Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə34/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   30   31   32   33   34   35   36   37   ...   102

                                                     

 

  



                                                                            

                                                    

136 

Marağa  rəsədxanasının  binalarının  daxili  divarlarına 



çəkilmiş təsviri sənət nümunələri olduqca diqqəti cəlb edir. 

bu  divarlarda  planetlərin  şəkilləri,  Ayın  və  onun  12 

bürcünün  mövqeyinin  maketləri,  Yer  kürəsinin  şəkil  və 

təsvirləri,  gecə  və  gündüzün  uzunluğu,  adaların  müxtəlif 

mövqeləri və coğrafi ərazisi, dənizlərin ölçüləri təsvir edil-

mişdi.  Bir  sıra  əsərlərdə  astronomlar  iş  fəaliyyəti  zamanı, 

cihazların fonunda təsvir edilmişdir.

1

 

 

Marağada olan hər bir alim üçün işləməyə böyük zəmin 



yaradıldı.  Rəsədxanada  çoxlu  cihazlar  vardı.  Tusi  rəsəd-

xananın  banisi  kimi  orada  işlədilən  cihazların,  başqa  ölkə-

lərdə  də  istifadə  edilməsinə  şərait  yaradırdı.  Azərbaycan 

taxt-tacında əyləşən Abaqa xan rəsədxanada görülən bütün 

işlərdən  razı  idi  və  hərtərəfli  orada  çalışan  sıravi  əmək-

daşlara  və  mütəxəssislərə  hərtərəfli  yardım  əlini  uzadırdı. 

Hökmdarın  bu  iltifatında  və  xeyirxahlığından  demək  olar 

ki, hamı razı idi. 

“İlxanilər”  dövlətinin  başında  olan  həm  Hülaku  xan, 

həm  də  Abaqa  xan  şübhəsiz  ki,  Tusinin  öyüd-nəsihət 

dərsliyini  xatırladan  “Əxlaqi-Nasiri”  əsəri  ilə  yaxından 

tanış  idilər.  Ona  görə  də  alimin  məsləhəti  və  nəsihətləri 

onlar tərəfindən şəksiz qəbul edilirdi. Çox güman ki, həmin 

                                                 

         1

  B.  Rzayev.  Bəşəri  düha:  Mühəmməd  ibn  Mühəmməd  ibn  Həsən  – 

Nəsirəddin Tusi (XI) “ADPU nəşriyyatı”, Bakı, 2014. səh. 69-70 



                                                     

 

  



                                                                            

                                                    

137 

əsərin 3-cü  məqaləsinin dördüncü məqaləsindəki maddələr 



onların  şüuruna  çevirilmişdir.  Tusi  dövlət  başçısı  olmaq 

istəyənlər  üçün  bu  şərtlərin  bilməsini  nəmli  sayırdı: 

birincisi  atalıq,  ikincisi  alicənablıq,  üçüncüsü  mətinlik, 

dördüncüsü  əzmkarlıq,  beşincisi  səbrlilik,  altıncısı  maddi 

imkanlılıq,  yeddincisi  əməli  salehlik.  Ağır  vaxtlarda  alim 

bu şərtləri daima hökmdarların yadına salırdı. 

Tusi  rəsədxanada  aparılan  hərtərəfli  elmi  işlərin 

mahiyyətinə  görə  orta  əsr  akademiyası  yaratmağa  müvəf-

fəq olmuşdur. Monqolların adı Avropa ölkələrində vahimə 

yaratmasaydı,  çox  güman  ki,  xristian  dövlətlərində  yaşa-

yan,  elmə  böyük  həvəs  göstərən  tələbələr  və  humanistlər 

təhsil  almaq  üçün  elə  Azərbaycana  gələ  bilərdilər.  Onda 

Marağa  rəsədxanasının  səsi-sorağı  nəinki  Yaxın  Şərqdən, 

hətta  Avropa  ölkələrdən  də  gələrdi.  Alimin  bu  sahədə 

çəkdiyi zəhmətinin qiyməti misilsiz idi. 

Rəsədxananın  Marağada  tikilməsi  heç  də  təsadüf  deyil-

di.  bu  şəhərin  Azərbaycanın  “ipək  yolu”  ağzında,  ticarət 

yollarının  kəsişdiyi,  bir  çox  ölkələrin  strateji  cəhətdən 

maraq  dairəsini  əhatə  etdiyi  bir  yerdə  yerləşdiyindən  Tusi 

hali  idi.  Müvəqqəti  olaraq  bu  ölkə  “İlxanilər”  dövlətinin 

tərkibindəydi  və  100-150  il  sonra  həmin  ölkənin  başqa 

dövlətlər  tərəfindən  zəiflədilməsini  alim  uzaqgörən  bir 

siyasətçi  kimi  əvvəlcədən  görürdü.  Məhz  buna  görə  də  o, 



                                                     

 

  



                                                                            

                                                    

138 

rəsədxananın  tikintisini,  “İlxanilər”  dövlətinin  tərkibində 



olan  Təbriz,  İsfahan,  Bağdad  kimi  iri  şəhərlərdə  deyil, 

yalnız  həmin  şəhərlərdən  xeyli  təcrid  olunmuş  Marağada 

saldırmışdı.  

Alim  çox  yaxşı  bilirdi  ki,  Marağa  müvəqqəti  olaraq 

Azərbaycanın  paytaxtıdır  və  gələcəkdə  baş  verəcək  qanlı, 

viranedici  savaşlar  zamanı  həmin  şəhər,  strateji  əhəmiyyət 

kəsb  edən  başqa  şəhərlərə  nisbətən  böyük  dağıntılardan 

yaxa  qurtara  bilər  və  bununla  da  bəşəriyyət  üçün  salınmış 

həmin  elm  ocağı  gələcək  nəsillərə  miras  qalacaq.  Çünki 

Marağanın  özündə  nə  iri  istehkamlar,  nə  qəsrlər,  nə  də  ki, 

iri  qalalar  vardı.  Həqiqətən  də  elə  onun  sağlığında  Azər-

baycanın paytaxtı Marağadan, ölkənin qədim şəhərlərindən 

biri sayılan Təbrizə köçürülür. 

 

 



 

 

 

 

 

 

 

 


                                                     

 

  



                                                                            

                                                    

139 

                         Məni iki şey heyran edir və düşündürür;  

                              başım üzərindəki ulduzlu səma və  

                              daxilimdəki əxlaq qanunu. 

                                                        İmmanuil Kant 

 

   

Marağa rəsədxanası və onun alimləri 

 

Görkəmli Azərbaycan alimi Rəşidəddinin yazdığına gö-



rə, Marağa rəsədxanasında 100 nəfərdən çox alim və başqa 

işçi varmış. Onların da çoxu Tusinin tələbəsi olmuşdur. 

Maraqlı  cəhət  ondan  ibarətdir  ki,  gələcəkdə  həmin 

adamlar öz ölkələrində tanınmış alimlər kimi hörmət sahibi 

olmuş  və  əksər  hallarda  hökmdar  saraylarında  işlə  təmin 

olunurdular.  Hətta  həmin  alimlərin  bəziləri  Marağa  rəsəd-

xanasına oxşar bir rəsədxananın öz ölkələrində inşa etmək 

üçün öz hökmdarlarına müraciət etmişdilər. Lakin həmin iş 

külli-miqdarda  vəsait  tələb  etdiyindən,  ortaya  qoyulan 

layihəni həyata keçirmək mümkün olmurdu. 

Hülaku xan hələ Bağdadı tərk etməmiş göstəriş vermiş-

di  ki,  tikinti  (rəsədxana  –  R.  D.)  üçün  lazım  olan  tikinti 

materiallarını  və  cihazlar  alınması  üçün  vəsait  versinlər. 

Bununla  əlaqədar  göstəriş  verdi  ki,  bütün  islam  vəqfləri 

Nəsirəddinin sərəncamına verilsin və bu vəqflərin gəlirinin 

ondan bir hissəsi rəsədxananın tikintisinə xərclənsin.  




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə