262
Tarix.Din
85
illiyi
CƏMİL QULİYEV
1927
DEKABR
Cəmil Bahadur oğlu Quliyev 1927-
ci il dekabr aynın 16-da Şuşada ana-
dan olmuşdur. 1944-cü ildə Ağdam-
da orta məktəbi bitirmiş, həmin ildə
Azərbaycan Dövlət Universitetinin
Tarix fakültəsinə daxil olmuşdur.
1946-cı ildən təhsilini M.V.Lo-
monosov adına Moskva Dövlət Uni-
versitetində davam etdirmişdir. 1949-
cu ildə Tarix fakültəsini bitirdikdən
sonra aspiranturada saxlanılmış və
1952-ci ildə namizədlik dissertasiyası-
nı müdafiyə edərək xüsusi təqdimatla
Bakıya göndərilmişdir. C.Quliyev
1952-ci ildən BDU-nun Siyasi Tarix
kafedrasında dosent, Partiya Tarixi İns-
titutunda Elmi işlər üzrə direktor mü-
avini (1958-1972-ci illər) işləmişdir.
1971-ci ildə doktorluq dissertasiyasını
müdafiə etmiş, professor adını alaraq
həmin ildən AMEA-da fəaliyyətə baş-
lamışdır.
1972-1978-ci illər ərzində Tarix İns-
titutunun direktoru vəzifəsində çalış-
mışdır. 1976-1990-cı illərdə AMEA-
nın vitse-prezidenti; 1975-1988-ci illər
Azərbaycan Sovet Ensiklopediyasının
baş redaktoru;
1989-1990 illər Azərbaycan Dövlət
Universitetinin rektoru; 1976-1991,
1997-2004-cü illər AMEA-nın Rəya-
sət Heyətinin üzvü olub. Cəmil Quli-
yev 1972-ci ildə AMEA-nın müxbir
üzvü, 1980-cı ildən isə həqiqi üzvü
seçilmişdir.
Akademik C.B.Quliyev bir neçə
sanballı monoqrafiya, 300-dən cox
məqalənin müəllifidir. C.B.Quliyev 7
cildlik “Azərbaycan tarixinin” hazır-
lanmasına rəhbərlik etmiş, onun re-
daktorluğu ilə “Naxçıvan ensiklopedi-
yası” 2002-ci ildə nəşr olunmuşdur.
C.B.Quliyev beynəlxalq forumlar-
da Azərbaycan elmini dəfələrlə təmsil
etmiş, bir sıra hökumət və ictimai
təşkilatların rəhbər orqanlarının üzvü
olmuş, dövlət tərəfindən orden və me-
dallara layiq görülmüşdür. Əməkdar
elm xadimi, Dövlət Mükafati laureatı-
dır. 1997-ci ildə Prezident H.Ə.Əliyev
tərəfindən “Şöhrət” ordeni ilə təltif
edilmişdir.
Ə d ə b i y y a t
Aprel 1920 – iyun 1941
[Mətn] /Cəmil Quliyev .-
Bakı: Elm, 2008.- 567 s.
Elmi-texniki potensial
[Mətn] : əsas inkişaf
meylləri və problemləri /
Cəmil Quliyev.- Bakı: Elm,
2005. – 324s.
Tarix, düşüncələr,
mülahizələr, qeydlər
(1953-2003) [Mətn]/Cəmil
Quliyev.- Bakı: Elm, 2004.-
763 s.
Bünyadov, T. Ürəkdən ürəyə
cığırlar [Mətn] /T.Bünyadov
//Elm.- 2008.- 25 yanvar.-
S.14.
Kərimov, M. Azərbaycan
tarixşünaslığına dəyərli
töhfə verən alim [Mətn]
/M.Kərimov //Azərbaycan. –
2007. – 15 dekabr. – S.6.
Советская Нахичевань /
Джамиль Кулиев [Текст]
. – Баку: Азернешр, 1984.
– 145 с.
16
Akademik
263
Musiqi. Opera. Balet
100
illiyi
AĞABACI RZAYEVA
1912 – 1975
DEKABR
Ağabacı İsmayıl qızı Rzayeva
1912-ci il dekabr ayının 15-də Bakı
şəhərində anadan olmuşdur. 1920-ci
ildə 33 saylı məktəbə, 1927-ci ildə isə
Bakı Pedaqoji Texnikumuna daxil ol-
muşdur.
Ağabacı Rzayeva sənətə gəldiyi
gündən istedadlı gənclərə atalıq qay-
ğısı göstərən dahi bəstəkarımız Üzeyir
bəy Hacıbəyliylə tanış olmuşdur. Kon-
servatoriyada oxuduğu illərdə ölməz
sənətkarımızdan bəstəkarlıq dərsi al-
mış və 20 il A.Zeynallı adına orta ixti-
sas musiqi məktəbində dərs demişdir.
Azərbaycanın ilk qadın bəstəkar-
larından olan Ağabacı Rzayevanın
yaradıcılığında mahnı və romans-
lar mühüm yer tutur. “Neftçi Qur-
ban”, “Çoban Qara”, “Oxuma gözəl”,
“Afəti Cansan”, “Səni sevirəm”,
“Qəlbimdəsən” və s.
A.Rzayevanın
1965-ci
ildə
İ.Quliyevlə birgə yazdığı “Höcət
eləmə” musiqili komediyası da uzun
illər teatrlarımızın repertuarında xüsu-
si yer tutmuşdur.
A.Rzayeva həmçinin, xalq çalğı
alətləri orkestri, həm də simli kvar-
tet ucün pyeslərin müəllifidir. Dahi
Azərbaycan şairi Nəsiminin sözlərinə
7 romans bəstələmişdir. A.Rzayeva
ictimai işlərdə də fəal çalışmışdır. O,
6-cı çağırış Azərbaycan SSR Ali Sove-
tinin deputatı olmuşdur.
40 ildən çox yaradıcılıq illərində,
onun gərgin əməyi hökumətimiz
tərəfindən dəfələrlə orden və medal-
lara, fəxri fərman və təşəkkürlərə la-
yiq görülmüşdür. O, iki dəfə Qırmızı
Əmək Bayrağı ordeni ilə təltif edil-
mişdir.
A.Rzayeva 1975-ci il iyul ayının
4-də Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Rzayeva Ağabacı [Mətn] //
Azərbaycan Qadın Ensik-
lopediyası.- Bakı, 2002.-
S.339.
Xəlilzadə, F. Azərbaycanın
ilk qadın bəstəkarı [Mətn]
/F.Xəlilzadə // Azərbaycan.-
2002.- 15 dekabr.- S.5.
Qəlblərdə qaldı [Mətn] //
Azərbaycan. - 2001.- 26
yanvar.- S.6.
15
Bəstəkar
264
Musiqi. Opera. Balet
65
illiyi
FƏRHAD BƏDƏLBƏYLİ
1947
DEKABR
Fərhad Şəmsi oğlu Bədəlbəyli
1947-ci il dekabr ayının 27-də Bakı
şəhərində görkəmli incəsənət xadimi,
Azərbaycanın və SSRİ-nin Xalq artisti
Şəmsi Bədəlbəylinin ailəsində dünyaya
gəlmişdir.
Fərhad Bədəlbəyli 1965-69-cu illərdə
Azərbaycan Dövlət Konservatoriya-
sının fortepiano ixtisasını bitirmişdir.
1969-71-ci illərdə isə P. Çaykovski adı-
na Moskva Dövlət Konservatoriyasının
aspiranturasında həmyerlimiz professor
B. Davidoviçin sinfində təhsilini davam
etdirmişdir. Fərhad Bədəlbəylinin adı B.
Smetana adına (Çexoslovakiya, 1967,
III mükafat və Smetana əsərinin ən yaxşı
ifaçısı mükafatı) və Viana da Mota adına
(Portuqaliya, 1968, I mükafat) beynəlxalq
müsabiqələrdəki uğurlu çıxışlarından
sonra məşhurlaşmışdır. F. Bədəlbəyli fəal
konsert yaradıcılığı ilə də məşğul olmuş-
dur. Ölkəmizi dünyanın bir çox ölkəsində
təmsil edən Fərhad Bədəlbəylinin qastrol
səfərləri bir çox ölkələri əhatə edir. Bunlar-
dan – Bolqarıstan, Almaniya, Yunanıstan,
Danimarka, İsrail, İtaliya, Kuba, Norveç,
Portuqaliya, Tunis, Türkiyə, Finlandiya,
Fransa, Çexoslovakiya, İsveçrə, Yuqoslo-
viya, Yaponiya və b. göstərmək olar.
Fərhad Bədəlbəyli beynəlxalq musiqi
laureatı olmuş ilk azərbaycanlı pianoçu-
dur. Onun fəaliyyətinin bir qolu da musiqi-
təşkilatçılıq və maarifçilik işi ilə bağlıdır.
1986-89-cu illərdə o, Azərbaycan Musiqi
Cəmiyyətinin idarə heyəti sədrinin birinci
müavini olmuşdur. Odur ki, 1989-cı ildə
F. Bədəlbəyli tərəfindən Musiqi Xadimləri
Cəmiyyəti yaradıldı. 1987-1996-cı illər
arasında isə o, elə özü tərəfindən yaradı-
lan Bakı İncəsənət Mərkəzinə rəhbərlik
etmişdir.
F. Bədəlbəyli 1972-ci ildə Azərbaycan
SSRİ-nin Əməkdar artisti, 1978-ci ildə
Azərbaycanın Xalq artisti, 1990-cı ildə
SSRİ-nin Xalq artisti, 1995-ci ildən
“Mədəniyyət dostları” fondunun üzvüdür.
Professor F. Bədəlbəyli 1991-ci ildən Üze-
yir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasın rektorudur.
Ə d ə b i y y a t
Bədəlbəyli, F. Mən nikbinəm və respublikamızın xoş gələcəyinə inanıram [Mətn]
: [Bakı Musiqi Akademiyasının rektoru, professor ilə müsahibə] / Fərhad
Bədəlbəyli; müsah. apardı Zümrüd Bayramova // Səs.- 1995.- 9 mart.
Бадалбейли, Ф. Музыка – это культура: в академии должны учиться люди,
знающие не только спецпредметы [Текст] : [интервю Нар. арт. СССР,
ректора Бакин. Муз. Академии, пианиста] /Фархад Бадалбейли //Каспий.-
2008.- 30 апреля.- С.8.
Бадaлбейли, Ф. “Я всегда выступаю на концертах с маленьким Кораном,
который подарил мне великий маэстро Ниязи [Текст] Бадaлбейли, Ф//Эхо.-
2008.- 26 апреля.- С.23.
Сеидов, Т. Поет фортепиано [Текст]: творческий портрет Ф.Баделбейли:
[о Народном артисте СССР и Азербайджана, ректоре Бак. Муз. Академии
Ф. Баделбейли] /Тарлан Сеидов //Каспии.- 2007.- 1 декабря.- С.6-7.
27
Pianoçu
Dostları ilə paylaş: |