Rus diplomatiyası Güney Azərbaycanda öz siyasətini maneəsiz həyata
keçirmək üçün Təbrizə gələn vəliəhdin ətrafına öz adamlarını yerləşdirmək
planını həyata keçirməyə başladı. Təbrizdəki baş konsulluq bu işdə xüsusi
rol oynadı. Baş konsulluğun işlər müdiri Belya- yev 1915-ci il 26/13 mart
tarixli 48 №li teleqramında Xarici İşlər Nazirliyinə yazırdı ki, Təbriz
şəhərinin polis rəisi rus polis təlimatçıları- nın göstərişinə uyğun olaraq
gözəl işləyir. Alman tərəfdarları və agentlərinin əvəzinə bizim adamları
yerləşdirmək haqqında Tehranda hazırlanmış plan həyata keçirilməyə
başlanmışdır'”.
Rusiya hökuməti, eyni zamanda, İrandan ərazisində aparılan türk-
alman təbliğatını da dayandırmağı tələb etdi. Bu baxımdan Korostove- çin
Sazonova yazdığı 1915-ci il 8 aprel/26 mart tarixli 24 №li teleqramı
diqqətəlayiqdir. Teleqramdan rus və ingilis diplomatiyalarının Türkiyəyə
qarşı tədbirlər görülməsi üçün daim İran hökumətinə təzyiqlər göstərdikləri
aydın olur'”. Lakin İran hökuməti ölkədə aparılan türk- alman təbliğatını
dayandırmağa və Türkiyəyə qarşı tədbirlər görməyə qadir deyildi. Bu
iqtidarsızlıq təkcə Tehran hökumətinin ölkədə qayda-qanun yarada
bilməməsi ilə bağlı deyildi. Bunun daha ciddi səbəbi var idi. Bu da İranda
yaşayan xalqların Türkiyəyə münasibətilə bağlı idi. Nəinki Güney
Azərbaycanda, hətta, bütün İranda əhali Türkiyəyə böyük rəğbət bəsləyirdi.
Türkiyəyə qarşı edilən hər hansı düşmənçilik hərəkəti İranda vəziyyəti daha
da ağırlaşdırardı.
Türk dəstələrinin Güney Azərbaycana yeni yürüşü
Türkiyə və Almaniya Təbrizin rus ordu hissələri tərəfindən işğal
edilməsi ilə barışa bilmədilər. 1915-ci ilin martında Türkiyə hökuməti yeni
hərbi tədbirlərə əl atdı. Ənvər paşanın əmisi Xəlil bəyin komandanlığı
altında “birinci qüvvə səfəri” adını daşıyan qüvvətli bir tümən hərbi nazirin
əmri ilə Mosuldan Güney Azərbaycana, Təbriz üzərinə jdirüş etdi. Xəlil
bəyin birliyinin məqsədi təkcə Təbrizi azad etmək deyildi. Birlik Təbriz
üzərindən Quzey Azərbaycana keçərək Bakını azad etməli, oradan da
Dağıstana doğru irəliləyib müsəlman əhalini ayağa qaldırmalı, rus
ordularına arxadan zərbə vuraraq Xəzər sahillərini Rusiya zülmündən azad
etməli idi. Ənvər paşa Mahmud Kamil paşanın ordularının Xəlil bəylə
birləşməsinə razı olmasa da, onun uzaq düşməməsi üçün Urmiyəni azad
etməsinə icazə verdi'*'.
Xəlil bəyin və Kamil paşanın hərbi əməliyyatlarına Güney
Azərbaycanda yaşayan çoxlu tayfalar, o cümlədən, şahsevən tayfası da kö
153
mək etdi. Bundan ovvol şahscvonlordon Tobrizin azad cdilmosindo istifadə
olunmuşdu. Xəlil bəy baş komandana yazırdı ki, əgər l'əbriz bizim əlimizdə
olarsa, ruslar əbədi olaraq İrana girə bilməyəcəklər və Şərqi Qafqam işğalı
mümkün olacaqdır"’’. Cavab olaraq Ənvər paşa mayın 8-9-da göndərdiyi
teleqramında yazırdı ki, şahsevənlorin başçısını qəbul edin, bizimlə
müştərək hərəkətlərin hazırlanması üçün ona 5 min lirəyə qədər qızıl pul
veriniz'“. Türk tarixçisi Yusufllikmet Ba- yur Ənvər paşanın bu teleqramını
onun gerçəkliyi görə bilməməsi və xəyallara qapılması kimi
qiymətləndirir'“. Lakin Xəlil bəyin dəstəsi Güney Azərbaycanda qarşıya
qoyulan vəzifəni yerinə yetirə bilmədi. Dəstənin hücumu Xoyda
dayandırıldı. Təbrizi azad etmək mümkün olmadı. Güney Azərbaycanda
türk hərbi hissələrinin bu uğursuzluğu Osmanlı imperatorluğunun Quzey
Azərbaycan planlarının reallaşmasını xeyli yubatdı. Bundan sonra
Osmanlının artıq heç bir hücumu Bakı üçün təhlükə yaratmadı'“.
Qeyd etmək lazımdır ki, 1915-ci ilin mayına qədər Tehran hökuməti
Osmanlı və Almaniya dövlətlərinə münasibətdə xeyli loyal idi. Lakin ruslar
Vanı işğal etdikdən və Xəlil bəyin birliyi Güney Azərbaycanda məğlub
olub geri çəkildikdən sonra Tehran hökumətinin tərkibində və mövqeyində
dəyişiklik baş verdi. Tehrandakı türk səfiri Asim bəy 1915-ci ilin mayında
İstanbula göndərdiyi teleqramında yazırdı ki. İran hökumətinin tərkibindəki
xarici işlər, maliyyə və təhsil nazirlərindən başqa yeni hökumət bizim
əleyhimizədir. Asim boy eyni zamanda İran hökumətinin ölkədəki
vəziyyətə nəzarət edə bilmədiyini də yazdı. Səfir bu vəziyyəti Van, Səlmas,
Urmiya və Savucbu- lağın ruslar tərəfindən işğal edilməsi ilə
əlaqələndirirdi'“.
Xəlil bəyin uğursuzluğu və rus ordularının yeni işğalları nəinki İran
hökumətinin mövqeyinə təsir etdi, eyni zamanda ermənilərin də dinc
müsəlman əhaliyə qarşı soyqırım törətmələrini davam etdirmələrini
güeləndirdi. Rus ordularının Vanı işğalı etməsi xəbərini Güney
Azərbaycanda yaşayan ermənilər rəğbətlə qarşıladılar. Mayın 8-də
Təbrizdəki rus konsulu yerli erməni kilsəsinə Vanın alınması xəbərini
verdi. Həmin gün kilsədə keçirilən tədbirdə rus və fransız konsulları da
iştirak etdilər. Oxunan duadan sonra konsullar erməni kilsəsi başçısının
iqamətgahma dəvət olundular. Qəhvə içdikdən sonra ermənilər rus
orkestrinin müşayiəti ilə Təbriz küçələrində “ura” qışqıraraq rus, ingilis və
fransız konsulluqlarının binaları qarşısından keçərək kilsənin yanındakı
bağda dayandılar. Burada konsullara və yüksək rütbə
154
li zabitlərə nahar yeməyi verildi. Güney Azərbaycandakı erməni kilsəsinin
başçısının müavini Manukyan rus konsulluğuna gedərək konsulu təbrik
etdi'". Ruslar Vanı işğal etdikdən sonra yepiskop Mesrop imperatora,
Qafqaz canişininə, Qafqaz ordusunun komandanı Yudeni- çə və general
Oqanovskiyə təbrik teleqramları göndərdi. Mesropa cavab teleqramında
general Yudeniç “tarixi düşmən üzərində qazanılan qələbədə dualar
etdiyinə görə”, ona təşəkkür etdi. General Oqanovs- ki isə “xristianlığın
tarixi düşməni üzərində qələbədə erməni dəstələrinin xüsusi rol oynadığını”
qeyd edərək təşəkkürünü bildirdi“". Ruslar Vanı işğal etdikdən sonra bir
sıra İran qəzetləri “Ermənilərin xəyanəti” başlıqlı çoxlu məqalələr dərc
etdilər'".
Xəlil bəyin tüməni Güney Azərbaycanda hərəkət edərkən Rusiya və
onun müttəfiqləri türk ordusunu guya xristian əhaliyə qarşı zorakılıq
törətməkdə təqsirləndirdilər. Tehrandakı amerikan missionerləri Osmanlı
imperatorluğunda və İranda yaşayan kürdlərin 800 nəfərə qədər xristian
öldürdüyü barədə xəbərlər yaydılar. Türk hökuməti isə rus ordusunun və
erməni dəstələrinin yerli müsəlman əhaliyə qarşı törətdiyi kütləvi soyqırım
barədə faktları gətirdi. Səfir Asim bəy öz teleqramında rus ordu hissələrinin
və erməni silahlı dəstələrinin minlərlə kürdü öldürdükləri barədə məlumat
verdi. Almaniya hökuməti isə Güney Azərbaycanda baş verən bu
hadisələrlə bağlı olmadığını bildirdi'’“.
Rusiyanın Güney Azərbaycanda türkçülərin
təqib olunmasını şiddətləndirməsi
Xəlil bəyin qüvvələrinin geri çəkilməsinə baxmayaraq Güney
Azərbaycanda Türkiyəyə rəğbət və türklərin nüfuzu xeyli üstün idi. Bunu
görən Rusiya hakimiyyət orqanları Güney Azərbaycanda türk- çülərə qarşı
nəzarəti gücləndirmək və onları təqib etməyi genişləndirmək barədə
göstərişlər verdi. Rusiya Güney Azərbaycanda əhalinin rus ordu hissələrinə
olan yüksək nifrətini bilərək əleyhinə üsyanlar qalxacağından qorxurdu. İlk
növbədə Güney Azərbaycanda Rusiya əleyhinə baş verə biləcək hər hansı
bir hadisə haqqında informasiya toplamaq işi gücləndirildi. Lənkəran qəza
rəisi 1915-ci il mayın 20-də 652 №li məxfi məktubunda Ərdəbildə ruslar
əleyhinə üsyan hazırlandığını bildirdi. Bu məlumatı Qafqaz hərbi dairəsi
1915-ci il 12 iyun tarixli 1332 №li məxfi məktubu ilə Qafqazda
canişinliyinə göndərdi'’'. Məsələ ilə bağlı olaraq VI sərhəd dairəsinin rəisi,
polkovnik Çıss Ər-
155
Dostları ilə paylaş: |