149
...Xarici alimlərdən bir çoxunun İslam elmini əhəmiy-
yəti, bizim bildiyimizin, ədəbiyyatımızın və mədə-
niyyətimizin əzəməti haqqında xeyli söz söyləmələrinə
baxmayaraq, hələ də çox adamlar tapmaq olur ki, özlərini
elm, elmlər tarixi, fikir, mədəniyyət, fəlsəfə, tərbiyə, əxlaq,
sənət və s. haqqındakı əsərlərdə və məqalələrdə İslamın
adını çəkmir, hətta müsəlman alimlərinin böyük və yaradıcı
xidmətlərinə işarə də etmirlər. Belə demək mümkün
olduğunu güman etmirəm ki, bu şəxslər İslamdan və islam
irsinnən tamamilə bixəbər olsunlar. Daha çox güman var
ki, onlar İslam haqqında bir növ “susmaq yolunu” əsas
götürürlər, beləcə düşmənçilik əməllərini yerinə yetirirlər...
Necə ola bilər ki, bir müəllif nücum elmi, onun inkişafı və
yeni asimanşünaslıq haqqında kitab yazsın, ancaq İslam
alimlərinin və asimanşünaslarının adını çəkməsin?”
1
Bildirmək lazımdır ki, Tusi rəsədxananın daxilində eyni
zamanda tərcümə mərkəzi də yaratmışdı. Corc Sarten “Elm
tarixi” əsərində yazır: “Əlbəttə, Azərbaycan Marağa tərcü-
mə mərkəzi Nəsirəddin Tusinin rəhbərliyi altında fəaliyyət
göstərirdi. Klassik yunan və ərəb alimlərinin tərcümələri
hazırlanırdı... Xristianlar öz məlumatlarını fərasətlə bu
kitablardan alırdılar. Bu zaman müsəlmanlar çox inkişaf
1
A. Rzayev. Nəsirəddin Tusi həyatı, elmi, dünya görüşü. Bakı, “İrşad”
İslam araşdırmaları mərkəzi, 1996. səh. 217-218.
150
etmişdilər və xristianlar həmin nailiyyəti əldə etmək
istəyirdilər”.
Bu problemə toxunan İran alimi doktor Səfa yazır:
“Abbasilər dövrünün əvvəlində hicri VI əsrin sonunadək
riyaziyyat sahəsində və riyaziyyat elmi bölmələrində
məşhur alimlərin meydana çıxmasına baxmayaraq onların
əsərlərində çətin anlaşılan, şübhəli məsələlər çox idi. Bu
kitablarda bir məsələlər dəqiqləşdirilməli, şərh olunmalı və
izah edilməli idi. Bu böyük işi görə biləcək və onu axıra
çatdıra biləcək bir alim var idisə, o da... Xacə Nəsirəddin
Tusi idi... o, riyaziyyat sahəsində bir çox tərcümələri
diqqətlə, incəliklə öyrənib düzəldir, təshih edirdi və
nəticədə sistemli, düzgün nöqsansız əsər yaradırdı”.
Tusinin bu mühüm fəaliyyəti haqqında yazan alimlərin
əksəriyyəti göstərirlər ki, o, bu tərcümələrdə yunan sözləri-
nin yerinə kor-koranə ərəb sözlərini qoymurdu, yunan
müəlliflərinin işlətdikləri qəliz riyazi mətləbləri açmağa
cəhd edirdi; mahir bir ustad kimi əsərlərin məqsəd və
məvhumlarını açmaq üçün düzgün ibarələr işlədirdi; yunan
alimlərinin əsərlərinin tərcümələrini riyaziyyat elmini tədris
etmək üçün sistemli şəkilə salırdı.
1
1
B. Rzayev Bəşəri düha: Mühəmməd ibn Mühəmməd ibn Həsən –
Nəsirəddin Tusi (XI) Bakı, “ADPU nəşriyyatı”, 2014. səh. 72-73
151
Tusi tərəfindən astronomiyaya aid çoxlu kitablar və
traktatlar yazılıb. “Zic Elxani”, “Astrolyabiya haqqında
traktat”, “Təhrir Məcəsti”, “Astronomiya xatirələri”,
“Otuz fəsil” və s.
“Astrolyabiya haqqında traktat”a dair akademik F.
Maqsudovla H. Məmmədbəyli yazırlar: “Astrolyabiya –
daşınan astronomik alətdir. Onun köməyi ilə müşahidə
aparan dayandığı yerin coğrafi koordinatını təyin edə
bilərdi. Tusinin bu kitabı geniş yayılmışdı. Tusinin başqa
astronomik əsəri “Otuz fəsil” adlanır. Onun planetlərin
hərəkətinin nəzəriyyəsinə həsr etdiyi vacib nəzəri işi
“Astronomiya xatirələri” sayılır...
Lakin adi suala cavab vermək vacib olardı. Bütün nəzəri
suallarda Nəsirəddin Tusi, planetlərin heliosentrik nəzəriy-
yəsinə əsaslanırdı. Kopernikin helosentrik sistemi planı
yaranandan sonra da Nəsirəddin Tusinin astronomik işləri
öz əhəmiyyətini itirməmişdi”.
1
Astronomiya elmində öz araşdırmaları ilə məşhur olan
Marağa rəsədxanasının bəzi alimləri haqqında məlumat
vermək lap yerinə düşərdi.
Çünki onların gördükləri elmi işlər tez bir zamanda
bütün Yaxın Şərqə, oradan isə Cənubi-Şərqi Avropaya
1
Ф. Максудов, Г. Дж. Маммедбейли. Мухаммед Насирэддин Туси.
Баку, «Гянджилик», 1981. стр. 29-30
152
yayılaraq, cürbəcür sahələrin mütəxəssislərini valeh edirdi.
Bu səbəbdən Marağa rəsədxanasının bir neçə istedadlı
alimləri Azərbaycanın hüdudlarından da kənarda tanın-
mağa başlanırdılar. Belə bir nəticə ilə hər bir elmi-tədris
ocağı fəxr edə bilərdi.
Şamaxı astro-fizika rəsədxanasının rəhbəri akademik
Hacıbəy Sultanov haqlı olaraq bildirmişdi ki, Marağa
astronomik rəsdxanasının astronomiya və riyaziyyat məktə-
bi sonrakı dövrdə Qərbi Avropada, Çində, Orta Asiyada,
həm də Hindistanda fizika-riyaziyyat elmlərinin inkişafına
çox böyük təsir göstərmişdir.
Mahmud ben Məsud Qütbəddin Şirazi (1236-1311) Şiraz
şəhərində anadan olmuş gəncliyini də orada keçirmişdir. O,
Tusinin tələbəsi olmuş və astronomiya, riyaziy-yat
elmlərini müəllimindən öyrənmişdi. Qütbəddin 1282-ci ilə
qədər Marağada çalışır və bundan sonra o, monqolların
səfiri kimi Misirə göndərilir. İlk dəfə o, Misirdə Aralıq
dənizi və onun ətrafındakı torpaqların xəritəsini tərtib edir.
Qütbəddin ərəb dilində, öz dövrünün astronomik və coğrafi
nailiyyətlərini əks etdirmiş “Biliklərin sonu” adlı qiymətli
əsər yazmışdır. Bundan sonra o, “Dürrətül tac” (Tacın
dürləri) adlı ensiklopediya mahiyyətli bir kitab da tamam-
lamışdır.
Dostları ilə paylaş: |