260
Fəlsəfə.İqtisadiyyat.Hüquq
105
illiyi
HƏSƏN ƏLİYEV
1907-1993
DEKABR
Həsən Əlirza oğlu Əliyev 1907-ci il
dekabr ayının 15-də Qərbi Azərbaycanın
Zəngəzur qəzasının Comərdli kəndində
anadan olmuşdur.
Həsən Əliyev 1924-30-cu illərdə Nax-
çıvan şəhərində axşam məktəbində oxu-
muş, 1930-32-ci illərdə isə Azərbaycan
Kənd Təsərrüfatı İnstitutunun tələbəsi
olmuşdur. Sonra isə Azərbaycan Elmi-
Tədqiqat Pambıqçılıq İnstitutunun aspi-
ranturasında təhsil almışdır.
Görkəmli alim 1941-43-cü illərdə Bö-
yük Vətən müharibəsində iştirak etmiş-
dir. 1944-cü ildə böyük müvəffəqiyyətlə
namizədlik dissertasiyasını müdafiə et-
miş, 1944-49-cu illərdə AMEA-nın Tor-
paqşünaslıq və Aqrarkimya İnstitutu-
nun Elmi hissə üzrə direktor müavini və
Azərbaycan Pedaqoji İnstitutunda baş
müəllim işləmişdir.
Həsən Əliyev 1949-52-ci illərdə
AMEA-nın Botanika İnstitutunun direk-
toru vəzifəsində çalışmışdır. 1952-ci ildə
Azərbaycan SSR Kənd Təsərrüfatı naziri-
nin birinci müavini olmuşdur. O, 1952-ci
ildən EA-nın akademikidir.
Böyük alim 1965-ci ildə kənd təsər-
rüfatı elmləri doktoru alimlik dərəcəsi
almaq üçün “Böyük Qafqazın torpaqları
və ondan səmərəli istifadə yolları” möv-
zusunda doktorluq dissertasiyası müdafiə
etmişdir. 1968-ci ildən ömrünün sonuna
kimi AMEA-nın Coğrafiya İnstitutunun
direktoru vəzifəsində çalışmışdır.
Həsən Əliyevin əsas tədqiqatı meşə
torpaqlarının coğrafiyasına, respublika
torpaq xəritəsinin və Azərbaycan SSR-də
Beynəlxalq Bioloji proqramın hazırlan-
masına, ətraf mühitin qorunmasına, torpaq
və su ehtiyatlarından səmərəli istifadəyə
həsr edilmişdir. Həsən Əliyev EA-nın
Nəbatat İnstitutuna rəhbərlik edən zaman
8 cildlik “Azərbaycan florası” kitabının
hazırlanmasına və çapına hərtərəfli qayğı
göstərmiş, böyük əmək sərf etmişdir.
Həsən Əliyev bununla yanaşı 1975-ci
ildən “Azərbaycan təbiəti” məcmuəsinin
baş redaktoru, Azərbaycan SSR Təbiəti
Mühafizə Cəmiyyətinin sədri, Azərbaycan
SSR Coğrafiya Cəmiyyətinin prezidenti
olmuşdur. Dəfələrlə Polşa, ABŞ, İsveçrə,
Yunanıstan və s. ölkələrdə keçirilən
Beynəlxalq Konqreslərdə elmi məruzələr
etmişdir.
Respublikada yüksək ixtisaslı kadr-
ların hazırlanmasında H. Əliyevin bö-
yük xidmətləri olmuşdur. Görkəmli alim
1977-ci ildə Azərbaycanın Əməkdar elm
xadimi adına, 1978-ci ildə isə Dövlət Mü-
kafatına layiq görülmüşdür. Həsən Əliyev
10-cu çağırış Azərbaycan SSR Ali Soveti-
nin deputatı olmuşdur. Alim dəfələrlə or-
den və medallarla təltif olunmuşdur.
O, 1994-cü ilin fevral ayında Dövlət
Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət
Komitəsinin mükafatına layiq görülmüş-
dür. Akademik Həsən Əliyev 1993-cü il
fevral ayının 2-də Bakı şəhərində vəfat
etmiş Fəxri xiyabanda dəfn edilmişdir.
Həmin il Azərbaycan Respublikası-
nın Nazirlər Kabineti alimin xatirəsinin
əbədiləşdirilməsi haqqında qərar ver-
mişdir. Bakı şəhərindəki küçələrdən biri
Həsən Əliyevin adını daşıyır.
Ə d ə b i y y a t
Təbiətin keşiyində [Mətn] /
Həsən Əliyev.- Bakı : Maa-
rif, 1993.- 309 s.
Təbiətin yaşıl libası [Mətn]
/Həsən Əliyev.- Bakı :
Gənclik, 1988.- 180 s.
Budaqov, B. Çay kimi
çağlayan ömür [Mətn]:
[Akademik Həsən Əliyev
haqqında].- Bakı : “İsmayıl
NPM”, 2002.- 119 s.
Elin oğlu [Mətn]: [Akade-
mik Həsən Əliyev haqqında
xatirələr].- Bakı: “İsmayıl
NPM”, 2002.- 135 s.
Həsən Əlirza oğlu Əliyev
[Mətn] : biblioqrafiya.-
Bakı: “İsmayıl NPM”,
2002.- 127 s.
Почвы Большого Кавказа
[Текст] /Гасан Алиев.-
Баку, 1994.- 308 с.
Тревожный сигнал
[Текст] /Гасан Алиев.-
Баку: Азернешр, 1983.- 164
с.
15
Akademik
261
Mühəndis işi. Texnika
85
illiyi
SARVAN SALMANOV
1927
DEKABR
Sarvan Qarakişi oğlu Salmanov
1927-ci il dekabr ayının 21-də İsma-
yıllı rayonunun Zoğallıq kəndində ana-
dan olmuşdur. Ailədə dörd uşaq olub-
lar. Körpəlikdən çətinliklər içərisində
böyüyən Sarvan Salmanov 8 yaşında
olarkən atasını itirir. Dul qalan anası
dörd uşağı böyük çətinliklərlə ərsəyə
çatdırır. Artıq Sarvanın 18 yaşı ta-
mam olurdu. Bu zaman ikinci dün-
ya müharibəsi yenicə qurtarmışdı.
Ölkədə quruculuq işləri başlanmışdı.
Elə Azərbaycanda da sənayeni, kənd
təsərrüfatını inkişaf etdirmək lazım idi.
Bununla əlaqədar SSRİ Nazirlər Sove-
tinin qərarı ilə Kür çayının üstündə su
elektrik stansiyası tikilməli idi. SES
– Kür çayının Boz dağı ikiyə ayırdığı
sahədə – Mingəçevir boğazı deyilən
yerdə qurulmalı idi. Həmən stansiyanın
tikilib qurtarmasından sonra eni 618
km, uzunluğu 80 km olan 16 milyard
kub metr su tutumlu böyük Mingəçevir
dənizi yaradılmalı idi. Dənizin qar-
şısında 93 metr hündürlüyündə bənd
tikmək nəzərdə tutulurdu. Bunlarla
əlaqədar olaraq komsomol təşkilatının
Mərkəzi Komitəsi qərar çıxardı ki,
bu tikintidə komsomolçular da iştirak
etsinlər. 1945-ci il avqustun 1-də kom-
somolçuların çağırışı ilə Azərbaycanın
komsomolçu gəncləri Mingəçevir
tikintisinə gəlməyə başladılar. S. Sal-
manov da komsomolun üzvü idi. O,
İsmayıllı rayonundan 25 nəfər gənclə
birlikdə tikintidə işləməyə gəldi. Bur-
da bir neçə gün saman qatılmış tor-
paqdan kərpic kəsməklə məşğul olan
S. Salmanov briqadanı atıb dülgərliklə
məşğul olmağa başlayır. Qısa müddət
ərzində bu sənətdə də irəliləyir. Əmək
fəaliyyətinə 1945-ci ildə Mingəçevir
SES-da başlamış və burada müxtəlif
vəzifələrdə çalışmışdır.
İnşaatçı, Sosialist Əməyi Qəhrə-
manı (1971), SİKP-nın üzvü (1951),
SSRİ-nin və Azərbaycanın fəxri ener-
getikidir. SİKP-nın 24-cü qurultayı-
nın numayəndəsi olaraq 2 dəfə Lenin
ordeni və medallarla təltif edilmişdir.
Azərbaycanın Xalq şairi Səməd Vur-
ğunun “Muğan” poemasında Sarvan
Salmanovun obrazı yaradılmışdır.
Ə d ə b i y y a t
Sarvan Salmanov //
Azərbaycan Sovet Ensiklo-
pediyası [Mətn]: 10 cilddə.-
Bakı.- 1984.- VIII cild.- S.
274.
İ n t e r n e t d ə
http://mingechevir-ih.gov.az
http://bizimasr.media-az.com
21
Energetik