Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə39/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   35   36   37   38   39   40   41   42   ...   102

                                                     

 

  



                                                                            

                                                    

157 

alınanda  və  Nəsirəddin  azad  olduqdan  sonra  rəsədxana 



tikmək  üçün  onu  Çinə  göndərsin.  Lakin  alim  Azərbaycan-

da rəsədxana tikmək istədiyi üçün o, Çinə getmir. Bununla 

belə Pekində rəsədxananın tikintisinə başlamaqdan ötrü Fao 

Mun-Çi  adlı  bir  astronom  Nəsirəddinin  yanına  göndərilir. 

Marağa  rəsədxanasında  xeyli  təcrübə  topladıqdan  sonra 

1265-ci ildə Fao Mun-Çi Cəmaləddin adlı bir astronom ilə 

Çinə yola düşür və iki ildən sonra Pekin şəhərinə çatırlar. 

Elmə və mədəniyyətə diqqətlə nəzər yetirən Xubilay xan 

nəhəng  “Yuan” imperiyasının hökmdarı idi  və  ümid edirdi 

ki,  azərbaycanlıların  köməyi  ilə  çin  ustaları  Marağa  rəsəd-

xanansına  oxşar  tikinti  kompleksini  Pekin  şəhərində  inşa 

edə  biləcəklər.  Pekin  rəsədxanası  istismara  veriləndən 

sonra,  Göy  cisimlərinin  müşahidəsi  bilavasitə  Marağa 

rəsədxanasından  gətirilən  astronomik  cihazlarla  (Fırlanan 

kvadrant  və  Armilyar  cihaz)  aparılırdı.  Ümumiyyətlə, 

Tusinin başçılığı altında ixtira edilmiş astronomik cihazlar, 

öz  dövrünə  görə  ən  azı  200  illik  bir  dövr  ərzində, 

rəsədxanalarda  işlədilən  astronomik  cihazların  ən  dəqiqi 

sayılırdı.  Həmin  cihazlar  dövrümüzə  qədər  Çində  (Pekin 

rəsədxanasında) salamat qalmışdır. 

İş  ondadır  ki,  Marağa  rəsədxanası  fəaliyyət  göstərənə 

qədər,  astronomik  müşahidələr  aparmaq  üçün  artıq  dünya-

da  bir  neçə  rəsədxana  və  elm  ocağı  məlum  idi.  Şirvanda 



                                                     

 

  



                                                                            

                                                    

158 

“Darül-Ülum”    “Darül-Adab”  akademiyasında  Fəxrəd-

din  Şirvaninin  düzəltdiyi  “Fəridəddin-cədvəlləri”  məşhur 

idi.  Orta  Asiyadakı  “Məmuun  akademiyası”,  Misirdəki 

İsgəndəriyyə,  İraqdakı  Bağdad,  İrandakı  Rey  və  İsfahan 

rəsədxanaları  astronomiya  elminə  lazımi  səviyyədə  xidmət 

etmişdilər.  Sonrakı  tarixi  proseslər  nəticəsində  həmin  elm 

ocaqları öz fəaliyyətlərini dayandırmalı olmuşdular. 

Mən bir  məsələyə toxunmaq istəyirəm.  Deməli, Marağa 

rəsədxanasında  elmi  təcrübələr  və  müşahidələr  aparmaq-

dan  ötrü  10  dənə  cihaz  və  alətlərdən  istifadə  olunmuşdur. 

Maraqlı  cəhət  odur  ki,  həmin  cihaz  və  alətlərin  beşi  XIII 

əsrin  ortasına  qədər  məlum  idi,  lakin  o  biri  beş  dənə  isə 

Tusinin başçılığı altında elə Marağa rəsədxanasının özündə 

ixtira  olunmuşdu.  Sonrakı  dövrdə  Çindəki  Pekin,  Səmər-

qənddəki  Uluqbəy,  Danimarkadakı  Tixo  Brage  və  Hindis-

tandakı  Caypur  rəsədxanaları  istismara  verilərkən, 

bilavasitə  Marağa  rəsədxanasında  ixtira  edilmiş  cihaz  və 

alətərindən  istifadə  edilmiş  və  onların  təkmilləşdirilməsi 

üzrə böyük işlər aparılmışdır. Həmin rəsədxanalar barəsin-

də  müəyyən  anlayış  olsun  deyə,  bir  neçə  məlumatı  açıqla-

maq məcburiyyətindəyəm. 

 

 



 


                                                     

 

  



                                                                            

                                                    

159 

 

                                      

Həqiqət üzə çıxanda şübhələr silinir. 

                                                           Corc Vaşinqton 

 

      



“Zic Elxani” əsərindən başqa astronomik   

      kataloqlarda istifadə olunması 

 

Tusinin  tikdirdiyi  rəsədxana  quruluşuna,  həcminə  və 

orada görülən elmi araşdırmalara görə Şərqin bütün məşhur 

rəsədxanalarını  geridə  qoymuşdur.  Orada  bir  növ  bütün 

dünya  üçün  astronomiya,  coğrafiya  və  riyaziyyat  elmləri 

üzrə  kadrlar  yetişdirilməsinin  institutu,  akademiyası 

sayılırdı.  

Bir  neçə  məsələnin  həll  edilməsi  üçün,  bir  çox  əsas 

astronomiya  kəmiyyətlərinin  təyin  olunması  üçün  vahid 

proqramlı, intensiv müşahidə aparan, nisbətən daha yüksək 

dəqiqliyə  malik  olan  astronomik  tədqiqat  obyetktinin 

tikilməsi vacib idi.  

Bu,  əsas  sabitlərdən  biri  illik  presessiyanın  miqdarı  idi. 

Məlum  olduğu  üçün  Ayın  və  Yerin  cazibəsinin  Yerin 

ekvatorial  hissəsinə  olan  təsiri  nəticəsində  Yer  kürəsinin 

fırlanma  oxu  çox  kiçik  miqdarda  olsa  da,  öz  istiqamətini 

dəyişir.  Ayın  və  Günəşin  cazibəsindən  başqa  planetlərin 

cazibəsi  nəticəsində  ulduzların  koordinatlarında  müəyyən 




                                                     

 

  



                                                                            

                                                    

160 

dəyişikliklər əmələ gəlir. Bundan başqa Ay və Günəş tutul-



malarını əvvəlcədən xəbər verməkdən ötrü Ay və Günəşin 

hərəkət  cədvəllərini  tərtib  etmək  üçün  onların  hərəkətləri-

nin və tutulmalarının ünsürlərini bilmək lazım idi. 

Onun rəhbərliyi ilə elmin müxtəlif sahələrinə aid bir sıra 

qiymətli  əsərlər  yaradılmışdır.  “Zic  İlxani”  əsərində 

planetlərin  geosentrik  orbitinin  əsas  elementləri  verilmiş, 

onların sutkalıq  orta hərəkəti öz dövrünə və hətta bir neçə 

əsr  astronomik  müşahidələrinə  nisbətən  dəqiq  təyin 

edilmişdi.  “Zic  İlxani”  bir  neçə  əsrdə  astronomiya  elminə 

dair  yaradılan  unikal  əsər  sayılırdı.  Təəssüflər  olsun  ki, 

həmin əsər vaxtında tərcümə olunaraq dünya ictimaiyyətinə 

çatdırılmamışdı.  Lakin  kitab  ilə  maraqlanan  bəzi  alimlər 

tərcüməçilərin vasitəsilə həmin elmi iş ilə tanış olurdular. 

Tusi “Zic İlxani” əsərinin müqəddiməsində yazır: “Bizə 

qədər,  Hipparxın  müşahidələri  ən  məhsuldar  iş  sayılır, 

həmin tarixdən bizim apardığımız müşahidələrə qədər 1400 

və bir neçə il keçibdir. Hipparxdan 285 il sonra Ptolemeyin 

müşahidələri  gəlir.  Daha  sonra  həmin  müşahidələr  Xəlifə 

Məmunun dövründə Bağdadda baş verir və həmin vaxtdan 

bizim  günlərə  qədər  430  ildən  bir  az  çox  vaxt  keçmişdir. 

Bütün  bunlardan  ən  çox  bizim  müşahidələrə  oxşar  işlər 

Hakaminin  və  İbn  Əl  Əalamənin  250  il  bundan  əvvəl 

apardıqları müşahidələrdi”. 



Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə