Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə38/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   34   35   36   37   38   39   40   41   ...   102

                                                     

 

  



                                                                            

                                                    

153 

Marağa  rəsədxanasında  çalışan  alimlərdən  biri  də 



xristianlığı  qəbul  etmiş  və  yəhudi  millətinə  mənsub  olan 

Yuhanna  Qriqori  Əbül  Fərəc  Bar  Ebrey  (1226-1286) 

Anadolu yarımadasının şərq hissəsində anadan olmuşdur. 

Melatiyada  yepiskop,  sonradan  isə  Hələbdə  baş  kilsə 

xadimi  olmuş  Əbül  Fərəc  XIII  əsrin  60-cı  illərində 

Marağaya  gəlir  və  burada  Nəsirəddinin  rəhbərliyi  altında 

çalışır. O, Suriya dilində astronomiya və coğrafiya elminin 

əsasları haqqında qısaca məlumatlar verilmiş  qiymətli əsər 

yaratmışdı. Əbül Fərəci orta əsrlərdə Avropada çox məşhur 

edən  “Sülalələr  tarixi”,  yaxud  “Dövlətlərin  müxtəsər 



tarixi”  adlı  ərəb  dilində  yazdığı  kitabdır.  Bu  əsər  Marağa 

rəsədxanasında  çalışan  və  yaşayan  çox  millətli  kollektivin 

həyat tərzini geniş şəkildə əks etdirmişdir. 

Marağa  rəsədxanasının  baş  mühəndisi  və  qurucusu 

tanınmış  alim  Müəyyidəddin  Ordidir.  Ordi  haqqında  bio-

qrafik  məlumatlar,  demək  olar  ki,  yoxdur.  Tarixdə  sənəd 

kimi  yalnız  onun  ərəb  dilində  qələmə  aldığı  “Marağa 

rəsədxanasının  astronomik  alətləri  haqqında  risalə”si-

nin  iki  əlyazma  nüsxəsi  qalmışdır.  Bunlardan  biri  Parisin, 

digəri  isə  Tehranın  milli  kitabxanalarında  saxlanılır.  Birin-

ci  nüsxə  XIX  əsrin  əvvəllərində  Parisdəki  xüsusi  şərq 

dilləri  məktəbinin  müəllimi  A.  Jurden  tərəfindən  tapılıb 

fransız  dilində  tərcümə  olunur.  Kitab  Parisdə  ilk  dəfə  - 




                                                     

 

  



                                                                            

                                                    

154 

1809  və  1810-cu  illərdə  nəşr  olunur.  1811-ci  ildə  alman 



dilinə  tərcümə  edilir.  Bu  əsərdə  Tusinin  rəhbərliyi  altında 

Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri 

də var. 

Ordinin  traktatında  verilən  məlumatların  təhlili  bir  çox 

tədqiqatçıları  belə  bir  fikrə  gətirmişdir  ki,  Marağa 

rəsədxanasındakı  alətlər  təkmilliyi  ilə  o  dövrün  bütün 

rəsədxanalarındakı  alətlərdən  seçilirmiş.  Bu  da  məlumdur 

ki,  Ordinin  öz  ixtirası  olan  bəzi  alətlər  sonradan  dünyanın 

bir  çox  rəsədxanalarında  istifadə  olunub.  Ondan  sonrakı 

dövrdə  isə  hazırlanan  astronomik  cihazların  əksəriyyəti, 

Ordinin ixtira etdiyi cihazlara əsasən təkmilləşdirlmişdir. 

Mühəmməd ben Müəyyidəddin Ordi rəsədxanada astro-

nomik  cihazların  quruluşu  ilə  məşğul  olaraq,  dünyada  ən 

qədim  ulduz  qlobusu  (1279)  düzəltmişdi.  Həmin  qlobusun 

üzərində  ulduzların  vəziyyəti  çox  böyük  dəqiqliklə 

düzəldilmişdi. 

XVI  əsrdə  Almaniyanın  Drezden  şəhərində  bir  dövlətli 

şəxs “Rəsm Qalereyası” adlı bir muzey yaradır və bürünc-

dən,  gümüşdən  və  qızıldan  hazırlanmış  həmin  qlobus  bu 

muzeydə saxlanılır. 

Sədrəddin  Əli  Tusi  atasının  vəfatından  sonra  uzun 

müddət  rəsədxanaya  rəhbərlik  etmişdir.  Onun  qardaşı 




                                                     

 

  



                                                                            

                                                    

155 

Əsiləddin,  Parisdə  milli  kitabxanada  saxlanılan  “Zic 



Elxani” əsərinin bir əlyazma nüsxəsinin müəllifidir. 

 

    



 

   Marağada düzəldilən Göy qlobusu (1279). Drezden muzeyi 

  

Marağa  rəsədxanasında  çalışan  Məhiəddin  Məğribi 



İspaniya ərəblərindən idi. O, hələ rəsədxana tikilməmişdən 

əvvəl  Hələbə  gəlmiş,  orada  astronomiya  ilə  məşğul 




                                                     

 

  



                                                                            

                                                    

156 

olmuşdu. Hülaku xanın qoşunları Hələbə daxil olduqda heç 



cür  xilas  yolu  tapmayan  Məhiəddin  qışqırır  ki,  o, 

astronomdur.  Nəsirəddinin,  harada  astronomlara  təsadüf 

olunsa,  onları  Marağaya  göndərmək  xahişini  bilən  Hülaku 

xan Məhiəddini xilas edib oraya göndərir. 

Məşhur  alimlər  Fao  Mun-Çi  Çindən,  İsa  Monqolustan-

dan, Fəxrəddin İxlati isə Tiflisdən idi. 

Marağa  rəsədxanasında  çalışan  alimlərin  milliyəti  din 

etibarilə  müxtəlif  idi.  Müsəlmanlarla  yanaşı  xristianlar, 

nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş 

və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan 

məlum  olur  ki,  orada  azərbaycanlılarla  yanaşı  farslar, 

ərəblər,  yəhudilər,  özbəklər,  çinlilər,  türklər,  monqollar  və 

başqaları  da  çalışmışlar.  Buradan  aydın  olur  ki,  Marağa 

rəsədxanası tam mənası ilə beynəlmiləl tərkibli mədəniyyət 

ocağı,  yaşayış  məntəqəsi  olmuş  və  orada  alimlər  arasında 

əsl  emansipasiya  yaranmışdı.  Bu  isə  rəsədxananın  ən 

mütərəqqi cəhətlərindən biri idi. 

XIII əsrin 80-ci illərində Xanbalıq (Pekin) şəhərində, Qo 

Şu-çinq  adlı  bir  astronom  rəsədxana  qurur.  Çin  dilində 

yazılmış “Yuan sülaləsinin tarixi” adlı əsərindəki mənbə-

dən  və  Azərbaycan  tarixçisi  Rəşidəddinin  göstərdiklərin-

dən  aydın  olmuşdur  ki,  hələ  Xubilay  xandan  əvvəl  Menqu 

xan  Hülaku  xandan  xahiş  etmişdi  ki,  həşşaşilərin  qalaları 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə