Redaksiya heyəTİ: Baş redaktor



Yüklə 43,82 Kb.
Pdf görüntüsü
səhifə112/138
tarix13.11.2017
ölçüsü43,82 Kb.
#10059
1   ...   108   109   110   111   112   113   114   115   ...   138

258
Milli Qəhrəmanlar 
55 
illiyi
ƏLİYAR ƏLİYEV 
1957- 1992
DEKABR
Əliyar  Yusif  oğlu  Əliyev  1957-ci  il 
dekabr  ayının  14-də  Qubadlı  rayonunun 
Qazyan kəndində doğulmuşdur. 
1975-ci ildə  orta məktəbi əla qiymət-
lərlə bitirmiş, həmin il Azərbaycan Dövlət 
Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş-
dur. 1979-cu ildə  instututu fərqlənmə dip-
lomu ilə bitirərək bir müddət Qubadlı ra-
yonunun Donqarlı kənd orta məktəbində 
idman müəllimi işləmişdir.
 1980-ci ildə hərbi xidmətə getmişdir. 
1982-ci  ildə  ordudan  tərxis  olunmuşdur. 
Sonra  Saransk  Dövlət  Universitetində 
müəllim işləmişdir. 1983-cü ildə yenidən 
doğma  yurda  qayıtmışdır.  1985-ci  ildən 
Könüllü  Bədən  Tərbiyəsi  və  İdman 
Cəmiyyəti  Rayon  Şurasının  sədri  seçil-
mişdir. O, dəfələrlə klassik güləş üzrə res-
publika, ümumittifaq və beynəlxalq yarış-
larda qalib gəlmişdir. Gənc pəhlivan eyni 
zamanda respublika və SSRİ çempionları 
yetişdirmişdir.
Ə.Əliyev  respublikamızda  baş  verən 
ictimai-siyasi  hadisələrdə  yaxından  iş-
tirak  edirdi.  O,  rayonda  xalq  hərəkatına 
rəhbərlik  edir,  yüksək  təşkilatçılıq 
qabiliyyəti nümayiş etdirirdi. Ermənistan 
ölkəmizə  qarşı  təcavüzə  başlayanda 
cəbhəyə gedən könüllülərdən biri olmuş-
dur.  1990-cı  ilin  aprel  ayında  düşmənin 
Başarat kəndinə böyük qüvvə ilə hücum 
edəcəyi gözlənilirdi. Dan yeri sökülməmiş 
Topağac  yüksəkliyi  toplardan  şiddətli 
atəşə  tutuldu.  Ə.Əliyevin  başçılıq  etdiyi 
dəstə hücumu qətiyyətlə dəf etdi. Döyüş 
tam qələbə ilə başa çatdı. 
1992-ci  il  oktyabrın  3-də  Sunum-
başı  yüksəkliyindəki  qanlı  döyüşlərdə 
Ə.Əliyevin taboru “Tikanlı zəmi” deyilən 
dağa qədər irəliləmişdi. Lakin o, yüksək-
liyə  çata  bilmədi,  düşmən  gülləsinə  tuş 
gələrək şəhid oldu.
Evli idi. Üç övladı var.
Azərbaycan  Respublikası  Prezidenti-
nin 10 noyabr, 1992-ci il tarixli 301 say-
lı  Fərmanı  ilə  mayor  Əliyar  Yusif  oğlu 
Əliyev  ölümündən  sonra  Azərbaycanın 
Milli  Qəhrəmanı  adına  layiq  görülmüş-
dür. Qubadlı rayonunun Qazyan kəndində 
dəfn edilmişdir.
Ə d ə b i y y a t
Nərimanoğlu, N . 
Dağlar oğlu [Mətn] 
/N.Nərimanoğlu.- Bakı : 
İşıq, 1994.- 56 s.
Quliyev , D. Əliyar Yusif 
oğlu Əliyev ( 1957- 1992) 
[Mətn] // Quliyev , D. Şəhid 
idmançılar.- Bakı, 1995.- S. 
19-22.
Seyidzadə, M. Əliyev 
Əliyar Yusif oğlu [Mətn] 
// Seyidzadə, M. Milli 
qəhrəmanlar zirvəsi.- Bakı, 
2010.- S.56.
14
Milli Qəhrəman
Doğulandan vətən dedim el dedim,
Vətən üçün mən nələrdən keçmədim.
Heyif heyif çox arzuma yetmədim
El yolunda şəhidliyə gedirəm
Şəhid olub ucalara gedirəm.
Əhməd Abdullayev


259
Coğrafiya.Geologiya 
85 
illiyi
XUDU MƏMMƏDOV 
1927-1988
DEKABR
Xudu  Surxay  oğlu  Məmmədov 
1927-ci il dekabr ayının 14-də Ağdam 
rayonunun  Mərzili  kəndində  anadan 
olmuşdur.
 X. Məmmədov 1951-ci ildə Bakı 
Dövlət Universitetini bitirdikdən son-
ra SSRİ Elmlər Akademiyası Kristal-
loqrafiya  İnstitutunun  aspiranturasına 
daxil  olmuşdur.  Onun  “Maddələrin 
kristal strukturunun öyrənilməsinə və 
şifrinin  açılması”na  həsr  edilmiş  ilk 
elmi  əsərləri  ictimaiyyət  tərəfindən 
yüksək qiymətləndirilmişdir. 
X.Məmmədov 1970-ci ildə Geolo-
giya-mineralogiya  elmləri  doktoru, 
1973-cü  ildə  professor  elmi  adını  və 
elmi dərəcəsini almışdır. 1976-cı ildə 
Azərbaycan SSR EA-nın müxbir üzvü 
seçilmişdir.
X.Məmmədovun bütün əmək fəaliy-
yəti qeyri-üzvi və Fizika-Kimya insti-
tutu ilə bağlı idi. Burada o, laborantlıq-
dan laboratoriya rəhbəri vəzifəsinədək 
yüksəlmişdir.  Azərbaycan  kristal 
kimyaçıları  məktəbinin  yaradıcısıdır. 
Onun  tədqiqatlarının  nəticələri  250-
dən artıq elmi əsərdə və 5 monoqrafi-
yada öz əksini tapmışdır. 
X.Məmmədov dünya kristalloqraf-
ları  və  kristalokimyaçıları  tərəfindən 
tanınmış  və  qəbul  edilmiş  bir  çox 
ciddi  elmi  yeniliklərin,  o  cümlədən 
TFFY-nin müəllifi, qayğıkeş müəllim, 
minnətdar tələbə və nəhayət, publisist 
və ictimai xadim kimi böyük nüfuz qa-
zanmışdır.
X.Məmmədov 
səmərəli 
elmi 
fəaliyyətilə  yanaşı  yüksək  ixtisas-
lı  kadrlar  hazırlanmasına  və  elmin 
təbliğinə  böyük  qüvvə  sərf  edirdi. 
Onun rəhbərliyi altında onlarca elmlər 
doktoru  və  elmlər  namizədləri  ha-
zırlanmışdır.  Əsl  ziyalı  olan  Xudu 
Məmmədov  çox  geniş  biliyə  malik 
olmuşdur,  Azərbaycan  ədəbiyyatına, 
musiqisinə, 
incəsənətinə 
yaxşı 
bələd  idi.  Azərbaycan  incəsənəti  və 
ədəbiyyatı  problemlərinin  hərtərəfli 
təhlilinə  aid  bir  sıra  sanballı  əsərlər 
yazmışdır. O, xalqını ürəkdən sevmiş, 
var qüvvəsini və biliyini xalq işinə sərf 
etmişdir. X. Məmmədovun xidmətləri 
“Qırmızı Əmək Bayrağı” və “Şərəf ni-
şanı” ordenlərinə layiq görülmüşdür. 
Görkəmli  alim,  1988-ci  il  oktyabr 
ayının 15-də Bakı şəhərində vəfat et-
mişdir. 
Ə d ə b i y y a t
Elm köməyin olsun [Mətn] 
/Xudu Məmmədov.- Bakı , 
2002.- 121 s.
 Kalsium silikatları və hidro-
silikatlarının kristallokimya-
sı [Mətn] /Xudu Məmmədov 
.- Bakı , 1960.- 128 s. 
Qoşa qanad [Mətn] /Xudu 
Məmmədov.- Bakı : Gənclik, 
1974.- 107 s.
Aydınoğlu, T. “Xudu 
zirvəsi”nə düşən işıq 
[Mətn] : [İ.Bəxtiyarlının 
X.Məmmədova həsr etdiyi 
“İşıqlı zirvə” elmi pub-
lisistik kitabı haqqında] 
/T.Aydınoğlu //Xalq qəzeti.- 
2005.- 20 mart.- S. 7.
14
Kristalloqraf


Yüklə 43,82 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə