Ramiz Dəniz



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə43/102
tarix28.06.2018
ölçüsü4,12 Mb.
#52377
1   ...   39   40   41   42   43   44   45   46   ...   102

                                                     

 

  



                                                                            

                                                    

173 

4.  Enliyi  ekpiltikanın  meyl  bucağından  böyük  olan 



sahələrin xüsusiyyətləri haqqında;  

5. Enliyi ekliptikanın meylinin xüsusiyyətləri haqqında; 

6. Zodiak bürclərinin görünməsi haqqında;  

7. Vaxt tənliyi və azimutun təyini haqqında;  

8.  Göy  cisimlərinin  müxtəlif  en  dairələrindən  keçməsi, 

görünməsi və batması haqqında;  

9.  Gecə  və  Gündüzün  uzunluğunun  təyini  haqqında; 

alatoranlıq və sübh çağı haqqında;  

10. İlin, ayın uzunluğunun təyini haqqında;  

11. Kölgələr haqqında;  

12.  Sahələrin  azimutunun  və  günorta  xəttinin  təyini 

haqqında. 

IV bölmə altı fəsildən ibarətdir: Bunlar göy cisimlərinin 

ölçüləri və məsafələrinə aid məsələlərə həsr olunmuşdur

1. Yerin ölçülərinin təyini haqqında;  

2. Yerə nisbətən Ayın ölçülərinin təyini haqqında;  

3.  Ayın  Yerdən  ən  böyük  və  ən  kiçik  məsafələri 

haqqında;  

4. Günəşin ölçüləri və məsafələrinin təyini haqqında;  

   5. Merkurinin, Veneranın, Marsın, Yupiterin və Saturnun 

ölçülərinin və aralarındakı məsafələrin təyini haqqında;  

6.  Hərəkətsiz  Göy  cisimlərinin  məsafələrinin  təyini 

haqqında. 



                                                     

 

  



                                                                            

                                                    

174 

Tusinin  “Muiniyyə”  əsərində  Məkkə  şəhərinin  coğrafi 



uzunluğu  74

0

10



/

  (sonralar  “Zic  Elxani”  əsərində  73

0

10

/



coğrafi  enliyi  21

0

40



verilmişdir.

1

  O,  həmçinin  Yerin  canlı 



yaşayan  sahəsini  “ekvatordan  şimal  qütbünə  qədər  olan 

bütün sahənin yarısı” hesab edir. 

Tusi  astronomiya  və  riyaziyyat  elmlərini  təkmilləşdir-

mək  üçün,  möhtəşəm  bir  rəsədxananı  Azərbaycanın  dilbər 

guşələrindən biri sayılan Marağada saldırmaqla, öz arzusu-

na  nail  olur.  İş  ondadır  ki,  Marağa  şəhəri  orta  əsrlərdə 

bütün dünyada məşhur olan “İpək yolu”nun üstündə, Yaxın 

Şərq  ilə  Orta  Asiya  arasında  və  Avropanın  astanasında 

yerləşirdi. Oraya həm  Orta Asiyadan, həm Yaxın Şərqdən, 

həm  Kiçik  Asiya,  Balkan,  Apennin,  Krım  yarım-

adalarından,  həm  Misir,  hətta  Hindistan  və  Çindən  də  get-

gəliş  vardı  və  getdikcə  həmin  əlaqə  intensiv  xarakter  şəkli 

alırdı.  Məhz  buna  görə  də  Tusi  Azərbaycana  yaxın  olan 

bölgələrin məşhur və tanınmış alimlərini öz ətrafına topla-

mağa müəssər olmuşdu. 

XIII əsrdən danışanda elə düşünülməməlidir ki, astrono-

miya  ilə  yalnız  Azərbaycanın  cənub  vilayətlərində  ciddi 

məşğul olurdular. 

                                                 

       


1

  Azərbaycan  Beynəlxalq  Universiteti.  Nəsirəddin  Tusinin  800  illik 

yubileyinə həsr edilmiş Respublika  konfransının materialları. Bakı, 2001. 

Professor N. Əbdülqasımovanın məruzəsi, səh. 376-377 




                                                     

 

  



                                                                            

                                                    

175 

   Xatırlatmaq  istəyirəm  ki,  Şəmsəddin  Şirvani  Şamaxı 



astronomlarının yetirməsi olmuşdu və bilavasitə onun elmi 

təcrübəsindən  Marağa  rəsədxanansının  mütəxəsissləri  isti-

fadə etmişdilər. 

..Rəşidəddin Vatvatla (Xarəzm tarixçisi –R.D.), Xarəzm-

şah Təküşlə Xaqaninin (Əfzələddin Xaqani Şirvani – R. D.) 

sıx elmi və siyasi əlaqələri, XIII əsrin əvvəllərində dahi şair 

Zülfüqar  Şirvanini  hələ  20  yaşında  ikən  Xarəzmşah 

Əlaəddin Məhəmmədin dəvət etməsi və s. Xarəzm astrono-

miyası ilə də Şirvanın əlaqələrinin olmasına dəlalət edir.

1

 



Buradan  görünür  ki,  Azərbaycandan  Orta  Asiyaya  ge-

dən  tanınmış  mütəfəkkirlərin,  şairlərin,  alimlərin  əksəriy-

yəti  astronomiya  elminə  yiyələnmək  üçün  böyük  səy 

göstərmişdilər. Bəzi Şərq ölkələrində olduğu kimi astrono-

miya  Azərbaycanın  şimalında  da  inkişaf  etməyə  başlayır. 

Tanınmış  alim  Kafiəddin  Ömər  bu  elmin  incəliklərinə 

yiyələndiyindən  oğullarını,  hətta  qardaşı  oğlu  Əfzələddin 

Xaqanini də həmin elmi öyrənməyə həvəsləndirir. Söz yox 

ki,  Xaqani  nüfuzlu  və  tanınmış  nəslin  nümayəndəsi 

olduğundan,  yaxşı  təhsil  aldığından  astronomiyaya  böyük 

həvəs göstərmişdir. 

                                                 

      

1

 Q. Kəndli-Herisçi. Xaqani Şirvani (həyatı, dövrü, yaradıcılığı). Bakı, 



1988. səh. 21 


                                                     

 

  



                                                                            

                                                    

176 

Bir  çox  elmlərin  alimi  sayılan  Kafiəddin  Ömərin 



astronomiyanı dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqa-

niyə  öyrətməsi  bir  fakt  olaraq  tarixin  səhifələrinə  düşüb-

dür. Bu haqda şair özü “Əmisini tərif” şerində yazır: 

 

    “Məni üç elmdən etdi xəbərdar, 



    Ağıl, fəhli, hiss oldu onlardan izhar. 

    O, mənə şərh etdi hər bir məfhumu

    Sonra da öyrətdi elmi-nücumu...”

1

 



 

Təəssüflər  olsun  ki,  Xaqani  həmin  elmin  dərinliklərini 

araşdırmaq  üçün  öz  bacarığından  və  fenomenal  beynindən 

istifadə  etməmişdi.  Çox  güman  ki,  ondan  dünya  miqyaslı 

astronomiya alimi yetişərdi. 

Marağa  rəsədxanasında  hazırlanmış  cədvəllər  əsasında 

Ay  və  Günəşin  tutulmasını  qabaqcadan  xəbər  vermək 

olurdu.  Həmin  cədvəllərin  əksəriyyəti  orada  çalışan  elm 

xadimlərinə  və  tələbələrə  paylanmışdı.  Asiyanın  və  Avro-

panın başqa regionlarına nisbətən Ayın və Günəşin nə vaxt 

tutulmasında,  yalnız  Azərbaycanın  hüdudlarında  yaşayan 

müəyyən təbəqənin insanları hali idilər və həmin elm barə-

sində öz tanışları ilə maraqlı diskusiyyalar aparırdılar. Mən 

onu da qeyd etmək istəyirəm ki, həmin dövrdə astronomiya 

                                                 

      


1

 Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”. 1987. səh. 87  




Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə