Rəyçilər: Süleyman Əliyarlı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə50/99
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#32531
1   ...   46   47   48   49   50   51   52   53   ...   99

Petroqraddakı İran səfiri İsaq xan S. D. Sazonovun qəbuluna gedərək öz 
hökumətinin  sevincini  ona  çatdırdı'”.  Lakin  rus  ordularının  Güney 
Azərbaycanda  törətdiyi  dağıntılar  və  burada  qalması  İran  hökumətinin 
kəskin  etirazına səbəb  oldu.  Şah  hökuməti  Güney  Azərbaycanda  aparılan 
hərbi  əməliyyatlar  zamanı  vurulan  ziyana  görə  Rusiyanı  təqsirləndirdi. 
Klemm 1915-ci il 21/8 yanvar tarixli 153 №li teleqramında Tehrandakı səfir 
Korostoveçə Azərbaycanda müharibənin törətdiyi bütün bədbəxtliklər üçün 
məsuliyyətin şah höküməti üzərinə düşdüyünü bildirdi'^*. 
İran  Xarici  İşlər  naziri  1915-ci  il  (22)  9  yanvar  tarixdə  İrandakı  rus 
səfirinə  nota  verərək,  ölkə  ərazisindən  Rusiya  ordularının  çıxarılmasını 
tələb etdi'“. Korostoveç bu notanı 28/15 yanvar tarixli 4№li teleqramla S. D. 
Sazonova  göndərdi'“.  Rusiya  diplomatiyası  isə  orduları  nəinki  çıxartmaq 
istəmirdi,  əksinə  Güney  Azərbaycana  yeni  ordu  hissələri  göndərməyə 
çalışırdı.  Petroqraddan  alınan  göstərişə  uyğun  olaraq,  Korostoveç  İran 
Xarici İşlər nazirinə cavab notası verərək bildirdi ki, rus ordulan bu ərazidə 
hərbi  hakimiyyətin  strateji  mülahizələrinə  əsasən  yerləşdirilmişdir. 
Orduların sayının artıniması baş verə biləcək hər hansı hadisənin qarşısını 
almaq məqsədi güdür'”. Təbrizin işğalından sonra Tehrandakı nümayəndə 
Korostoveçin  müavini  vəzifəsinə  əvvəllər  Londonda  səfirliyin  müşaviri 
işləmiş İran işlərini bilən N. S. Etter təyin edildi'”. İngilis Kralı onu ikinci 
dərəcəli Viktoriya ordeni ilə təltif etmişdi'”. 
Güney  Azərbaycanın  rus  qüvvələrinin  əlinə  keçməsi  Rusiya  Dövlət 
Dumasının  1915-ci  il  9  fevral  tarixli  iclasında  səsləndi.  Bildirildi  ki,  bu 
hərbi vəziyyətdir. Siyasi vəziyyət isə belədir: 1914-cü il 9 noyabrda ingilis 
Xarici  İşlər  naziri  Qrey  və  13  noyabrda  isə  İngiltərə  kralı  İstanbul  və 
boğazlar işinin rus istəklərinə uyğun həll ediləcəyini bildirdi. Dumada baş 
nazir  Qoremıkin  1915-ci  il  fevralın  5-da  üç  ölkənin  maliyyə  nazirlərinin 
Parisdə toplaşaraq qələbəyədək maliyyə imkanlarını birləşdirmək qəranna 
gəldiklərini söylədi'“. 
S. D. Sazonov 1915-ci ilin fevralında Dövlət Dumasında çıxış edərək 
İranla  münasibətlərə  də  toxundu.  Bildirdi  ki,  bəzi  anlaşılmazlıqlara  və 
maraqların toqquşduğu  mürəkkəbliklərə  və türk  hücumundan  öz  ərazisini 
qorumaq  iqtidarında  olmadığından  doğan  çətinliklərə  baxmayaraq  İranla 
münasibətlərimiz tamamilə qaneedicidir'”. 
İranın  etirazlanna  baxmayaraq  rus  diplomatiyası  vəliəhdin  Təbrizə 
gəlməsini arzuolunmaz hesab edirdi. Vəliəhdin Təbrizə gəlməsi Gü 
147 


ney  Azerbaycanda  rusların  mövqelərinin  zəiflomosinə  gəlirib 
çıxaracağından, rus diplomatiyası vəliəhdin Təbrizə ya gəlməməsinə, ya da 
gələrdisə onun nəzarətində olmasına çalışırdı. Təbrizin işğalından bir neçə 
gün sonra Korostoveç Tehranda vəliəhdlə görüşdü. Görüş barədə hesabat 
verən  Korostoveç  1915-ci  i!  27/14  yanvar  tarixli  24  №li  teleqramında 
Sazonova bildirdi ki, vəliəhd antirus təbliğatını rədd edəcək və Rusiya ilə 
yaxşı münasibətlər saxlayacaqdır. Korostoveç vəliəhdə jandarmaların deyil, 
rus  kazaklarının  müşayiəti  ilə  Təbrizə  daxil  olmağı  tövsiyə  etdi.  Lakin 
vəliəhd buna etiraz edərək qərarın hökumət tərəfindən qəbul olunduğunu 
söylədi'”'. 
Rus hakimiyyət orqanları vəliəhdi müşayiət etməkdən ötrü Zəngəzurla 
sərhəd yerlərdə atlı dəstə də hazırlatdı. Rusiyanın İranla sərhəd komissarı 
1915-ci  il  6  may  tarixli  240  №li  məxfi  məktubunda  belə  bir  dəstənin 
hazırlandığı barədə məlumat verdi'”. 
Vorontsov-Daşkov  1915-ci  il  7  fcvral/25  yanvar  tarixli  273  №li 
teleqramı  ilə  Sazonova  bildirdi  ki,  Sərdar  Rəşidin  və  onun  əlaltılannın 
Azərbaycanda inzibati vəzifələrdə olması İran hakimiyyətinin ordularımıza 
itaət etməsinə, düşmən haqqında məlumatlar toplamasına, poçt və teleqrafa 
nəzarət  etməsinə  şərait  yaradır.  Lakin  vəliəhd  gələrsə,  o,  tərəfdarlarımızı 
dəyişdirərək  yuxarıda  göstərilən  imkanlardan  bizi  məhrum  edəcəkdir. 
Vorontsov-Daşkov vəliəhdin ətrafında türk və alman agentlərinin olduğunu 
da  yazdı.  O,  vəliəhdin  Təbrizə  gəlməsini  yubatmağı  və  bunu  vəliəhdin 
həyatı üçün təhlükə olması ilə əlaqələndirməyi tövsiyə etdi'-'". 
1915-ci  il  11  fevral/29  yanvar  tarixli-541  №li  cavab  teleqramında 
Sazonov  Vorontsov-Daşkovla  razılaşdığını,  lakin  bu  məsələdə  qərarı 
dəyişmək  üçün  şah  hökumətinə  güclü  təzyiq  edilməsinin  arzuolunmaz 
olduğunu  bildirdi.  Eyni  zamanda  vəliəhdin  ətrafında  Rusiyapərəst 
adamların  yerləşdirilməsinin  zəruriliyini  söylədi.  Sazonova  görə,  Rusiya 
əleyhinə  olan  şəxslər  geri  çağırıla  bilərdi  və  bununla,  İran  hökumətinin 
Azərbaycanın işlərinə qarışması imkanı xeyli zəifləyərdi'-'"’. 
Rus  diplomatiyası  Təbrizdəki  baş  konsul  Orlova  vəliəhdlə  və 
ətrafındakı adamlarla dost və ehtibarlı münasibət qurmağı tapşırdı'''". 
Korostoveç 1915-ci il 11 fevral/29 yanvar tarixli 181 №li teleqramı ilə 
Sazonova bildirdi ki, vəliəhdin Təbrizə gəlməsi Azərbaycanda işlərə mane 
olmur, əksinə Tehran hökumətinə təsirimizi artıra bilər. Vəliəhdlə birlikdə 
Təbrizə  pişkar  olan,  əvvəllər  Azərbaycanın  general-qubernatoru  işləmiş 
Nizam-ül-Mülk də gəlməli idi'"'. 
148 


Rus  diplomatiyası  Azərbaycanın  Tehrandan  asılılığını  zəiflətməkdən 
ötrü vəliəhdi öz tərəfinə çəkməyi zəruri hesab edirdi. Ruslar Təbrizi Tehrana 
qarşı başqa bir mərkəz kimi yaratmaq və hökumətə təzyiq vasitəsi istifadə 
etmək istəyirdilər. Lakin rus diplomatiyası yanılırdı. Korostoveç 1915-ei il 
18/5 fevral tarixli 11 №li teleqramında Sazonova bunları yazaraq əlavə etdi 
ki,  vəliəhd  Azərbayeanın  mərkəzi  hökümətdən  asılılığını  daha  da 
güeləndirəcəkdir.  Çünki  vəliəhd  Tehranda  Korostoveçlə  söhbətində 
Azərbaycandakı  rus  konsullarının  həddən  artıq  sərbəst  siyasət 
yeritmələrinin əleyhinə çıxaraq, buna son qoymağın arzuolunmaz olduğunu 
bildirdi'''^  Belə  olduqda  rus  diplomatiyası  başqa  üsullara  əl  atdı.  Klemm 
Təbrizdəki rus baş konsulluğunun işlər müdiri Belyayevə 9 mart/24 fevral 
tarixli  1041  №li  teleqram  göndərərək  Təbrizdə  başlıca  məqsədin  vəliəhd 
üzərində  təsir  qazanmaq  olduğunu  yazdı.  Bununla,  mərkəzi  fars 
hökumətinin Azərbaycan işlərinə qarışacağım zəiflətmək düşünülürdü. Eyni 
zamanda,  vəliəhdlə  dost  münasibətlərin  qurulmasının  Azərbaycanda 
Rusiyanın ənənəvi hakim rol oynamaq istəyindən imtina edilməsinin demək 
olmadığı da göstərildi’''^ 
Sazonov 14/1 mart tarixli 1145 №li teleqramı ilə Vorontsov- Daşkova 
bildirdi ki, vəliəhdin gəlməsinin qarşısının alınması üçün İran hökumətinə 
təzyiq etmək arzuolunan deyildir və bu, Rusiyaya qarşı hiddət yaradar. O, 
yalnız  Güney  Azərbayeanda  antirus  əhval-  ruhiyyəsi  təbliğatının 
aparılmasının qarşısını almağı məsləhət gördü'“'^. 
Rusiyanın törətdiyi bütün maneələrə baxmayaraq 1915-ci il martın 6-da 
vəliəhd  Güney  Azərbaycanın  paytaxtı  Təbrizə  daxil  oldu.  “Orizon” 
qəzetinin məlumatına görə, vəliəhd Təbrizə gəldikdən sonra vəziyyət xeyli 
dəyişdi.  Yenə  həmin  qəzet  yazırdı  ki.  Rəştə  yeni  türk  konsulu  gəldikdən 
sonra  alman-türk  təbliğatı  güclənib,  konsul  bu  sahədə  xeyli  iş  görür,  o, 
köçəri  tayfalara  silah  paylayır.  Ermənilərin  silahlanması  və  bombalar 
hazırlaması  haqqında  şayiələr  yayılır.  Qəzet  etiraf  edirdi  ki,  ermənilər 
müsəlman əhaliyə qarşı törətdikləri qətliam hərəkətlərindən qorxurlar’'*^. 
Alman və türk diplomatiyaları isə Güney Azərbayeanda Rusiyanın və 
İngiltərənin əleyhinə hərəkatın güclənməsinə çalışırdılar’'“. 
1901-1909-cu  illərdə  Vladiqafqazda  İranın  vitse-konsulu,  sonralar  isə 
Bakıda konsulu işləmiş Davud xan “Baku” qəzetinə verdiyi müsahibəsində 
göstərirdi ki, Türkiyə Rusiyaya müharibə elan edən 
149 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə