153
Marağa rəsədxanasında çalışan alimlərdən biri də
xristianlığı qəbul etmiş və yəhudi millətinə mənsub olan
Yuhanna Qriqori Əbül Fərəc Bar Ebrey (1226-1286)
Anadolu yarımadasının şərq hissəsində anadan olmuşdur.
Melatiyada yepiskop, sonradan isə Hələbdə baş kilsə
xadimi olmuş Əbül Fərəc XIII əsrin 60-cı illərində
Marağaya gəlir və burada Nəsirəddinin rəhbərliyi altında
çalışır. O, Suriya dilində astronomiya və coğrafiya elminin
əsasları haqqında qısaca məlumatlar verilmiş qiymətli əsər
yaratmışdı. Əbül Fərəci orta əsrlərdə Avropada çox məşhur
edən “Sülalələr tarixi”, yaxud “Dövlətlərin müxtəsər
tarixi” adlı ərəb dilində yazdığı kitabdır. Bu əsər Marağa
rəsədxanasında çalışan və yaşayan çox millətli kollektivin
həyat tərzini geniş şəkildə əks etdirmişdir.
Marağa rəsədxanasının baş mühəndisi və qurucusu
tanınmış alim Müəyyidəddin Ordidir. Ordi haqqında bio-
qrafik məlumatlar, demək olar ki, yoxdur. Tarixdə sənəd
kimi yalnız onun ərəb dilində qələmə aldığı “Marağa
rəsədxanasının astronomik alətləri haqqında risalə”si-
nin iki əlyazma nüsxəsi qalmışdır. Bunlardan biri Parisin,
digəri isə Tehranın milli kitabxanalarında saxlanılır. Birin-
ci nüsxə XIX əsrin əvvəllərində Parisdəki xüsusi şərq
dilləri məktəbinin müəllimi A. Jurden tərəfindən tapılıb
fransız dilində tərcümə olunur. Kitab Parisdə ilk dəfə -
154
1809 və 1810-cu illərdə nəşr olunur. 1811-ci ildə alman
dilinə tərcümə edilir. Bu əsərdə Tusinin rəhbərliyi altında
Ordinin hazırladığı on mürəkkəb astronomik cihazın təsviri
də var.
Ordinin traktatında verilən məlumatların təhlili bir çox
tədqiqatçıları belə bir fikrə gətirmişdir ki, Marağa
rəsədxanasındakı alətlər təkmilliyi ilə o dövrün bütün
rəsədxanalarındakı alətlərdən seçilirmiş. Bu da məlumdur
ki, Ordinin öz ixtirası olan bəzi alətlər sonradan dünyanın
bir çox rəsədxanalarında istifadə olunub. Ondan sonrakı
dövrdə isə hazırlanan astronomik cihazların əksəriyyəti,
Ordinin ixtira etdiyi cihazlara əsasən təkmilləşdirlmişdir.
Mühəmməd ben Müəyyidəddin Ordi rəsədxanada astro-
nomik cihazların quruluşu ilə məşğul olaraq, dünyada ən
qədim ulduz qlobusu (1279) düzəltmişdi. Həmin qlobusun
üzərində ulduzların vəziyyəti çox böyük dəqiqliklə
düzəldilmişdi.
XVI əsrdə Almaniyanın Drezden şəhərində bir dövlətli
şəxs “Rəsm Qalereyası” adlı bir muzey yaradır və bürünc-
dən, gümüşdən və qızıldan hazırlanmış həmin qlobus bu
muzeydə saxlanılır.
Sədrəddin Əli Tusi atasının vəfatından sonra uzun
müddət rəsədxanaya rəhbərlik etmişdir. Onun qardaşı
155
Əsiləddin, Parisdə milli kitabxanada saxlanılan “Zic
Elxani” əsərinin bir əlyazma nüsxəsinin müəllifidir.
Marağada düzəldilən Göy qlobusu (1279). Drezden muzeyi
Marağa rəsədxanasında çalışan Məhiəddin Məğribi
İspaniya ərəblərindən idi. O, hələ rəsədxana tikilməmişdən
əvvəl Hələbə gəlmiş, orada astronomiya ilə məşğul
156
olmuşdu. Hülaku xanın qoşunları Hələbə daxil olduqda heç
cür xilas yolu tapmayan Məhiəddin qışqırır ki, o,
astronomdur. Nəsirəddinin, harada astronomlara təsadüf
olunsa, onları Marağaya göndərmək xahişini bilən Hülaku
xan Məhiəddini xilas edib oraya göndərir.
Məşhur alimlər Fao Mun-Çi Çindən, İsa Monqolustan-
dan, Fəxrəddin İxlati isə Tiflisdən idi.
Marağa rəsədxanasında çalışan alimlərin milliyəti din
etibarilə müxtəlif idi. Müsəlmanlarla yanaşı xristianlar,
nəsranilər, buddistlər və başqa din nümayəndələri də olmuş
və onlara orada böyük hörmətlə yanaşılırdı. Bu tədqiqatdan
məlum olur ki, orada azərbaycanlılarla yanaşı farslar,
ərəblər, yəhudilər, özbəklər, çinlilər, türklər, monqollar və
başqaları da çalışmışlar. Buradan aydın olur ki, Marağa
rəsədxanası tam mənası ilə beynəlmiləl tərkibli mədəniyyət
ocağı, yaşayış məntəqəsi olmuş və orada alimlər arasında
əsl emansipasiya yaranmışdı. Bu isə rəsədxananın ən
mütərəqqi cəhətlərindən biri idi.
XIII əsrin 80-ci illərində Xanbalıq (Pekin) şəhərində, Qo
Şu-çinq adlı bir astronom rəsədxana qurur. Çin dilində
yazılmış “Yuan sülaləsinin tarixi” adlı əsərindəki mənbə-
dən və Azərbaycan tarixçisi Rəşidəddinin göstərdiklərin-
dən aydın olmuşdur ki, hələ Xubilay xandan əvvəl Menqu
xan Hülaku xandan xahiş etmişdi ki, həşşaşilərin qalaları
Dostları ilə paylaş: |