Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə46/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   42   43   44   45   46   47   48   49   ...   102

                                                     

 

  



                                                                            

                                                    

185 

Buna  görə  də  “Siyasətmanə”  XI  əsr  Azərbaycan  tarixini 



öyrənmək üçün də əhəmiyyətlidir. Eləcə də bu əsərdən bir 

ədəbi abidə kimi də sonrakı əsrlərdə istifadə olunmuşdur. O 

cümlədən  Məhəmməd  Qəzzali  “Nəsihətülmülk”  əsərində 

“Siyasətnamə”yə nəzər salmışdır... 

“Siyasətnamə”  ilk  dəfə  fransız  şərqşünası  Ş.  Şefer 

tərəfindən 1892-ci ildə nəşr edilmişdir. Bundan bir il sonra 

Ş.  Şefer  onun  fransızca  tərcüməsini  və  nəhayət,  1897-ci 

ildə Nizamülmülkün tərcümeyi-halını nəşr etdirmişdir...

1

 

Tusi  Demetr  kimi  möhtəşəm  kitabxana,  Elmlər  Akade-



miyasının  identik  forması  olan  Marağa  rəsədxanasını 

yaratmış  və  oraya  ən  tanınmış  alimlərini  cəlb  etmişdi. 

Bundan  əlavə  o,  Nizamülmülk  kimi  vəzir,  məsləhətçi  işlə-

miş,  dövlət  işlərində  əhəmiyyətli  rol  oynamış,  mədrəsələr 

açdırmış  və  alimlərə  böyük  dəstək  vermişdi.  Göründüyü 

kimi  Azərbaycan  alimi  ilə  yuxarıda  adları  çəkilən 

şəxsiyyətlərin xasiyyətlərində oxşar cəhətlər çox idi. 

Marağa  rəsədxanası  o  dövrdə  Şərqdə  ilk  çoxsahəli  elm 

ocağı  olduğundan,  oranı  dünyanın  ən  böyük  Elmlər 

Akademiyası  da  adlandırmaq  olardı.  Marağada  aparılan 

astronomik müşahidələrin, elmi tədqiqatların və araşdırma-

ların, astronomik cihazların ixtirası, elmi nailiyyətlərin əldə 

                                                 

         

Əbu  Əli  Həsən  ibn  Əli  Xacə  Nizamülmülk.  Siyasətnamə.  N. 



Məmmədzadənin əlavəsi. Bakı, “Elm”, 1989. səh. 27 


                                                     

 

  



                                                                            

                                                    

186 

olunması,  tədris  proqramlarının  çoxsahəli  olması,  buraya 



cəlb  olunan  alimlərin  və  tələbələrin  sayının  çoxluğu, 

yazılan  elmi  əsərlərin  bolluğu  miqyasına  görə  Bağdadın 

Beytül  hükəması”,  Ürgəncin  “Məmun  Akademiyası”nı 

və dünyanın başqa elmi ocaqlarını çox-çox geridə qoyurdu. 

Əsas  arqument  ondan  ibarətdir  ki,  astronomik  müşahidə-

lərin aparılması üçün yaradılan həmin rəsədxanada astrono-

miya  və  riyaziyyatla  yanaşı,  tarix,  coğrafiya,  həndəsə, 

botanika,  fəlsəfə,  meniralogiya,  fizika,  kimya,  təbabət, 

astrologiya,  optika,  ədəbiyyat,  estetika,  hətta  musiqi-

şünaslıq  sahəsi  də  dərindən  öyrənilib  ədəbiyyat  vəsaitləri 

kimi  təhsil  almağa  can  atan  adamlar  arasında  geniş  təbliğ 

olunurdu.  Hər  sahə  üzrə  də,  məşhur  mütəxəssislər 

yetişdirilirdi. Artıq məlumdur ki, Tusinin rəhbərliyi altında 

yüzdən  artıq  alim  işləmişdi.  Bunları  nəzərə  alıb  bildirmək 

istəyirəm  ki,  həqiqi  mənada  Marağa  rəsədxanasının 

nəzdində Tusinin təşəbbüsü ilə dünyanın ən böyük “Elmlər 

Akademiyası” yaradılmışdı. 

Akademik  Maqsud Əliyev Marağa rəsədxanası və onun 

banisi  Tusi  barəsində  bu  sözləri  söyləmişdir:  “Nəsirəddin 

Tusi  XIII  əsrdə  Marağa  rəsədxanasında  əsl  Milli  Elmlər 

Akademiyası  yaratmışdır.  Burada  astronomiya,  astronomi-

yanın  müxtəlif  sahəsi  –  cihazqayırma,  müşahidə  alətləri, 

nəzəri  işlər  –  riyaziyyat,  coğrafiyaşünaslıq,  minerologiya, 



                                                     

 

  



                                                                            

                                                    

187 

hüquq  elmləri,  yerşünaslıq,  təbiətşünaslıq,  ailə  və  əxlaq 



problemləri, fəlsəfə, musiqi, həndəsə, triqonometriya, sferik 

triqonometriyanın əsası qoyulur. Dünyada o vaxt  

belə  bir  zəngin  Elmlər  Akademiyası  olmamışdır. 

Avropada  belə  bir  müəssisə  yalnız  XV,  XVI  əsrlərdə 

yaranmağa başlamışdır.

1

 



Sonrakı  illərdə  Azərbaycan  müharibələr  burulğanına 

düşməsəydi  və  Marağada  təbii  fəlakət  baş  verməsəydi, 

şübhəsiz  ki,  “Elm  və  müdriklik  evi”  kimi  tanınan  möhtə-

şəm  Marağa  “Elmlər  Akademiyası”  bütün  elmlərin  inkişaf 

etdirilməsi  üçün  bəşəriyyətə  qiymətli  kadrlar  hazırlayar  və 

orada  yaradılan  elmi  nailiyyətlər,  dünya  elm  xəzinəsinə 

qiyməsiz kəşflər bəxş edərdi. 

1271-ci  ildən  tam  istismara  verilən  Marağa  rəsədxanası 

1300-cü  ildə  (həmin  ildə  baş  verən  zəlzələ  rəsədxananı 

yararsız  hala  salmışdı)  fəaliyyət  göstərə  bilmişdir.  V.  V. 

Bartold  qeyd  edir  ki,  “Marağa  rəsədxanasında  aparılan 

tədqiqatlarınelmin  inkişafına  göstərdiyi  təsir  Uluqbəy 

rəsədxanasına  qismət  olmadı.  Uluqbəyin  rəsədxanası  onun 

əsasını  qoymuş  bu  adamın  vəfatı  ilə  eyni  zamanda  öz 

                                                 

       


1

 Azərbaycan Respublikası “Təhsil” Cəmiyyəti 2002 il 28 iyunda dahi 

Azərbaycan  alimi  Nəsirəddin  Tusinin  800  illik  yubileyinə  həsr  olunmuş 

“Nəsirəddin Tusinin elmi  xidmətləri  və  Nəsirəddin Tusi  yazıçı-tədqiqatçı 

Ramiz  Qasımov  yaradıcılığında”  mövzusunda  keçirilən  elmi-praktik 

konfransda akademik Maqsud Əliyevin çıxışı. 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə