Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə45/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   41   42   43   44   45   46   47   48   ...   102

                                                     

 

  



                                                                            

                                                    

181 

qiymətli  sayılan  sərvətləri  Azərbaycana  gətizdirərək, 



onların  təhlükəsizliyini  təmin  etmişdir.  Məhz  bu  səbəbdən 

Marağada  belə  bir  zəngin  kitabxana  yaranmış,  şəxsən 

Tusinin  100-dən  çox  əsəri  orada  saxlanılmışdı.  Rəsəd-

xanada  çalışan  alimlərin  əksəriyyəti,  bir  elmi  mənbə  kimi 

onun əsərlərindən istifadə etmişdilər.  

Bundan əlavə orada qədim yunan və Şərq alimlərinin də 

elmi  işləri  saxlanılırdı.  Əlyazmalar  arasında  azərbaycanlı 

müəlliflərin  də  əsərləri  olubdur  –  Əbu  Əli  Əhməd  ibn 

Məhəmməd  Bərdəinin  “Tarix”,  Şəmsəddin  Məhəmməd 

ibn  Osman  Sərəvinin  “Cavanmərdlərə  nəsihətlər  toplu-



su”,  Mühtəsəddin  Əbilxeyrin  “Tarix  Azərbaycan”,  Qazi 

Əfzələddin  Təbrizinin  “II  Nüsrətəddin  Pişkinin  ömür 



yolu” və digərləri. İbn Həcər yazır ki, əlyazmalar arasında 

“Marağa  tarixi”  və  “Arran  tarixi”  kimi  əsərlər  də  var 

imiş. 


Çin,  Hindistan,  Ərəb  ölkələri,  Monqolustan  və  Avropa-

dan gələn alimlər burada geniş elmi iş aparırdılar. 

Akademik Ziya Bünyadov Tusinin elmi-irsini araşdırar-

kən,  alim  barəsində  belə  bir  fikirlər  söyləmişdir:  “Məşhur 

Marağa  rəsədxanasının  və  və  nəhəng  elmi  kitabxanasının 

yaradılması Nəsir əd-Din Tusinin adı ilə bağlıdır və yalnız 

bu fəaliyyəti onu ölməzliyə qovuşdurmuşdur. 



                                                     

 

  



                                                                            

                                                    

182 

Nəsir  əd-Dinin  çoxəhatəli  elmi  yaradıcılığı,  astronomi-



ya,  həndəsə,  triqonometriya  və  başqa  dəqiq  elmlərə  həsr 

edilmiş  çoxsaylı  əsərləri,  onun  adını  hələ  Avropada  elm 

yenicə inkişafa başladığı zaman artıq məşhur etmişdi. 

Nəsir  əd-Din  Tusi  elmin  hərəkətverici  böyük  zəkaların-

dan biri olmuşdur. Orta əsr elminin bir çox klassik sahələri 

onun nailiyyətidir”.

1

 

Tusinin  fenomenal  biliyə  malik  olan  dahi  alim  kimi 



tanınması heç kimdə şübhə oyatmaz. O, bir neçə alimlərin 

gördükləri  işi  təkbaşına  görmüşdü.  İş  ondadır  ki,  alim  heç 

bir dövlət və ictimai işlərinə, özünün qiymətli enerjisini sərf 

etmədən elmi işlərlə məşğul olsaydı, daha da unikal kəşflər 

əldə  edərdi.  Lakin  buna  baxmayaraq,  Tusi  “Əlamut” 

qalasından  azad  ediləndən  sonra  vaxtının  əksəriyyətini 

dövlət işinə, rəsədxananın tikintisinə, yaradılan kitabxanaya 

qiymətli  əlyazmaların  toplanmasına,  bir  çox  tanınmış 

alimlərin və istedadlı tələbələrin, şagirdlərin Marağaya cəlb 

edilməsinə,  onalrın  bütün  qayğılardan  azad  olunmasına, 

Azərbaycanın  bir  çox  şəhərlərində  tədris  ocaqlarının 

yaradılmasına sərf edirdi. 

Tarixi  şəxsiyyətlərin  tərcümeyi-halı,  dövri  fəaliyyəti  ilə 

maraqlanarkən, mən Tusinin taleyini iki şəxsiyyətin fəaliy-

                                                 

     


1

 A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad” 

İslam araşdırmaları mərkəzi, 1996. səh. 4. 



                                                     

 

  



                                                                            

                                                    

183 

yətinə  oxşadıram.  Onlardan  biri  Antik  dövrdə  Afinada 



yaşamış  filosof  Demetr  Falerliyə,  o  birisi  isə  erkən  orta 

əsrdə  yaşamış  “Siyasətnamə”  əsərinin  müəllifi  bacarıqlı 

siyasi xadim Əbu Əli Həsən ibn Xacə Nizamülmülkə. 

Demetr Afinadan qovulan kimi triyeraya minib, birbaşa 

İsgəndəriyyəyə  yollanır.  O,  bilmirdi  Misirin  hökmdarı  I 

Ptolemey Sotera onu necə qəbul edəcək...

1

  

Makedoniyalı İsgəndərin Misirdə sələfi olan I Ptolemey 



həm qılıncı, həm də ki, qələmi ilə məşhur olan bir hökmdar 

idi  və  o,  bilavasitə  “İsgəndərin  Tarixi”  adlı  tarixi  əsərin 

müəllifi  sayılırdı.  Demetr  ona  şəhərdə  möhtəşəm  bir 

mədəniyyət  və  incəsənət  mərkəzinin  yaradılmasını  və  onu 

“ilahilər  Məbədi”  –  Musseyon  adlandırmağı  təklif  edir. 

Musseyon  hazır  olandan  sonra  oraya,  alimlərin  dəvət 

edilməsi,  hər  bölgədən  əlyazmaların  gətirilməsi  və  həmin 

əlyazmaların  surətlərinin  çoxaldılması  təntənəli  surətdi 

açılır  və  əlbəttə  ki,  Demetr  Falerli  həmin  Akademiyaya 

başçı təyin edilir.

2

 

Nizamülmülk  Hicri-Qəməri  408-ci  (miladi  1017-1018) 



ildə  Tus  vilayətinin  Noğan  nahiyəsində  anadan  olmuş,  H. 

Q. 485 (1092)-ci ildə Bağdad yolundakı Səhnə qəsəbəsində 

                                                 

          1

 Р. Хаггард. Клеопатра. Баку, «Гянджлик», 1990. стр. 13 

          2   

Н.  А.  Ионина,  автор-составитель.  Сто  великих  чудес  света. 

Москва, «Вече», 2000. стр. 145 




                                                     

 

  



                                                                            

                                                    

184 

Həsən  Səbbahın  fədailərindən  birinin  bıçaq  zərbəsi  ilə 



öldürülmüşdür. 

Xacə Nizamülmülk Həsən ibn Əli, səlcuq sultanlarından 

Alp Arslan (1063-1072) və Məlik şahın (1072-1092) vəziri 

olmuş,  Səlcuqilər  dövlətinin  genişlənib  möhkəmlənməsin-

də, abadlıq işlərinin görülməsində, ölkənin iqtisadi qüdrəti-

nin  artırılmasında,  ordunun  qüvvətlənməsində,  elm  və 

mədəniyyətin  yüksəlməsində  çox  böyük  işlər  görmüşdür. 

Bu  dövrlərdə,  mübaliğə  etmədən  demək  olar  ki,  dövləti 

sultanlar deyil, Nizamülmülk idarə edirdi. 

Nizamülmülk  daxili  dövlət  işlərilə  yaxından  məşğul 

olmaqla  bərabər,  xarici  siyasətə  istiqamət  verir,  din  şəriət 

qayda-qanunlarına  dəxalət  edir,  məzhəb  və  təriqətləri 

öyrənmək,  dövlət  və  din  xadimləri  hazırlamaq  məqsədilə 

xüsusi  mədrəsələrin açılmasına təşəbbüs göstərir və böyük 

maddi  yardım  edirdi.  Bu  mədrəsələr  sonradan  “Nizamiy-

yə”  mədrəsələri  altında  şöhrət  tapmışdı.  Bunların  ən  məş-

huru  bir  çox  dövlət  və  din  xadimləri,  münəccimlər, 

filosoflar,  hüquqşünaslar  və  şailər  hazırlamış  Bağdad 

nizamiyyəsi  sayılırdı...Sədi  Şirazi  kimi  bir  şairin  məhz 

Bağdad  Nizamiyyəsi  divarları  arasında  yetişdiyini  qeyd 

etmək kifayətdir. 

Nizamülmülk  Səlcuq  dövlətinin  vəziri  olduğu  vaxt 

Azərbaycan  da  həmin  dövlətin  tərkibinə  daxil  edilmişdi. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə