Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə36/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   32   33   34   35   36   37   38   39   ...   102

                                                     

 

  



                                                                            

                                                    

145 

Əlbəttə,  belə  bir  fikir  ilə  qətiyyən  razılaşmaq  olmaz. 



Qədimdə yaranan elmi  əsərlərin surətləri çoxaldılan zaman 

onların inkişaf etdirilməsində Şərq alimləri  elmdə əsl inqi-

lab  etmişdilər.  Avropadan  qabaq  Renessans  mədə-niyyəti-

nin şərqdə yaranmasını iddia etsək, biz bu məsələdə heç də 

yanılmarıq. 

Renessans  mədəniyyətini  yalnız  onun  vətəni  sayılan 

İtaliya (XIV-XVI əsrlərdə) və ya Avropaya (XV-XVI, hətta 

XVII  əsrlərdə)  aid  edən  baxış  Şərqi  bu  prosesdən  kənarda 

qoymağa  çalışaraq,  onun  Qərb  mədəniyyətindən  gerililiyi, 

bununla  da  “Avropa  mərkəzçiliyini”  təsdiq  etməyə  cəhd 

göstərir. 

Şərq Renessansı  məsələsi Qərb alimləri arasında əsasən 

bu  baxımdan  mübahisə  törədir  ki,  İslam  Şərqində  yaranan 

mədəniyyət  Renessans  mədəniyyətini  səciyyələndirən  əsas 

əlamətlərin heç də hamısına cavab vermir. 

Lakin əvvəla, bu baxışı Qərbin heç də bütün şərqşünas-

ları  müdafiə  etmir.  Məşhur  İsveçrə  şərqşünası  Adam  Mets 

IX-X  əsrlər  İslam  mədəniyyətinin  tədqiqinə  həsr  etdiyi 

əsərini  “Müsəlman  Renessansı”  adlandırmaqla,  İslam 

aləmində  “İntibah”  adlandırılan  bu  mədəniyyətin  Qərbdən 

xeyli əvvəl meydana gəldiyinə işarə edir... 

İtaliya  və  bütövlükdə  Avropa  Ressansının  ən  səciyyəvi 

əlamətlərdən  biri  kimi  həmin  İtaliyanın  özündə  də  qədim 



                                                     

 

  



                                                                            

                                                    

146 

Yunanıstanda quldarlıq dövründə formalaşmış antik mədə-



niyyətə  müraciət  mühüm  yer  tutur.  Bu  baxımdan  Şərq 

Qərbi  xeyli  qabaqlamış,  artıq  VIII-XII  əsrlərdə  Çində, 

habelə  Hindistan  və  İranda,  XII-XIII  əsrlərdə  Azərbaycan-

da  güclü  humanist  fəlsəfə  və  ədəbiyyat  yaranmış  dünyəvi 

elm,  o  cümlədən  astronomiya,  riyaziyyat,  minerologiya  və 

başqa  təbiət  elmləri  sahəsində  Tusinin  gətirdiyi  mühüm 

yeniliklər özünü göstərir... 

Azərbaycan  Renessansında  antik  mədəniyyətə  birbaşa 

müraciət İtaliya və bütövlükdə Avropa Renessansından heç 

də zəif deyil. Burada Nizami Gəncəvinin dahiyanə “İsgən-



dərnamə”  poemasını  və  Nəsirəddin  Tusinin  bütün  Şərqdə 

ona şöhrət qazandıran “Əxlaqi-Nasiri” kitabını və xüsusən 

onun  son  30-cu  fəslini  tutarlı  nümunə  hesab  etmək  olar. 

Nizami öz şah əsərinin dərin humanist qayəsini açmaq üçün 

antik mədəniyyətin ellinist mərhələsinin bünövrəsini qoyan 

Makedoniyalı  İsgəndərin  və  onu  əhatə  edən  tarixi  şəxsiy-

yətlərin,  ilk  növbədə  müəllimi  Ərəstunun  (Aristotel  –  R. 

D.) obrazından istifadə etdiyi kimi, N. Tusi də qeyd etdiyi-

miz əsərini qədim yunan filosofu Əflatunu (Platon – R. D.) 

öz  şagirdi  Aristotelə  vəsiyyəti  ilə  görkəmli  antik  filosofun 

40-dan  artıq  ibrətamiz  kəlam-öyüdü  ilə  tamamlayır.  Bu 

faktın özü sübut edir ki, N. Tusi antik mədəniyyətin zəngin 

fikir  xəzinəsinin  onun  dövründə  də  idrakı-tərbiyəvi  əhə-



                                                     

 

  



                                                                            

                                                    

147 

miyyətini  nəinki  saxladığını,  habelə  insanın  təkmilləşməsi 



və inkişafında örnək rolunu bununla təsdiq edir.

1

 



Elm tarixçiləri arasında belə bir fikir yürüdülürdü ki, IX-

XIV əsrin şərq astronomları “arxivarius” rolunu oynayırdı-

lar,  yəni,  onların  işləri  əsasən,  qədim  astronomların  elmi 

işlərini dünya elminə çatdırmaqdan ibarət idi. 



“İslam  astronomiyasının  inkişafında  Marağa  rəsəd-

xanasının  rolu:  “Renessansa  qədər  elmi  inqilab”  əsəri-

nin  müəllifi  Kolumbiya  universitetinin  (ABŞ)  alimi  C. 

Saliba  qeyd  etmişdi  ki,  XX  əsrin  50-ci  illərinə  qədər  şərq 

astronomlarına  olan  belə  bir  münasibət,  əsasən  məqsədə-

uyğun  sayılırdı.  Ona  görə  ki,  həmin  dövrə  qədər  praktiki 

olaraq, XIII əsrdə Marağa şəhərində (İranın Şərqi Azərbay-

can  hissəsi)  yaradılan  “Marağa  məktəbinin”  nümayəndələ-

rinə  məxsus  olan  elmi  əsərləri  məlum  deyildi.  Alim  haqlı 

olaraq qeyd edir ki, yarıməsrə yaxın “Marağa məktəbinin” 

fəaliyyətinə  dair  aparılan  tədqiqat  işlərindən  belə  nəticəyə 

gəlmək  olar  ki,  ümumiyyətlə  ərəb  dövründəki  astrono-

miyanın  inkişafında  “arxivarius”  stereotipindən  əl  çəkmək 

lazımdır. 

Bundan  əlavə  1957-ci  ildə  amerikan  alimi  V.  Roberts 

göstərmişdi  ki,  şərq  astronomlarının  təqdim  etdikləri 

                                                 

        

1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 



yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor Y. A. Qaraməmmədlinin məruzəsi, səh. 267-268 




                                                     

 

  



                                                                            

                                                    

148 

Kainatın modeli Kopernikin təqdim etdiyi modelinə böyük 



təkan vermişdi. 

“Marağa  inqilabına”  dair  həsr  olunan  çoxsaylı  məqalə-

lərin  müəllifləri  bildirirlər  ki,  Kopernik  tərəfindən  elmi 

inqilabı  həyata  keçirilməsində  bəşəriyyət  marağalıların 

fəaliyyətinə  borcludur.  Kopernikin,  Marağa  rəsədxanasının 

elmi  irsinin  öyrənilməsində  heç  bir  şübhə  yoxdur.  Qətiy-

yətlə bildirmək lazımdır ki, Polşa alimi Marağa rəsədxana-

sının “ən yaxşı, istedadlı nümayəndəsi sayılır”. 

Marağa  rəsədxanasının  tərtib  etdiyi  astronomik  cədvəl-

lərin  Avropada  tərtib  edilmiş  cədvəllərlə  müqayisəli  tənqi-

dini  verən  İran  alimi  Ustad  Məhəmməd  Rza  Hakimi 

“Danış-e  moslemik”  (“Müsəlmanların  elmi”)  kitabında 

Con  Bernalın  bu  barədə  yazdığı  aşağıdakı  mülahizələrini 

nümunə gətirir: ... Orta əsrlərdə elmin inkişafı əvvəlcə ləng 

getsə də, böyük işgüzarlığın və yaradıcı qüvvələrin meyda-

na gəlməsinə səbəb oldu və bu əslində yeni elmlərin yaran-

masına  gətirib  çıxartdı...  Ulduzları  müşahidə  etmək,  yeni 

dəqiq  müşahidələrin,  hesablamanın  və  uzaqgörənliyin 

lazım olduğunu yeganə elmə, digər elm sahələrindən əvvəl, 

İslamın nüfuzu başlayıb davam etdi. 

Elxanilər  zamanında  tətbiq  edilmiş  cədvəllər  ta  Renes-

sans  dövrünə  qədər  ulduzşünaslıq  sahəsində  ən  yaxşı 

cədvəllər hesab olunurdu... 




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə