Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə41/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   37   38   39   40   41   42   43   44   ...   102

                                                     

 

  



                                                                            

                                                    

165 

xanaların  fəaliyyət  göstərmələrində,  böyük  bir  müddət 



fərqi, yəni, ən azı 150 il fərq var idi. Elmi ocaqlarda həmin 

il fərqli elmi nəticələrin əldə olunması üçün həddindən artıq 

böyük müddət sayılır. Marağa rəsədxanasında aparılan elmi 

təcrübələr,  astronomik  müşahidələr  və  əldə  olunan  elmi 

nailiyyətlər  miqyasına  görə,  Tixo  Brage  rəsədxanasına 

qədər,  tikilən  bütün  rəsədxanalarda  əldə  olunan  elmi 

nailiyyətlərdən  çox  üstün  idi.  Etiraf  etməliyik  ki,  Səmər-

qənd  astronomları  bir  çox  fəaliyyətlərində  Marağa  rəsəd-

xanasındakı işlərin nəticələrindən istifadə etmişdilər. Azər-

baycanın  tanınmış  alimləri  H.  Məmmədbəyli,  Z.  Xəlilov, 

Fərəcov bu faktı qətiyyətlə təsdiqləmişdilər. 

İllik  pressesiyaların  qiymətini  göstərməklə,  bir  çox 

şeylər aydınlaşar: 

 

Ptolemey – 36



//

,0 


Əlbəttani – 54

//

,4 



Əl-Sufi – 55

//

,0 



Nəsirəddin – 51

//

,4 



Uluqbəy – 51

//

,4 



 

Professor  H.  Məmmədbəyli  bu  barədə  yazır:  “Marağa 

rəsədxanasında  256  şəhərin  coğrafi  koordinatları  cədvəli 

tərtib  olunmuşdu  və  bu  cədvəl  “Zic  Elxani”yə  daxil  edil-




                                                     

 

  



                                                                            

                                                    

166 

mişdir.  Belə  bir  cədvəl  “Zic  Uluqbəy”də  də  vardır. 



Aparılan tədqiqat nəticəsində aşkar edilmişdir ki, bu cədvəl 

“Zic  Elxani”dən  mexaniki  sürətdə  “Zic  Uluqbəy”ə 

köçürülmüşdür.  Yalnız  burada  Səmərqənd  şəhərinin  koor-

dinatları  yenidən  tərtib  edilmişdir.  “Zic  Uluqbəy”də  də 

triqonometrik  funksiyalardan  sinus  və  tangensdən  hər 

dəqiqədən  bir  qiymətini  verən  cədvəllər  vardır.  Lakin  bu 

cədvəllər  Marağa  cədvəllərinə  nisbətən  daha  dəqiq  tərtib 

olunmuşdur. 

Həmin  funksiyaların  qiyməti  dördüncü  altmışlıq  rəqə-

minə  qədər  dəqiqliklə  verilmişdir.  Uluqbəy  rəsədxanası  ilə 

Marağa  rəsədxanasını  bir-birilə  müqayisə  etdikdə  göstər-

məliyik  ki,  Marağada  aparılan  elmi  işlər  həm  nəzəri,  həm 

də  təcrübi  cəhətdən  Səmərqənd  rəsədxanasına  böyük  təsir 

göstərmişdir. Bununla belə hər bir rəsədxananın öz müstə-

qil elmi fəaliyyəti olmuşdur”.

1

 

Bununla  belə  bildirmək  olar  ki,  görkəmli  Azərbaycan 



alimi  Tusinin  və  onun  rəhbərlik  etdiyi  elmi  işlər  Uluqbəy 

rəsədxanasının astronomları üçün bir çox işlərdə istiqamət-

verici,  Marağa  rəsədxanası  isə  oriyentir  məntəqəsi  rolunu 

oynayırdı. 

                                                 

          1

 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 

1980. səh.148 




                                                     

 

  



                                                                            

                                                    

167 

Ümumiyyətlə,  Orta  əsrlərdə  hər  hansı  bir  rəsədxana 



yaradılanda  astronomik  müşahidələrin  aparılması  üçün, 

Tusinin  yaratdığı  rəsədxanada  aparılan  elmi-praktik  işlər 

stimulyator  rolunu  oynamış  və  hər  bir  xırda  elmi 

təcrübələrdən  zərurət  kimi  istifadə  edilmişdir.  Məhz  bu 

səbəbdən  Marağada  hazırlanmış  və  ixtira  edilmiş  astrono-

mik  cihazların  quruluşu  Avropa  astronomlarına  məlum 

olmuşdur.  Tixo  Brage  Kopenhagendə  yaratdığı  rəsədxana-

da Marağada ilk dəfə icad olunmuş fırlanan kvadrantın bir 

neçəsi  (burada  onlara  azimutal  kvadrant  da  deyirdilər)  və 

Divar  kvadrantının  da  bir  nümunəsi  orada  tapılmışdır. 

Onun,  semisirkuli  öz  inkişafı  nəticəsində  müasir  astrono-

miyada  işlənən  “Universal”  cihazına  çevrilmişdir.  Bu  on-

dan xəbər verir ki, Tixo Brage hələ, Kopenhagendə məşhur 

elm  ocağını  yaratmamışdan  əvvəl,  tabeliyindəki  alimləri, 

Marağa  rəsədxanasının  dövri  fəaliyyətini  dərindən  öyrən-

məkdən  ötrü,  Azərbaycana  yollamış  və  şəxsi  işlərin  görül-

məsi  üçün  qiymətli  məlumatlarla  yanaşı,  həm  də  lazımlı 

materiallar əldə etmişdir. Marağada icad olunan və istifadə 

edilən  bütün  avadanlıqlar  və  cihazlar  dünyada  fəaliyyət 

göstərən  bütün  astronomların,  riyaziyyatçıların,  xəritə-

şünasların və coğrafiyaşünasların diqqət mərkəzində idi. 

Marağada aparılan müşahidələrin dəqiqliyi, bir çox Av-

ropa  və  Asiya  rəsədxanaları  üçün  ideal  olmuş,  yalnız  XVI 



                                                     

 

  



                                                                            

                                                    

168 

əsrin  axırında  Tixo  Brage  tərəfindən  aparılan  müşahidələ-



rin dəqiqliyi onları arxada qoymuşdur. 

Hindistanın  Caypur  rəsədxanası  nəinki  öz  ölkəsində, 

həm  də  Asiyanın  cənubunda  məşhur  astronomik  müşahi-

dələr  ocağı  sayılmışdır.  Həmin  rəsədxanada  Şah  Cahanın 

(1628-1659)  və  Məhəmməd  Şahın  (1719-1748)  dövrlərin-

də  iki  dənə  astronomik  kataloqlar  “Zic  Şah  Cahanı”  və 



“Zic  Məhəmməd  Şahi”  –  tərtib  olunmuşdur.  Bu  katalo-

qun bir neçə alimlər tərəfindən aparılan dəqiq tədqiqi gös-

tərir  ki,  onun  tərkibi  üçün  düzəldilmiş  müşahidə  proqramı 

Səmərqənd  və  Marağa  rəsədxanalarında  aparılmış  müşahi-

də  proqramından  ibarətdir.  Buradakı  bir  çox  cədvəllərin 

bəzisi “Zic Elxani”də olan cədvəlin surətindən ibarətdir. 



  

 

    Nəsirəddin Tusi “Zic Elxani” əsəri üzərində işləyir 


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə