşhurlaşmış dahi və görkəmli şəxsiyyət-

ləri  Mühəmməd  Babakuhi  Bakuvi,  Şihabəddin  Əbuhəfs 

Sührəvərdi,  Qətran  Təbrizi,  Əli  Xatib  Təbrizi,  Əfzələddin 

Xaqani  Şirvani,  Ömər  ibn  Osman  Kafiəddin  Şirvani,  Əcə-

mi  Naxçıvani,  Mahmud  Zəncani,  Şeyx  Nizani  Gəncəvi, 

Məshəti Gəncəvi ilə tanınmışdı. Onların haqqında, elmə və 

mədəniyyətə  böyük  üstünlük  verən  Hülaku  xan  da  müsbət 

fikirlər  eşitmişdi.  Adları  çəkilən  görkəmli  şəxsiyyətlərdən 

fərqli  olaraq,  Tusi  hərtərəfli  inkişaf  etmiş  adam  idi  və  öz 

biliyi  ilə  nəinki  dostlarını,  hətta  düşmənlərini  də  valeh 

etmişdi.  Hülaku  xan  ən  ağır  vəziyyətlərdə  belə,  başqa 

milliyətdən olan alimə bel bağlamışdı. Tusi həqiqətən də ən 

çətin  məqamlarda  və  çıxılmaz  vəziyyətlərdə  çox  ağıllı 

məsləhətlər  verirdi.  Onun  elə  bir  məsləhəti  olubdur  ki,  bir 



                                                     

 

  



                                                                            

                                                    

119 

neçə  yüz  il  qonşu  regionlara  meydan  oxuyan  böyük  bir 



imperiyanı  yer  üzündən  sildirərək  tarixin  səhifələrində 

dinamik bir dönüş yaratmışdı. 

Bağdad  Xilafəti  süqut  olandan  sonra  onun  yerində  heç 

bir  dövlət  yaranmadı,  sadəcə  olaraq  həmin  ərazi  İlxanilər 

dövlətinin  tərkibinə  daxil  olur.  Bağdadın  elm  və  mədəniy-

yət xəzinəsi başqa regionlardan olan alimlərin üzünə açılır. 

Bu tarixi prosesdə Tusi əvəzsiz rol oynamışdır. 

Dövləti  sülh  şəraitində  idarə  etmək  üçün  hökmdar 

zəkasına  etibar  etdiyi  Tusiyə,  dövlət  quruluşu  və  maliyyə 

sistemi barəsində kitab yazmağa həvalə edir. Həmin kitab-

da  elə  məqamlar  var  ki,  indiki  zamanda  o  öz  aktuallığını 

hələ də itirməyibdir. 

Xacə  Nəsirəddin  Mühəmməd  Tusi  cavanların  işsizliyi-

nin  məsələsinə  toxunaraq  yazmışdır:  “Əkinçilik,  ticarət, 

məhkəmə  və  s.  işlərlə  məşğul  olmayan  sağlam  və  çevik 

cavanları  işsiz  qoymurdular.  Orduya  ləyaqətli  olanlara 

silahdan istifadə etməyi öyrədib orduya cəlb edirlər. Yazıb-

oxumağa həvəsi olanlara yazmaq öyrədirdilər. Ümumiyyət-

lə, kim hansı işə layiq idisə, onu həmin işlə təmin edirdilər 

və işsiz qalmağa qoymurdular”. 

...  Tusi  büdcədə  işləyən  dövlət  qulluqçuları  və  məmur-

ların  da  qayğısına  qalaraq  padşaha,  belə  adamlara  təmin 

ediləcək miqdarda pul və məvacib verməsini tövsiyə etmiş-



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə