Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə42/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   38   39   40   41   42   43   44   45   ...   102

                                                     

 

  



                                                                            

                                                    

169 

Artıq  belə  bir  nəticələrdən  sonra  qeyd  etmək  olar  ki, 



“Zic  Şah  Cahani”  əsərinin  müəllifi  hind  astronomu  Əbu 

Mulla  Fərid  Dəhləvi  və  “Zic  Məhəmməd  Şahi”  əsərinin 

müəllifi  Hindistanın  böyük  alimi  Savoy  Cay-Sinq  belə  bir 

astronomik  kataloqları  tərtib  edərkən,  Tusinin  fəaliyyətini 

və  Marağa  rəsədxanasında  aparılan  astronomik  müşahidə-

ləri  dərindən  öyrənərək,  özləri  üçün  müsbət  nəticə  əldə 

etmişdilər.  Nəzərə  almaq  lazımdır  ki,  Savoy  Cay-Sinq  öz 

kataloqunu  yaradarkən  artıq  XVIII  əsrin  ortası  idi  və  qeyd 

etməliyəm  ki,  “Zic  Elxani”nin  yaradılmasından  500  il 

keçməsinə  baxmayaraq,  hələ  də  dünya  astronomları  bir 

mənbə  kimi  Tusinin  əsərindən  istifadə  edirdilər.  Həmin 

dövrə  qədər  Avropanın  rəsədxanalarında  fəaliyyətdə  olan 

astronomik  cihazların  tam  təkmilləşməsi  prosesi  gedirdi. 

Yəni,  optikalı  cihazların  istehsalı  baş  verirdi.  Asiyanın 

rəsədxanalarında  çalışan  astronomlar  müşahidələr  aparmaq 

üçün  bilavasitə  Avropada  istehsal  olunan  cihazlardan 

istifadə etməyə üstünlük verməyə başlamışdılar. 

Hindistanın  görkəmli  dövlət  xadimi  Cavaxarlal  Nehru 

Savoy  Cay-Sinq  haqqında  belə  bir  fikir  söyləyib:  “Vaxtilə 

Savoy  Cay-Sinq  hələ  astronomiya  müşahidələrinə  başla-

mazdan  əvvəl  Avropada  astronomiyanın  nəzəri  və  təcrübə 

səviyyəsi  ilə  tanış  olur  və  belə  qərara  gəlir  ki,  Şərq  alim-




                                                     

 

  



                                                                            

                                                    

170 

lərinin  bu  sahədə  nailiyyətləri  Avropa  alimlərinin  işlərin-



dən geri qalmır və o, optikasız astronomik cihazlar qurur”. 

Maraqlı odur ki, Tusi astronomiyaya dair  “Zic İlxani”-

dən hələ xeyli qabaq elmi baxımından çox dəyərli bir əsər 

yazmışdır.  1235-ci  ildə  tamamladığı  həmin  əsəri  alim, 

Kuhistan  ismaililərin  rəhbəri  Nəsirəddin  Möhtəşəmin  oğlu 

Muinəddin  Əbu  aş-Şəmsin  şərəfinə  “Muiniyyə”  (Risale 



“Muiniyyə fi elm əlhayya”) adlandırmışdır. N. Ə. Əbdül-

qasımova  qeyd  edir  ki,  bu  əsərdə  N.  Tusi  planetlərin 

yerləşməsini  qabaqcadan  hesablamaq  məqsədilə  Ptolomey 

tərəfindən  işlənmiş  kinematik  modelə  xeyli  dəyişikliklər 

etmişdir.  Bu  dəyişikliklər  sonralar  müsəlman  alimləri  və 

Kopernik  tərəfindən  davam  etdirilmişdir...  Bir  qədər  sonra 

monqolların  istilası  ərəfəsində  Tusi  həmin  əsərə  əlavə 

olaraq fars dilində “Hall” əsərini yazmışdır. Hər iki əsərin 

Qahirə  və  Tehran  variantları  indiyə  kimi  saxlanmaqdadır. 

Bu  əsər  “Zic  Elxani”  əsərinin  yaranmasında  stimulyator 

rolunu oynamış və alimlər tərəfindən geniş təhlil edilirdi.

1

 

 “Muiniyyə”  bütünlüklə  astronomiyaya  aid  olduğundan 

tərkibində  olan  hər  dörd  bölməni  (hissələr)  fəsilləri  ilə 

birlikdə sadalamağı oxucular üçün maraqlı olar. 

                                                 

        


1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 

yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor N. Əbdülqasımovanın məruzəsi, səh. 375 




                                                     

 

  



                                                                            

                                                    

171 

I  bölmə  iki  fəsildən  ibarətdir:  Birinci  fəsil  astronomi-



yaya  girişdən,  yəni  astronomiyanın  şərhi  üçün  lazım  olan 

əsas  həndəsi  anlayışlardan,  ikinci  fəsil  isə  fizikanın  bəzi 

məsələlərindən  (xüsusilə  mexaniki  hərəkətin  iki  növündən 

düzxətli və dairəvi hərəkətdən) bəhs olunur. 

II  bölmə  on  dörd  fəsildən  ibarətdir:  Bunlar  Göy 

cisimlərinin quruluşundan bəhs edir.  

1.  Yerin  və  Göyün  kürəvi  olması  haqqında;  parlaq  göy 

cisimlərinin  görünməsi  və  yox  olması  haqqında;  doğub-

batan  (qütbdən  uzaqlaşdıqca)  göy  cisimlərinin  görünməsi-

nin  və  yox  olmasının  müddəti  haqqında;  Göy  cisimlərinin 

yerləşməsi, hərəkəti haqqında;  

2.  Ulduzların  məxsusi  hərəkəti,  Göy  sfrasının  əsas 

dairələri və nöqtələri haqqında;  

3.  8-ci  sferada  yerləşən  hərəkətsiz  ulduzların  vəziyyəti-

nin izahı haqqında;  

4.  Göy  cisimlərinin  həmçinin  Günəşin  hərəkəti 

haqqında;  

5. Ayın hərəkəti haqqında;  

6.  Günəşdən  daha  uzaqda  yerləşən  (Yer  və  Venera) 

planetlərin hərəkəti haqqında;  

7. Göy cisimlərinin və Merkurinin hərəkəti haqqında;  



                                                     

 

  



                                                                            

                                                    

172 

8. Göy cisimlərini və ekliptik enliyi məlum 6 planet, (5 



planet  –  Merkuri,  Venera,  Mars,  Yupiter  və  Saturun  –  R. 

D.), Günəş, Ay, aşağı və yuxarı planetlər) haqqında;  

9. Göy cisimlərinin yerləşdiyi sektorlar haqqında;  

10. Planetlərin düz və tərs hərəkəti haqqında; planetlərin 

görünməsi  və  yox  olması  haqqında;  onların  görünən 

dayanacaqları  haqqında;  göy  cisimlərinin  hərəkətinin 

yavaşılması, sürətlənməsi və stabilləşməsi haqqında;  

11. Aşağı planetlərin parallaksı haqqında;  

12. Ayın fazalarının görünmə şərtləri haqqında;  

13.  Ayın  və  Günəşin  tutulması  və  tutulmaların  növləri 

haqqında;  

14. Göy cisimlərinin görünməsi, yox olması haqqında. 

III  bölmə  on  iki  fəsildən  ibarətdir:  Bunlar  riyazi 

coğrafiyaya həsr olunub.  

1. Yerin kürəviliyi və onun Kainatda mərkəzliyi haqqın-

da;  Yer  ekvatoru  haqqında;  Yerin  şimal  və  cənub  yarım-

kürələri  haqqında;  coğrafi  uzunluq  və  enlik  koordinatları 

haqqında; Yeddi iqlim haqqında;  

2. Yer ekvatorunda yerləşən sahələr və onların xüsusiy-

yətləri haqqında;  

3.  Enliyin  ekliptikanın  meyl  bucağından  kiçik  olan 

sahələrin xüsusiyyətləri haqqında;  




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə