gilis diplomatiyasının mövqeyinə görə, türklərin Güney Azərbaycanda bu
və ya başqa strateji uğuru Rusiyanın Qafqazdakı qələbələrini heçə
endirirdi'"^
Rus diplomatiyası Petroqraddakı ingilis səfirinin ya orduları geri
çağırmaq, ya da Güney Azərbaycana əlavə qüvvələr göndərmək
tövsiyəsindən ikincini qəbul etdi. Sazonov Təbrizin tutulmasım istədi.
Vorontsov-Daşkov 1915-ci il 21/8 yanvar tarixli 23 №li təcili teleqramında
Sazonova
Təbrizin
yenidən
tutulmasının
və
sərhədlərin
möhkəmləndirilməsinin çətinlik törətmədiyini bildirdi. O, Təbrizi tutmağa
icazə istəyərək bunu siyasi cəhətdən üstünlük hesab etdi. Bununla Türklərin
Qafqaza hücumunun qarşısının alınacağını söylədi'"’.
Korostoveç 1915-ci il 21/8 yanvar tarixli 2№li teleqramında Sazonova
yazırdı ki, İran hakimiyyəti və Təbriz əhalisi türk ordusuna rəğbətlə yanaşır.
Asim bəy isə Rusiya bütün İran ərazisini boşaltdığını rəsmi şəkildə elan
edən kimi türk ordusunun geri çağırılacağını bildir-
di'"r
\
Klemm paytaxtda Qafqaz canişininin yanında sərhəd əlaqələri Üzrə
məmur vəzifəsini icra edənə gencraİ Mışlayevskinin göndərdiyi
1915-
ci il 22/9 yanvar tarixli 29 №li teleqramına əsasən (teleqramda
bildirilirdi ki, 22/9 yanvarda rusların Təbrizi tutmaqdan ötrü müdaxiləsi və
Ərdəbil dəstəsinə Ərdəbilə qayıtmaq barədə əmr verilmişdir. 30/17
yanvarda Təbriz rus orduları tərəfindən tutulmuşdur) söylədi ki, orduların
ardınca Təbrizdəki baş konsul A. A. Orlovun
Təbrizə doğru hərəkət etməsi
arzuediləndir. Klemm bu teleqramında Təbrizdəki alman konsulunu ələ
keçirtməyə tələsməyi zəruri hesab etdi. Klcmmə görə, Savucbulaqdakı rus
konsulu A. İ. İyasın öldürülməsi haqqında məlumat təsdiq olunardısa,
günahkarları cəzalandırmaq lazım idi'"^ Sarıqamış döyüşündən sonra ruslar
Qafqaz cəbhəsindən ayırdıqları ordu hissələrini Güney Azərbaycana
gətirdilər və beləliklə də, Türkiyənin burada qazandığı uğurlar nəticəsiz
qaldı. Az sonra Osmanlı əraziləri Güney Azərbaycandan Şərqi Anadoluya
keçən nıslar tərəfindən istilaya uğradı. Türk tarixçisi Yusuf Hikmet Bayur
ruslar tərəfindən Təbriz və Səlmasm işğal edilməsinin 1915-ci il 12
yanvarda baş verdiyini yazır. Qeyd etmək lazımdır ki. Güney Azərbaycanda
döyüşlər daha çox qeyri-nizami xarakter daşıyırdı'"".
Türk ordusu çıxdıqdan sonra 1915-ci il yanvarın 19-20-də rus orduları
Təbrizə girdilər'"’. Alman konsulu Litten əvvəlcə ABŞ konsulu Hordon
Paddonun himayəsinə sığındı.
Sonra isə türk konsulu Rahib
144'
bəylə birgə Marağaya getdi. Azərbaycanın general-qubernatoru Sərdar
Rəşidin dediyinə görə, Təbrizdəki türk konsulu üzərində ABŞ konsulunun
böyük təsiri var idi'"*. Kürdlər Rusiyanın Təbrizdəki konsulluğunun
binasını və Təbriz yaxınlığında Nəhmədabaddakı konsulunun bağ evini
yandırdılar. Şah hökuməti isə “Təbriz yaxınlığında Nəh- mədabadda
konsulluğun binasının türklər tərəfindən dağıdılması ilə əlaqədar
təəssüfləndiyini bildirdi”'“*.
Savucbulaqdakı rus konsulu, polkovnik A. İ. İyas kürdlər tərəfindən
Sofian yaxınlığında öldürüldü. Rusiya dövri mətbuatı onun öldürülməsi
xəbərini təsdiqlədi"". Konsulun yazışmalan və möhürü ələ keçirild.
Savucbulaqdakı türk ordusunun rəhbəri, baş qərargahın zabiti Həl- mi,
onun mülki işlər üzrə köməkçisi isə Tehrandakı səfirliyin katibi Muxtar bəy
idi'". Rus komandanlığının məlumatına görə,
alman konsulu Littenin Həlmi
bəyə yazdığı məktub ələ keçirildi. O, amerika hökuməti adından türkləri
Təbriz üzərinə yenidən hücuma keçməyə və ruslan qovmağa çağırırdı"h
Mürəkkəb hərbi-siyasi vəziyətdə Litten Mosula, oradan da Almaniyaya
getdi. Azərbaycandakı alman agenti Şuman da Almaniyaya dönməli oldu"*.
Təbrizin ruslar tərəfindən yenidən işğal edilməsində ermənilər xüsusi
rol oynadılar. Bakıda yaşayan Şamaxı yepiskopu Karapet bildirirdi ki,
Təbrizdə 750-ədək erməni evi var idi. Ermənilər Qala və Lila- va
məhəllələrində yaşayırdılar. Hər məhəllənin öz kilsəsi və məktəbi var idi.
Ermənilər Təbrizdə əsasən, ticarətlə məşğul olurdular.
Marağada 150, Urmiyədə 60, Urmiyə ilə Marağa arasında 400, Mi-
andabda 15, Tağıabad yaxınlığında 80, Savucbulaqda 10, Sulduzda 140,
Bərəkdüz yaylasında 140, Salmat qəzasında - Güney Azərbaycan
ermənilərinin mərkəzində 2000, Aftvanda 400 erməni evi var idi"“.
“Areva” qəzeti yazırdı ki. Güney Azərbaycan vilayətinin bütün əhalisi 2
mln. nəfərdir. Onlann 35.000 nəfəri ermənidir. Qalanları türk, kürd, asyor və
farsdır. Ermənilər 1828 və 1829-cu illərdə Güney Azərbaycandan bö)dik
axınla Qafqaza keçmişdilər. Təbrizdə 150 erməni evi qalmışdır. Güney
Azərbaycandan qaçan ermənilərin sayı 23 minə çatmışdır"*. Ermənilər
Rusiyanın köməyi ilə Güney Azərbaycana da sahib olmağa çalışırdılar.
“Baku” qəzeti yazırdı ki, 1828-ci ildə rus ordusu Təbrizi “tutaraq”
Türkmənçay sülh müqaviləsi ilə onu farslara qaytardı"“.
Yanvarın 19-da general Çemozubov erməni kilsəsinə getdi. Sərdar
145