Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə33/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   29   30   31   32   33   34   35   36   ...   102

                                                     

 

  



                                                                            

                                                    

132 

astronomlarından  cəlb  etdi.  O,  elmdə  geosentrik  sistemin 



tərəfdarı idi. 

46

0



  16

/

  coğrafi  uzunluqda  və  37



0

  23


/

  enlikdə  yerləşən 

Marağa  şəhəri  və  onun  ətrafı  təbii  gözəlliyinə  görə, 

Azərbaycanın dilbər guşələri sırasına daxildir. Oranı əcnəbi 

adamlar  daha  yaxşı  qiymətləndirirdilər.  Onlardan  biri  də 

məşhur səyyah V. Şipçinski idi. O, Marağa şəhəri barəsində 

yazırdı:  “Şəhəri  qərq  edən  Marağa  bağlarına  bir  neçə 

kilometr qalana qədər artıq hava çiçəklənmiş yabanı zeytun 

ağaclarının ətri ilə dolmuşdu.  

Marağa  –  Ürmiya  gölünün  şərq  sahilindən  düz  xətlə 

təqribən 35 kilometr uzaqdı və okean səthindən 1613 metr 

yüksəklikdə  yerləşmişdir.  Bu  çox  qədim  şəhərdir:  o  hələ 

1029-cu ildə səlcuqların hücumuna məruz qalmış və onların 

tərəfindən  bərbad  edilmişdi.  Biz  orada  olanda  (1916-cı  il 

nəzərdə  tutulur)  o,  çiçəklənmiş  bir  mərkəz  və  əhalisinin 

miqdarı  15  min  nəfər  idi.  Şəhər  Səfiçayın  üzərində 

saılnmışdır  və  onun  suyu  şəhərdən  yuxarıda  arxlara  elə 

bölünmüşdür  ki,  gözəl  bağlarını,  üzümlük  və  tarlaları 

suvarılsın.  Bahar  selləri  zamanı  Marağanın  küçələrini  su 

ovduqda  iki  metr  dərinlikdə  yaxşıca  bişmiş  saxsı  su 

boruları görünür ki, vaxtı ilə bunlardan su keçirmiş. İndi bu 

qədim su kəməri sökülmüşdür...” 




                                                     

 

  



                                                                            

                                                    

133 

Şəhərin istehkamları və şəhər divarları Harun ər-Rəşidin 



vaxtında  tikilmişdi.  Yaqut  əl-Həməvi  yazırdı  ki,  “Marağa 

Azərbaycanın  ən  böyük  və  məşhur  şəhəridi.  Burada  çoxlu 

qədim  abidələr,  mədrəsə,  tikintilər  vardır...  Bu  yerlərdə 

yaşayan  azərbaycanlılar  xoşxasiyyət,  qırmızı  yanaq,  sima-

ları ağ, xoş münasibətlidirlər”.  

Marağa  şəhəri  ilə  bağlı  Həmdullah  Qəzvini  yazmışdı: 

“Bu  böyük  şəhərdir,  əvvəllər  Azərbaycanın  paytaxtı  olub, 

şimaldan  Səhəd  dağı  ilə  başlayır...  Şəhərin  türk  əhalisi 

ağsifətlidir. Şəhərdə toxunan tumac və xalçalar məşhur idi. 

Burada mərmər də istehsal olunurdu”. 

Marağanın  ətrafında  Daşkəsən  adlanan  yerdə  mərmər 

yataqları  vardır  və  rəsədxana  tikiləndə  həmin  karxanalar-

dan gətirilən mərmərdən istifadə olunmuşdur. Şəhəri əhatə 

edən  dağların  cənub  və  şərq  ətəklərində  külli  miqdarda 

narzan  tipli  mineral  su  bulaqları  vardır.  Marağanın 

ətrafında yerləşən Rezayya gölünün sayəsinə şəhərin havası 

olduqca saf və şəffafdır. Məhz buna görə də Marağa şəhəri 

astronomiya müşahidələri üçün çox əlverişlidir. Nəsirəddin 

Tusi  rəsədxananın  bünövrəsini  qoymaqdan  ötrü  Azər-

baycanın bir çox bölgələrini qarış-qarış gəzmiş, öz seçimini 

Marağanın üzərində dayandırmışdı. 

Rəsədxana  binalarının  tikintisi  gedən  müddətdə  başqa 

şəhərlərdən,  ölkələrdən  alimlər,  sənətkarlar  dəvət  olunur-



                                                     

 

  



                                                                            

                                                    

134 

du. Burada qızğın iş gedirdi. Yerli tələbələrlə yanaşı, başqa 



ölkələrdən  gəlmiş  tələbələr  də  burada  təhsil  alırdı.  Həyatı-

nın demək olar ki, bütün hissəsini elmə qurban verən Tusi 

çalışırdı  ki,  vaxtı  ilə  necə  Afina,  Roma,  İsgəndəriyyə 

dünyanın  mədəniyyət,  incəsənət  və  elmi-tədris  mərkəzləri 

sayılırdı, özünün yaşadığı və ondan sonrakı dövrdə Marağa 

da həmin funksiyanı yerinə yetirsin. Bunun üçün Azərbay-

canın  paytaxtında  hərtərəfli  böyük  imkanlar  vardı:  birinci-

si, Azərbaycan qüdrətli ölkəyə çevrilmək üzrə idi: ikincisi, 

isə  onun  taxt-tacında  əyləşən  hökmdarlar  zəmanəsinin 

əzəmətli hakimləri sayılırdılar. Belə bir ölkəni işğal etməyə 

heç  bir  hökmdar  cürət  etməzdi.  Bir  sözlə,  Azərbaycanda 

elmin  bütün  sahələrinin  inkişaf  etdirilməsi  üçün  böyük 

perspektivlər vardı. 

Tikinti ilə bağlı çox az sayda sənədlər gəlib bizim günə 

çatıbdır.  Lakin  Tusi  bu  məsələyə  müəyyən  mənada  “Zic 

Elxani”  əsərinin  müqəddəməsində  toxunur.  İlk  növbədə 

alim  Marağadakı  elm  və  tədqiqat  ocağını  həmin  dövrə 

qədər dünyada məşhur olmuş və fəaliyyət göstərmiş başqa 

rəsədxanalarla müqayisə edərək, onların arasındakı fərqləri 

sadalamışdı. O,  yazmışdı: “Rəsədxana 30 ildən az  müddə-

tə,  yəni  yeddi  ulduz  dövrü  ərzində  tikilə  bilməz.  30  ildən 

artıq vaxt lazımdır ki, bu iş təkmilləşdirilsin. Rəsədxananın 



                                                     

 

  



                                                                            

                                                    

135 

əsasını qoyan padşahımız buyurdu ki, 12 ilə qurtarsın. Biz 



ona dedik ki, ruzigar vəfa versə başa çatdırarıq... 

Bizdən  əvvəl  tikilmiş  rəsədlərdən  ən  mötəbəri  Əbərxəs 

rəsədxanası  olmuşdur  və  onun  tikilməsindən  bizim 

dövrümüzədək  1400  ildən  artıq  dövr  keçmişdir.  Əbərxəs 

rəsədxanasından  sonra  Ptolemey  rəsədxanası,  o  dövrdən 

sonra  Bağdadda  Xəlifə  Məmunun  dövründə  müsəlman 

rəsədxanası  tikilmişdir.  Həmin  rəsədxananın  tikilməsi  ilə 

Marağa  rəsədxanasının  tikilməsinin  başlanması  arasında 

430 il fasilə var. 

Sonra o dövrə qədər Şam ətrafında Bəttani rəsədxanası, 

Misirdə  Hakimi  rəsədxanası,  Bağdadda  İbn  Ənəm  rəsəd-

xanası  tikilməyə  başalmış,  lakin  heç  biri  başa  çatdırılma-

mışdı.  Bizim  rəsədxanaya  müvafiq  olanı  Hakimi  və  İbn 

Ənəm  rəsədxanalarıdır.  Hər  iki  rəsədxananı  bizim  rəsəd-

xananın  tarixindən  250  illik  bir  dövr  ayırır.  Bütün  keçmiş 

rəsədxanaların  hamısına  nəzər  saldıq,  məlum  olan  şeyləri 

tikib düzəltdik. Ömür vəfa etsə dünya padşahının dövlətinin 

köməyi  ilə  bundan  sonra  da  bizə  nə  məlum  olsa,  qurub 

yaradacayıq.  Ömür  vəfa  etməzsə,  bu  təqvimdə  yazdıqları-

mız bu elm əhlinin uzun ömürlərinə fayda versin və bizim 

böyük padşahımızın adları bu dünyada yaşasın”. 

Rəsədxana 12 ilə tikilərək 1271-ci ildə istifadəyə verildi.  




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə