173
4. Enliyi ekpiltikanın meyl bucağından böyük olan
sahələrin xüsusiyyətləri haqqında;
5. Enliyi ekliptikanın meylinin xüsusiyyətləri haqqında;
6. Zodiak bürclərinin görünməsi haqqında;
7. Vaxt tənliyi və azimutun təyini haqqında;
8. Göy cisimlərinin müxtəlif en dairələrindən keçməsi,
görünməsi və batması haqqında;
9. Gecə və Gündüzün uzunluğunun təyini haqqında;
alatoranlıq və sübh çağı haqqında;
10. İlin, ayın uzunluğunun təyini haqqında;
11. Kölgələr haqqında;
12. Sahələrin azimutunun və günorta xəttinin təyini
haqqında.
IV bölmə altı fəsildən ibarətdir: Bunlar göy cisimlərinin
ölçüləri və məsafələrinə aid məsələlərə həsr olunmuşdur;
1. Yerin ölçülərinin təyini haqqında;
2. Yerə nisbətən Ayın ölçülərinin təyini haqqında;
3. Ayın Yerdən ən böyük və ən kiçik məsafələri
haqqında;
4. Günəşin ölçüləri və məsafələrinin təyini haqqında;
5. Merkurinin, Veneranın, Marsın, Yupiterin və Saturnun
ölçülərinin və aralarındakı məsafələrin təyini haqqında;
6. Hərəkətsiz Göy cisimlərinin məsafələrinin təyini
haqqında.
174
Tusinin “Muiniyyə” əsərində Məkkə şəhərinin coğrafi
uzunluğu 74
0
10
/
(sonralar “Zic Elxani” əsərində 73
0
10
/
)
coğrafi enliyi 21
0
40
/
verilmişdir.
1
O, həmçinin Yerin canlı
yaşayan sahəsini “ekvatordan şimal qütbünə qədər olan
bütün sahənin yarısı” hesab edir.
Tusi astronomiya və riyaziyyat elmlərini təkmilləşdir-
mək üçün, möhtəşəm bir rəsədxananı Azərbaycanın dilbər
guşələrindən biri sayılan Marağada saldırmaqla, öz arzusu-
na nail olur. İş ondadır ki, Marağa şəhəri orta əsrlərdə
bütün dünyada məşhur olan “İpək yolu”nun üstündə, Yaxın
Şərq ilə Orta Asiya arasında və Avropanın astanasında
yerləşirdi. Oraya həm Orta Asiyadan, həm Yaxın Şərqdən,
həm Kiçik Asiya, Balkan, Apennin, Krım yarım-
adalarından, həm Misir, hətta Hindistan və Çindən də get-
gəliş vardı və getdikcə həmin əlaqə intensiv xarakter şəkli
alırdı. Məhz buna görə də Tusi Azərbaycana yaxın olan
bölgələrin məşhur və tanınmış alimlərini öz ətrafına topla-
mağa müəssər olmuşdu.
XIII əsrdən danışanda elə düşünülməməlidir ki, astrono-
miya ilə yalnız Azərbaycanın cənub vilayətlərində ciddi
məşğul olurdular.
1
Azərbaycan Beynəlxalq Universiteti. Nəsirəddin Tusinin 800 illik
yubileyinə həsr edilmiş Respublika konfransının materialları. Bakı, 2001.
Professor N. Əbdülqasımovanın məruzəsi, səh. 376-377
175
Xatırlatmaq istəyirəm ki, Şəmsəddin Şirvani Şamaxı
astronomlarının yetirməsi olmuşdu və bilavasitə onun elmi
təcrübəsindən Marağa rəsədxanansının mütəxəsissləri isti-
fadə etmişdilər.
..Rəşidəddin Vatvatla (Xarəzm tarixçisi –R.D.), Xarəzm-
şah Təküşlə Xaqaninin (Əfzələddin Xaqani Şirvani – R. D.)
sıx elmi və siyasi əlaqələri, XIII əsrin əvvəllərində dahi şair
Zülfüqar Şirvanini hələ 20 yaşında ikən Xarəzmşah
Əlaəddin Məhəmmədin dəvət etməsi və s. Xarəzm astrono-
miyası ilə də Şirvanın əlaqələrinin olmasına dəlalət edir.
1
Buradan görünür ki, Azərbaycandan Orta Asiyaya ge-
dən tanınmış mütəfəkkirlərin, şairlərin, alimlərin əksəriy-
yəti astronomiya elminə yiyələnmək üçün böyük səy
göstərmişdilər. Bəzi Şərq ölkələrində olduğu kimi astrono-
miya Azərbaycanın şimalında da inkişaf etməyə başlayır.
Tanınmış alim Kafiəddin Ömər bu elmin incəliklərinə
yiyələndiyindən oğullarını, hətta qardaşı oğlu Əfzələddin
Xaqanini də həmin elmi öyrənməyə həvəsləndirir. Söz yox
ki, Xaqani nüfuzlu və tanınmış nəslin nümayəndəsi
olduğundan, yaxşı təhsil aldığından astronomiyaya böyük
həvəs göstərmişdir.
1
Q. Kəndli-Herisçi. Xaqani Şirvani (həyatı, dövrü, yaradıcılığı). Bakı,
1988. səh. 21
176
Bir çox elmlərin alimi sayılan Kafiəddin Ömərin
astronomiyanı dahi Azərbaycan şairi və mütəfəkkiri Xaqa-
niyə öyrətməsi bir fakt olaraq tarixin səhifələrinə düşüb-
dür. Bu haqda şair özü “Əmisini tərif” şerində yazır:
“Məni üç elmdən etdi xəbərdar,
Ağıl, fəhli, hiss oldu onlardan izhar.
O, mənə şərh etdi hər bir məfhumu,
Sonra da öyrətdi elmi-nücumu...”
1
Təəssüflər olsun ki, Xaqani həmin elmin dərinliklərini
araşdırmaq üçün öz bacarığından və fenomenal beynindən
istifadə etməmişdi. Çox güman ki, ondan dünya miqyaslı
astronomiya alimi yetişərdi.
Marağa rəsədxanasında hazırlanmış cədvəllər əsasında
Ay və Günəşin tutulmasını qabaqcadan xəbər vermək
olurdu. Həmin cədvəllərin əksəriyyəti orada çalışan elm
xadimlərinə və tələbələrə paylanmışdı. Asiyanın və Avro-
panın başqa regionlarına nisbətən Ayın və Günəşin nə vaxt
tutulmasında, yalnız Azərbaycanın hüdudlarında yaşayan
müəyyən təbəqənin insanları hali idilər və həmin elm barə-
sində öz tanışları ilə maraqlı diskusiyyalar aparırdılar. Mən
onu da qeyd etmək istəyirəm ki, həmin dövrdə astronomiya
1
Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, “Yazıçı”. 1987. səh. 87
Dostları ilə paylaş: |