Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə37/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

                                                     

 

  



                                                                            

                                                    

149 

...Xarici  alimlərdən  bir  çoxunun  İslam  elmini  əhəmiy-



yəti,  bizim  bildiyimizin,  ədəbiyyatımızın  və  mədə-

niyyətimizin  əzəməti  haqqında  xeyli  söz  söyləmələrinə 

baxmayaraq,  hələ  də  çox  adamlar  tapmaq  olur  ki,  özlərini 

elm, elmlər tarixi, fikir, mədəniyyət, fəlsəfə, tərbiyə, əxlaq, 

sənət  və  s.  haqqındakı  əsərlərdə  və  məqalələrdə  İslamın 

adını çəkmir, hətta müsəlman alimlərinin böyük və yaradıcı 

xidmətlərinə  işarə  də  etmirlər.  Belə  demək  mümkün 

olduğunu güman etmirəm ki, bu şəxslər İslamdan və islam 

irsinnən  tamamilə  bixəbər  olsunlar.    Daha  çox  güman  var 

ki,  onlar  İslam  haqqında  bir  növ  “susmaq  yolunu”  əsas 

götürürlər, beləcə düşmənçilik əməllərini yerinə yetirirlər... 

Necə ola bilər ki, bir müəllif nücum elmi, onun inkişafı və 

yeni  asimanşünaslıq  haqqında  kitab  yazsın,  ancaq  İslam 

alimlərinin və asimanşünaslarının adını çəkməsin?”

1

   


Bildirmək lazımdır ki, Tusi rəsədxananın daxilində eyni 

zamanda tərcümə mərkəzi də yaratmışdı. Corc Sarten “Elm 



tarixi” əsərində yazır: “Əlbəttə, Azərbaycan Marağa tərcü-

mə  mərkəzi  Nəsirəddin  Tusinin  rəhbərliyi  altında  fəaliyyət 

göstərirdi.  Klassik  yunan  və  ərəb  alimlərinin  tərcümələri 

hazırlanırdı...  Xristianlar  öz  məlumatlarını  fərasətlə  bu 

kitablardan  alırdılar.  Bu  zaman  müsəlmanlar  çox  inkişaf 

                                                 

        1  

A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” 

İslam araşdırmaları mərkəzi, 1996. səh. 217-218.   



                                                     

 

  



                                                                            

                                                    

150 

etmişdilər  və  xristianlar  həmin  nailiyyəti  əldə  etmək 



istəyirdilər”. 

Bu  problemə  toxunan  İran  alimi  doktor  Səfa  yazır: 

“Abbasilər  dövrünün  əvvəlində  hicri  VI  əsrin  sonunadək 

riyaziyyat  sahəsində  və  riyaziyyat  elmi  bölmələrində 

məşhur  alimlərin  meydana  çıxmasına  baxmayaraq  onların 

əsərlərində  çətin  anlaşılan,  şübhəli  məsələlər  çox  idi.  Bu 

kitablarda bir məsələlər dəqiqləşdirilməli, şərh olunmalı və 

izah  edilməli  idi.  Bu  böyük  işi  görə  biləcək  və  onu  axıra 

çatdıra  biləcək  bir  alim  var  idisə,  o  da...  Xacə  Nəsirəddin 

Tusi  idi...  o,  riyaziyyat  sahəsində  bir  çox  tərcümələri 

diqqətlə,  incəliklə  öyrənib  düzəldir,  təshih  edirdi  və 

nəticədə sistemli, düzgün nöqsansız əsər yaradırdı”. 

Tusinin  bu  mühüm  fəaliyyəti  haqqında  yazan  alimlərin 

əksəriyyəti göstərirlər ki, o, bu tərcümələrdə yunan sözləri-

nin  yerinə  kor-koranə  ərəb  sözlərini  qoymurdu,  yunan 

müəlliflərinin  işlətdikləri  qəliz  riyazi  mətləbləri  açmağa 

cəhd  edirdi;  mahir  bir  ustad  kimi  əsərlərin  məqsəd  və 

məvhumlarını açmaq üçün düzgün ibarələr işlədirdi; yunan 

alimlərinin əsərlərinin tərcümələrini riyaziyyat elmini tədris 

etmək üçün sistemli şəkilə salırdı.

1

  

                                                 



      

1

  B.  Rzayev  Bəşəri  düha:  Mühəmməd  ibn  Mühəmməd  ibn  Həsən  – 



Nəsirəddin Tusi (XI) Bakı, “ADPU nəşriyyatı”, 2014. səh. 72-73 


                                                     

 

  



                                                                            

                                                    

151 

Tusi  tərəfindən  astronomiyaya  aid  çoxlu  kitablar  və 



traktatlar  yazılıb.  “Zic  Elxani”,  “Astrolyabiya  haqqında 

traktat”,  “Təhrir  Məcəsti”,  “Astronomiya  xatirələri”, 

“Otuz fəsil” və s. 

“Astrolyabiya  haqqında  traktat”a  dair  akademik  F. 

Maqsudovla  H.  Məmmədbəyli  yazırlar:  “Astrolyabiya  – 

daşınan  astronomik  alətdir.  Onun  köməyi  ilə  müşahidə 

aparan  dayandığı  yerin  coğrafi  koordinatını  təyin  edə 

bilərdi.  Tusinin  bu  kitabı  geniş  yayılmışdı.  Tusinin  başqa 

astronomik  əsəri  “Otuz  fəsil”  adlanır.  Onun  planetlərin 

hərəkətinin  nəzəriyyəsinə  həsr  etdiyi  vacib  nəzəri  işi 

Astronomiya xatirələri” sayılır... 

Lakin adi suala cavab vermək vacib olardı. Bütün nəzəri 

suallarda  Nəsirəddin  Tusi,  planetlərin  heliosentrik  nəzəriy-

yəsinə  əsaslanırdı.  Kopernikin  helosentrik  sistemi  planı 

yaranandan  sonra  da  Nəsirəddin  Tusinin  astronomik  işləri 

öz əhəmiyyətini itirməmişdi”.

1

 



Astronomiya  elmində  öz  araşdırmaları  ilə  məşhur  olan 

Marağa  rəsədxanasının  bəzi  alimləri  haqqında  məlumat 

vermək lap yerinə düşərdi.  

Çünki  onların  gördükləri  elmi  işlər  tez  bir  zamanda 

bütün  Yaxın  Şərqə,  oradan  isə  Cənubi-Şərqi  Avropaya 

                                                 

      1

 Ф. Максудов, Г. Дж. Маммедбейли. Мухаммед Насирэддин Туси. 



Баку, «Гянджилик», 1981. стр. 29-30 


                                                     

 

  



                                                                            

                                                    

152 

yayılaraq, cürbəcür sahələrin mütəxəssislərini valeh edirdi. 



Bu  səbəbdən  Marağa  rəsədxanasının  bir  neçə  istedadlı 

alimləri  Azərbaycanın  hüdudlarından  da  kənarda  tanın-

mağa  başlanırdılar.  Belə  bir  nəticə  ilə  hər  bir  elmi-tədris 

ocağı fəxr edə bilərdi. 

Şamaxı  astro-fizika  rəsədxanasının  rəhbəri  akademik 

Hacıbəy  Sultanov  haqlı  olaraq  bildirmişdi  ki,  Marağa 

astronomik rəsdxanasının astronomiya və riyaziyyat məktə-

bi  sonrakı  dövrdə  Qərbi  Avropada,  Çində,  Orta  Asiyada, 

həm  də  Hindistanda  fizika-riyaziyyat  elmlərinin  inkişafına 

çox böyük təsir göstərmişdir. 

Mahmud ben Məsud Qütbəddin Şirazi (1236-1311) Şiraz 

şəhərində anadan olmuş gəncliyini də orada keçirmişdir. O, 

Tusinin  tələbəsi  olmuş  və  astronomiya,  riyaziy-yat 

elmlərini  müəllimindən  öyrənmişdi.  Qütbəddin  1282-ci  ilə 

qədər  Marağada  çalışır  və  bundan  sonra  o,  monqolların 

səfiri  kimi  Misirə  göndərilir.  İlk  dəfə  o,  Misirdə  Aralıq 

dənizi və onun ətrafındakı torpaqların xəritəsini tərtib edir. 

Qütbəddin ərəb dilində, öz dövrünün astronomik və coğrafi 

nailiyyətlərini əks etdirmiş “Biliklərin sonu” adlı qiymətli 

əsər  yazmışdır.  Bundan  sonra  o,  “Dürrətül  tac”  (Tacın 



dürləri) adlı ensiklopediya mahiyyətli bir kitab da tamam-

lamışdır. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə