Rasim Əliquliyev



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/21
tarix04.11.2017
ölçüsü0,55 Mb.
#8366
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

46 

 

müxtəlifliyinə  görə  eyni  adla  yaranan  ensiklopedik  məqalələr 



müxtəlif  dil  bölmələrində  tam  fərqli  ola  bilərlər.  Buna  səbəb 

kontent  yaradan  cəmiyyət  üzvlərinin  təşkil  etdikləri  sosial 

şəbəkələrin  müxtəlif  baxışlara  və  ideologiyalara  malik  olması, 

həmçinin,  cəmiyyət  üzvlərinin  dilindən,  milliyyətindən, 

yaşadıqları  ölkənin  siyasi  və  sosial-iqtisadi durumundan  asılı 

olaraq  aktivliyinin  müxtəlif  olmasıdır.  Şəkil  5-də  Vikipediya 

ensiklopediyasının  müxtəlif  dil  bölmələrində  hər  bir  aktiv 

istifadəçinin  payına  düşən  məqalələrin  sayı  verilmişdr.  Aktiv 

istifadəçi  dedikdə,  bir  ay  ərzində  minimum  5  redaktəsi  olan 

i

stifadəçilər nəzərdə tutulurlar [57, 61]. 



 

 

Şəkil 5. Viki-mühitdə 2014-cü il mart ayına olan məlumata 



əsasən müxtəlif dillər üzrə bir aktiv istifadəçiyə düşən 

ensiklopedik məqalələrin sayı 




47 

 

 



Viki-

mühitdə  aktiv  istifadəçilərin  sayı  çoxaldıqca  onların 

payına  düşən  viki-səhifələrin  sayı  azalmış  olur.  Şəkildən 

göründüyü  kimi  ingilis  dilindəki  Vikipediya  layihəsində 

məqalələrin  ümumi  sayının  4,5  milyondan  artıq  olmasına 

baxmayaraq, 

bir aktiv istifadəçinin payına cəmi 34 məqalə düşür. 

Yəni bu layihədə viki-cəmiyyətin üzvlərinin sayı daha çoxdur və 

onlar  daha  aktivdirlər.  Qazax  dilindəki  Vikipediya  layihəsində 

isə  bir  aktiv  istifadəçiyə  1300-ə  yaxın  ensiklopedik  məqalə 

düşür.  Bir  istifadəçinin  hər  gün  mindən  artıq  məqaləyə  nəzarət 

etməsi və üzərində işləməsi real görünmür. Belə vəziyyət virtual 

ensiklopediyanın  bu  dil  bölməsində  toplanmış  məlumatların 

keyfiyyətinin aşağı olmasına səbəb olur. 

Viki-

cəmiyyətin  aktivliyi  ictimai  şüura  və  cəmiyyətdəki 



sosial  proseslərə təsirində  mühüm  amildir.  Cəmiyyət  üzvlərinin 

bilik v


ə  bacarıqları,  müəyyən  edilmiş  prinsip  və  qaydalar 

əsasında  planlı  fəaliyyətləri,  koordinasiya  və  təşkilatlanma 

məsələlərində operativ idarə edilmələri, bu cəmiyyətin bir ictimai 

qüvvə  kimi  e-dövlətin  formalaşmasında  və  informasiya 

təhlükəsizliyi məsələlərində iştirakına təsir edir. 

Nəzərə almaq lazımdır ki, viki-mühit yalnız bilik mənbəyi 

deyil, həm də müxtəlif ideologiyalara və baxışlara malik qrupları 

birləşdirən  çox  nəhəng  sosial  şəbəkədir.  Bu  baxımdan  sosial 

şəbəkələrin  analizində  istifadə  edilən  metod  və  nəzəriyyələr 

vikimetrik  tədqiqatlarda  da  çox  geniş  tətbiq  olunmaqdadır  [62, 

63].  Kaliforniya Universitetinin professoru Sara Cavanmardinin 

(Sara Javanmardi)  viki-

istifadəçilər  arasında  münasibətləri  və 



48 

 

hansının daha çox nüfuza malik olmasını təyin etmək üçün təklif 



etdiyi  model  təsnifatlandırma  metodları  əsasında  viki-mühitdə 

vandalları  və  təcrübəsiz  istifadəçiləri  təyin  etməyə  imkan  verir. 

Təklif  olunan  model  Data  Mining  metodlarına  əsaslanaraq 

Vikipediya  ensiklopediyasında  istifadəçilərin  davranışları 

haqqında da müəyyən proqnozlar vermək iqtidarındadır [64, 65]. 

Bu  yanaşmada  istifadəçinin  nüfuzu  yalnız  onun  davranışı  ilə 

təyin edilir. Belə ki, istifadəçi tərəfindən daxil edilən informasiya 

saxlanılırsa,  onun  nüfuzu  artır  və  əksinə  istifadəçi  tərəfindən 

həyata keçirilən dəyişikliklər silinirsə nüfuzu aşağı düşmüş olur.  

Son ill


ər istifadəçilərin nüfuzunun analizində  intellektual 

analiz  metodlarından  geniş  istifadə  edilməkdədir. Viki-mühitin 

intellektual analizi t

ədqiqatların  daha  dərindən  aparılmasına  və 

gizli biliyin 

əldə olunmasına şərait yaradır. Tokio Universitetinin 

professorları Kotaro Nakayama (Kotaro Nakayama) və Takaxiro 

Xaro (Takahiro Hara) vikimetrik t

ədqiqatlarda intellektual analiz 

metodlarından  istifadənin effektivliyini izah edərkən bildirirlər 

ki,  intellektual analiz üçün viki-mühit 

aşağıdakı  imkanlara 

malikdir [66, 67]: 

1.

 



Viki-

mühit sənədləri idarə edir: 

 

milyonlarla viki-



səhifələrin mövcudluğu

 



s

əhifələrin müxtəlif tipli yüzlərlə hiperkeçidlərə 

malik olması (Dense link structure). 

2.

 



Viki-mühi

t bilikləri idarə edir: 

 

f



asiləsiz olaraq yeni kontentin yaradılması; 

 



k

ontentin dinamik dəyişdirilməsi; 




49 

 



 

k

ontentin sistemləşdirilməsi. 



3.

 

Viki-



mühit nəhəng sosial şəbəkədir. 

Vikipediyanın  yuxarıda  göstərilən  imkanları  ilə  əlaqədar 

Wiki Mining, Text Mining v

ə  Link  Mining  metodları  əsasında 

viki-mühitd

ə  səhifələr  arasında  semantik  əlaqələrin analizini 

aparmaq, ensiklopedik m

əqalələrin  əhatəliyi və  keyfiyyətini 

t

əyin etmək, gizli sosial şəbəkələri aşkar etmək mümkündür [67]. 



Viki-

mühitdə  münasibətləri,  əməkdaşlığı  ölçmək  üçün 

digər  yanaşma  İsrail  Universitetinin  tədqiqatçıları  Hagit  Meşa-

Tal (Hagit Meishar-Tal

)  və  Edna  Tal-Əlhəsid  (Edna  Tal-

Elhasid

tərəfindən  təklif  edilmişdir  [68]. Bu metodda istifadə 

olunan əsas ölçülər: 

1.

 



Viki-

istifadəçilərin sayı; 

2.

 

İnteraktivlik,  yəni  müəyyən  vaxt  intervalında 



istifadəçilərin  viki-səhifələrdə  etdikləri  redaktələrin 

sayı; 


3.

 

İntensivlik,  yəni  redaktələr  nəticəsində  viki-səhifədə 



olan dəyişikliklərin sayı, səhifələrin baytlarla həcmi və 

s. 


göstəricilər. 

Təklif olunan metod əsasında “redaktələr müharibəsi” [69], 

viki-

istifadəçilərin  aktivliyi,  etdikləri  redaktələrin  keyfiyyəti 



təyin  edilir.  Belə  ki,  bəzən  viki-məqalələrdə  edilən  redaktələr 

digər istifadəçilər tərəfindən rədd edilir. Bu isə belə bir vəziyyət 

yaradır:  məqalə  üzərində  işləyən  istifadəçilərin  sayı  çoxdur  və  

çoxlu  sayda  redaktələr  olunmuşdur,  lakin  son  nəticədə 

ensiklopedik  məqalənin  həcmi  az  dəyişmişdir.  Bu  baxımdan 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə