145
Əlbəttə, belə bir fikir ilə qətiyyən razılaşmaq olmaz.
Qədimdə yaranan elmi əsərlərin surətləri çoxaldılan zaman
onların inkişaf etdirilməsində Şərq alimləri elmdə əsl inqi-
lab etmişdilər. Avropadan qabaq Renessans mədə-niyyəti-
nin şərqdə yaranmasını iddia etsək, biz bu məsələdə heç də
yanılmarıq.
Renessans mədəniyyətini yalnız onun vətəni sayılan
İtaliya (XIV-XVI əsrlərdə) və ya Avropaya (XV-XVI, hətta
XVII əsrlərdə) aid edən baxış Şərqi bu prosesdən kənarda
qoymağa çalışaraq, onun Qərb mədəniyyətindən gerililiyi,
bununla da “Avropa mərkəzçiliyini” təsdiq etməyə cəhd
göstərir.
Şərq Renessansı məsələsi Qərb alimləri arasında əsasən
bu baxımdan mübahisə törədir ki, İslam Şərqində yaranan
mədəniyyət Renessans mədəniyyətini səciyyələndirən əsas
əlamətlərin heç də hamısına cavab vermir.
Lakin əvvəla, bu baxışı Qərbin heç də bütün şərqşünas-
ları müdafiə etmir. Məşhur İsveçrə şərqşünası Adam Mets
IX-X əsrlər İslam mədəniyyətinin tədqiqinə həsr etdiyi
əsərini “Müsəlman Renessansı” adlandırmaqla, İslam
aləmində “İntibah” adlandırılan bu mədəniyyətin Qərbdən
xeyli əvvəl meydana gəldiyinə işarə edir...
İtaliya və bütövlükdə Avropa Ressansının ən səciyyəvi
əlamətlərdən biri kimi həmin İtaliyanın özündə də qədim
146
Yunanıstanda quldarlıq dövründə formalaşmış antik mədə-
niyyətə müraciət mühüm yer tutur. Bu baxımdan Şərq
Qərbi xeyli qabaqlamış, artıq VIII-XII əsrlərdə Çində,
habelə Hindistan və İranda, XII-XIII əsrlərdə Azərbaycan-
da güclü humanist fəlsəfə və ədəbiyyat yaranmış dünyəvi
elm, o cümlədən astronomiya, riyaziyyat, minerologiya və
başqa təbiət elmləri sahəsində Tusinin gətirdiyi mühüm
yeniliklər özünü göstərir...
Azərbaycan Renessansında antik mədəniyyətə birbaşa
müraciət İtaliya və bütövlükdə Avropa Renessansından heç
də zəif deyil. Burada Nizami Gəncəvinin dahiyanə “İsgən-
dərnamə” poemasını və Nəsirəddin Tusinin bütün Şərqdə
ona şöhrət qazandıran “Əxlaqi-Nasiri” kitabını və xüsusən
onun son 30-cu fəslini tutarlı nümunə hesab etmək olar.
Nizami öz şah əsərinin dərin humanist qayəsini açmaq üçün
antik mədəniyyətin ellinist mərhələsinin bünövrəsini qoyan
Makedoniyalı İsgəndərin və onu əhatə edən tarixi şəxsiy-
yətlərin, ilk növbədə müəllimi Ərəstunun (Aristotel – R.
D.) obrazından istifadə etdiyi kimi, N. Tusi də qeyd etdiyi-
miz əsərini qədim yunan filosofu Əflatunu (Platon – R. D.)
öz şagirdi Aristotelə vəsiyyəti ilə görkəmli antik filosofun
40-dan artıq ibrətamiz kəlam-öyüdü ilə tamamlayır. Bu
faktın özü sübut edir ki, N. Tusi antik mədəniyyətin zəngin
fikir xəzinəsinin onun dövründə də idrakı-tərbiyəvi əhə-
147
miyyətini nəinki saxladığını, habelə insanın təkmilləşməsi
və inkişafında örnək rolunu bununla təsdiq edir.
1
Elm tarixçiləri arasında belə bir fikir yürüdülürdü ki, IX-
XIV əsrin şərq astronomları “arxivarius” rolunu oynayırdı-
lar, yəni, onların işləri əsasən, qədim astronomların elmi
işlərini dünya elminə çatdırmaqdan ibarət idi.
“İslam astronomiyasının inkişafında Marağa rəsəd-
xanasının rolu: “Renessansa qədər elmi inqilab” əsəri-
nin müəllifi Kolumbiya universitetinin (ABŞ) alimi C.
Saliba qeyd etmişdi ki, XX əsrin 50-ci illərinə qədər şərq
astronomlarına olan belə bir münasibət, əsasən məqsədə-
uyğun sayılırdı. Ona görə ki, həmin dövrə qədər praktiki
olaraq, XIII əsrdə Marağa şəhərində (İranın Şərqi Azərbay-
can hissəsi) yaradılan “Marağa məktəbinin” nümayəndələ-
rinə məxsus olan elmi əsərləri məlum deyildi. Alim haqlı
olaraq qeyd edir ki, yarıməsrə yaxın “Marağa məktəbinin”
fəaliyyətinə dair aparılan tədqiqat işlərindən belə nəticəyə
gəlmək olar ki, ümumiyyətlə ərəb dövründəki astrono-
miyanın inkişafında “arxivarius” stereotipindən əl çəkmək
lazımdır.
Bundan əlavə 1957-ci ildə amerikan alimi V. Roberts
göstərmişdi ki, şərq astronomlarının təqdim etdikləri
1
Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik
yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001.
Professor Y. A. Qaraməmmədlinin məruzəsi, səh. 267-268
148
Kainatın modeli Kopernikin təqdim etdiyi modelinə böyük
təkan vermişdi.
“Marağa inqilabına” dair həsr olunan çoxsaylı məqalə-
lərin müəllifləri bildirirlər ki, Kopernik tərəfindən elmi
inqilabı həyata keçirilməsində bəşəriyyət marağalıların
fəaliyyətinə borcludur. Kopernikin, Marağa rəsədxanasının
elmi irsinin öyrənilməsində heç bir şübhə yoxdur. Qətiy-
yətlə bildirmək lazımdır ki, Polşa alimi Marağa rəsədxana-
sının “ən yaxşı, istedadlı nümayəndəsi sayılır”.
Marağa rəsədxanasının tərtib etdiyi astronomik cədvəl-
lərin Avropada tərtib edilmiş cədvəllərlə müqayisəli tənqi-
dini verən İran alimi Ustad Məhəmməd Rza Hakimi
“Danış-e moslemik” (“Müsəlmanların elmi”) kitabında
Con Bernalın bu barədə yazdığı aşağıdakı mülahizələrini
nümunə gətirir: ... Orta əsrlərdə elmin inkişafı əvvəlcə ləng
getsə də, böyük işgüzarlığın və yaradıcı qüvvələrin meyda-
na gəlməsinə səbəb oldu və bu əslində yeni elmlərin yaran-
masına gətirib çıxartdı... Ulduzları müşahidə etmək, yeni
dəqiq müşahidələrin, hesablamanın və uzaqgörənliyin
lazım olduğunu yeganə elmə, digər elm sahələrindən əvvəl,
İslamın nüfuzu başlayıb davam etdi.
Elxanilər zamanında tətbiq edilmiş cədvəllər ta Renes-
sans dövrünə qədər ulduzşünaslıq sahəsində ən yaxşı
cədvəllər hesab olunurdu...
Dostları ilə paylaş: |