177
ilə astrologiya elmləri məhz Azərbaycanda həddindən artıq
yüksək dərəcədə inkişaf etmişdi. Marağa rəsədxanası
dövrünün ən yaxşı, ən qabaqcıl rəsədxanalardan biri idi.
Elmin uğurları zamanın işi və elmin
cəsarətidir.
Fransua Volter
Dövrünə görə dünyanın ən möhtəşəm
elmlər akademiyası Marağada olub
Müəllif bəlli olduğundan, artıq dünya ictimaiyyəti,
dünyanın ən qədim Göy qlobusunun Azərbaycanda (Mara-
ğa rəsədxanasında) düzəldiyini qəbul edibdir. Buna
alternativ bir ixtira yoxdur. Bəzi tarixi mənbələrin göstərdi-
yinə əsasən Marağa rəsədxanasında həm ulduz qlobusları,
həm də Yer kürəsinin qlobusları var imiş. Əlbəttə, Tusinin
rəhbərlik etdiyi elmi kollektiv ulduz qlobusu düzəltdiyi
halda, şübhəsiz ki, həmin dövrdə Yer kürəsinin qlobusunu
da ixtira edərək, Marağada saxlayırdılar. Yerin kürə şəklin-
178
də olması Tusiyə bəlli idi və çox güman ki, o, tərəddüd
etmədən Yer kürəsini əks etdirən qlobus düzəltmiş, həmin
qlobusun vasitəsilə planeti iki yarımkürəyə bölmüşdü.
Çünki onda Yerin uzunluq səthinin ölçüləri də vardır.
Sadəcə olaraq həmin maketlər gəlib bizim dövrümüzə
qədər çatmayıblar. Lakin elə yazılarla üzləşmək olur ki,
orada birbaşa Yer qlobusu ixtiraçısının adı ilə üzləşirsən.
Tarixi mənbələrdə göstərilir ki, alman coğrafiyaşünası,
kosmoqrafı və dəniz səyyahı, Nürenberqli Martin Behaym
(1459-1507) Afrika sahillərinə nəzərdə tutulan ekspedi-
siyalardan Avropaya qayıdandan sonra 1492-ci ildə ilk dəfə
dünyada, Yer qlobusunun maketini düzəldibdir. Halbuki
professor N. Əbdülqasımova bildirir ki, Yer qlobusunu ilk
dəfə azərbaycanlı alim ixtira edib. O, yazır: “Elm tarixində
müxtəlif cihazların avropalılara məlum olması tarixi
Marağa rəsədxanasında çalışan alimlərin əlyazmalarından
aydın görünür. Məsələn: coğrafi və ulduz qlobuslarının
yaranma tarixi buna parlaq misaldır. 1266-cı ildə coğrafi
qlobusun ilk yaradıcısı Marağa rəsədxanasının əməkdaşı
azərbaycanlı alim Kəriməddin Əbubəkr ibn Mahmud
Səlmasidir”.
1
1
Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik
yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001.
Professor N. Ə. Əbdülqasımovanın məruzəsi, səh. 22
179
Mənə elə gəlir, peşəkar alimlərin sayəsinə Marağada
onlarla belə qlobuslar düzəldilə bilərdi.
Məhəmməd Ordi ixtira etdiyi qlobusu qızıldan və
gümüşdən bəzədiyinə görə, həmin maket qiymətli bir sənət
əsəri kimi tarixin yaddaşında qorunub saxlanılmışdı. Belə
bir üsul ilə alim özünün uzaqgörənliyini nümayiş elətdir-
mişdi. Elə ulduz qlobusu da Drezden şəhərinin “Rəsm
Qalereya” muzeyinin Fizika-riyaziyyat salonunda salamat
vəziyyətdə saxlanılmasaydı, onda bir çox mütəxəssislər,
ümumiyyətlə, Marağa rəsədxanasında heç bir qlobusun
düzəlmədiyini bəyan edərdilər. Deməli, dünyada ilkin
dəqiq koordinatlı bölgülü olan qlobusların Azərbaycanda
düzəldilməsi labüd idi.
Marağa rəsədxanasında dəqiq müşahidələr aparıldığı və
xüsusilə vaxtı ölçmə işlərində böyük dəqiqlik rəqqaslı
saatlara malik olub-olmamaları haqqında indiyənə kimi heç
bir məlumat yoxdur. Lakin o, məlumdur ki, Tusinin üçüncü
müəllimi Yunis Misri Azərbaycanda rəqqaslı saatın
ixtiraçısıdır və çox güman ki, onun tələbələrindən bir neçəsi
Marağa rəsədxanasında çalışmışdılar.
Tusi Hülaku xanın nüfuzundan istifadə edərək, rəsəd-
xanada çalışan alimlər üçün zəngin kitabxana düzəltmişdi.
Sahəsi 330 kv. metrə bərabər olan kitabxanada 400 min
əlyazma vardı. Əlyazmaların əksəriyyəti Azərbaycanda,
180
yerdə qalan hissəsi isə ölkə hüdudlarından kənarda
yazılmışdı. Marağa kitabxanası Yaxın Şərqdə yerləşən ən
böyük kitabxanalardan biri sayılır və orada saxlanılan
əlyazmaların əksəriyyətinin öz tarixçəsi var idi. Ona görə
ki, əsərlərin müəllifləri dünya elminə və mədəniyyətinə
xidmət etmiş, tarix qarşısında öz çəkisi olan müdrik, kamil
və aqil insanlar idi.
Kitabxananın sahəsinə şübhə ilə yanaşan Bayram
Rzayev yazır ki: “...Qazıntılar zamanı məlum olub ki, bu
qədər kitab (400 min əlyazma – R. D.) kitabxanaya yerləşə
bilməzdi. Yəqin ki, kitabların bir qismi də əsas binada
saxlanılırmış.
Kitabxananın fəaliyyəti haqqında yazan Təbatəbai
göstərirdi ki, kitabxana Əbu Səidxan Elxaninin dövründə
də fəaliyyət göstərmişdi.”
1
Hülaku xanın qoşunlarının, ətrafda yerləşən ölkələrin
şəhərlərinə edilən işğalçılıq yürüşlərdən bir çox mədəniy-
yət, incəsənət abidələri, elm mərkəzləri bərbad vəziyyətə
düşürdü. Tusi belə bir ağır və təhlükəli vəziyyətdə sinəsini
irəli verərək, həmin abidələrin və sənət əsərlərinin məhv
olunmasının qarşısını almış və dünya mədəniyyəti üçün
1
B. Rzayev Bəşəri düha: Mühəmməd ibn Mühəmməd ibn Həsən –
Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 69
Dostları ilə paylaş: |