dəbilə gedərək məlumatı yoxladı və onun yalan olduğunu bildirdi. Ər-
dəbildəki rus vitse-konsulu da 9 iyul tarixli 1979 №li məxfi məktubunda VI
sərhəd dairəsinin rəisinin Ərdəbilə gələrək yerində yoxlama apardığım və
Lənkəran qəza rəisinin verdiyi məlumatın səhv olduğunu göstərdi. Eyni
zamanda vitse-konsul Lənkəran qəza rəisinin qəsdən kimlərisə, ola bilsin,
İran millətçi demokratları ilə əlaqədə olan şəxsləri qaralamaq istədiyini də
yazdı”^
İran hökumətinin Güney Azərbaycandan rus ordularının çıxarılmasının
tələb etməsi Rusiya xüsusi xidmət orqanlarının türkçülərin təqib
olunmasını daha da şiddətləndirmələrinə gətirib çıxartdı. 1915-ci il iyunun
əvvəllərində İran hökuməti Rusiya və İngiltərə səfirliklərinə nota verərək
rus əsgərlərinin Güney Azərbaycanı boşaltmalarını, rus məmurlarının və
konsullarının İranın maliyyə işlərinə qarışmamasmı və İran uyruqlu
şəxsləri himayə etməməsini tələb etsə də bunun bir nəticəsi olmadı'”.
Eynüd Dövlənin tədbirləri İranda nisbətən irəliləyiş yaratsa da Məclis
onun hökumətinə səlahiyyət vermədi və iyunun 21-də bu kabinet də
istefaya getdi. Kabinet yaratmaq Müstaf ül Mamələkə tapşırıldı'”.
Məclisdəki mötədillər və demokratlar İngiltərə, Rusiya və Fransa əleyhinə
olan bu şəxsin namizədliyini təklif etdilər. Mustaf ül Mamələk alman və
türk meyilli olunduğundan Almaniya və Türkiyə nümayəndələri də onu
müdafiə edirdilər. Bundan sonra rus hakimiyyət orqanları Güney
Azərbaycandakı vəziyyəti daha diqqətlə izləməyə başladı. Müxtəlif
kanallardan alınan məlumatlar Güney Azərbaycanda əhalinin Rusiyaya
nifrət etdiyini və ona qarşı çıxışlara hazır olduğunu göstərirdi. Lənkəran
qəza rəisi 1915-ci il 1 avqust tarixli tam məxfi raportunda Bakı
qubernatoruna yazırdı ki, köməkçisi Poxolen- ko yerli müəllim Teymur bəy
Bayraməlibəyovdan Ərdəbildəki ruslara qarşı qarışıqlıq olacağı barədə
məlumat almışdır. Teymur bəy bu barədə Ərdəbildəki qohumundan aldığı
məktubu hətta ona göstərmişdir'”
Səpiddağ sahə pristavı 1915-ci il 13 avqust tarixli 5663 №li məxfi
raportunda Lənkəran qəza rəisinə yazırdı: “29-cu Bakı sərhəd briqadası 1-ci
dəstəsinin komandirinin 1915-ci il 3 avqust tarixli 492 №li məlumatını alan
kimi mən Səpiddağ sahəsinin bütün ərazisini gəzdim və Perembel, İnçak,
Qarayar, Bolqar və Arus camaatının ağsaqqalları, həmçinin sərhəd
kəndlərinin daha nüfuzlu adamları ilə görüşdüm və müəyyənləşdirdim ki,
sərhədyanı kəndlərin
əhalisinin iranda çoxlu
156
lunan hesab edir. 1915-ci ilin oktyabrında İngiltərənin Xarici İşlər naziri E.
Qrey S. D. Sazonova məktub yazaraq Güney Azərbaycanda rus
qüvvələrinin sayının artırılmasını xahiş etdi. Bu təklifdə məqsəd Me-
sopotamiyadakı ingilis qüvvələrinin mövqeyini yaxşılaşdırmaq idi. Az
sonra Sazonov eyni məzmunlu məktubla baş qərargah rəisinə müraciət
etdi'”.
Bundan sonra 1915-ci ilin payızında ruslar Güney Azərbaycana əlavə
ordu hissələri topladılar. Almanların və türklərin İranda fəaliyyətinin
qarşısını almaq üçün Rusiya və İngiltərə qəti hərəkətə keçdilər. Ruslar
Rəştdə türk konsulunun müavinini həbs edərək Rusiyaya göndərdilər.
Oktyabrın sonunda rus orduları Ənzəlini və Qəzvini işğal etdikdən sonra
Tehran üçün təhlükə xeyli artdı. Qafqaz cəbhəsi komandanlığı general
Baratov başda olmaqla süvari ekspedisiya korpusu yaradaraq 1915-ci il
oktyabrın 30-da Xəzər dənizinin cənub sahilində Ənzəli limanına çıxartdı.
Bu korpusun tərkibində 3 batalyon, 39 yüzlük və 20 top var idi"*".
Beləliklə, artıq noyabr ayında general Barato- vun komandanlığı altında
rusların Ənzəlidə 4 min əsgəri var idi'“'. . Bundan sonra Tehrandakı
Almaniya və Avstriya-Macarıstan missiyası paytaxtdan çıxaraq Qumda
yerləşdi. İranın Rusiya və İngiltərənin təsiri altına düşməsi daha da
gücləndi. Qeyd etmək lazımdır ki. Güney Azərbaycanda Rusiyanın təsirinin
artırılmasında ermənilərin təbliğatı xüsusi rol oynadı. Onlar bildirirdilər ki,
Azərbaycanda-Təbrizdə sakitliyin başlıca təminatçısı burada rus ordu
hissələrinin olmasıdır. Bununla belə, ermənilər 1915-ci ilin payızı üçün
Güney Azərbaycandakı Nineş, Sandərya, Çaru, Asıran və Qaragüney
kəndlərindən köçərək Quzey Azərbaycanda - Şuşada yerləşdilər. Şuşada
yaşayan ermənilərin əksəriyyəti bu kəndlərdən köçənlər idi'“^
Rusiya və İngiltərənin təzyiqlərinə baxmayaraq İran hökuməti
ərazisindən xarici orduların çıxarılmasını zəif şəkildə də olsa tələb edirdi.
1915-ci ilin dekabrın 23-də İran-İngiltərə-Rusiya görüşmələri keçirildi.
İranın bu görüşlərdə istəkləri aşağıdakılardan ibarət idi. İngiltərə, Rusiya,
Fransa və İtaliya İranın ərazi bütövlüyünü tanısınlar; 1907-ci ilin ingilis-rus
müqaviləsi ləğv edilsin; İngiltərəyə və Rusiyaya olan borclar ödənilməsin;
İrana yeni borclar verilsin; İranla bağlı bütün əvvəlki öhdəliklər yenidən
nəzərdən keçirilsin; ölkənin müdafiəsi üçün İran ordusuna silah və sursat
verilsin.
İngiltərə və Rusiya bu şərtlərin çoxunu qəbul etmək üçün İran
hökumətindən Osmanlı imperatorluğuna müharibə
elan etməyi tələb et
158