kimi türk və alman agentlori İranda işləməyə başladılar''*’. O vaxt rus
hökuməti alman və türk emissarlarının fəaliyyətini qadağan etmək barədə
İran hökumətinə xəbərdarlıq etdi. Rusiya bunun müqabilində müharibədə
Türkiyədən alacağı müqəddəs
şiə əraziləri olan Kərbəla,
Nəcəf və həmçinin
Bağdadı verəcəyini vəd etdi. Rusiya və İngiltərə İrana təyin edəcəkləri
konsulları yalnız Tehranla əvvəlcədən razılaşdıracaqlarını bildirdilər.
Bundan ötrü İranın tərəfsiz qalması və alman-türk təbliğatını kəsməsi tələb
olunurdu. İran hökuməti müttəfiqlərin təklifləri ilə razılaşdı və 1915-ci il
fevralın 10-da İran şahı hökumətin tərkibini təsdiq edərək məclisə verdi.
Kabinetin sədri Mustaf ül Mamələk, Xarici İşlər naziri Moavin üd Dövlə
oldu'■'^
Konsul bildirdi ki, əvvəla, İran Rusiya ilə ölkənin başlıca inkişaf
mühərriki olan ticarətlə bağlıdır. İkinci, Rusiya böyük və güclü qonşu
ölkədir, biz hər zaman, hər hansı planın həyata keçirilməsi üçün yardım ala
bilərik. Üçüncü, İngiltərə və Rusiya İranda yaxşı işlərin görülməsi üçün
vədlər verir. Lakin Türkiyəyə və Almaniyaya meyilli olan demokratlar
kabinetin qərarının əleyhinə çıxaraq onu qəbul etmədilər.
Rus səfiri Korostoveç Bakıdan keçib Petroqrada gedərkən konsul
Davud xanla görüşündə söylədi ki, Almaniya və Avstriya- Macarıstanın
Tehrana gələn yeni səfirləri türk ordusu ilo birlikdə çoxlu silah gətirmişlər.
İran məclisi bunu başa düşmüşdür'''''.
İranın mövqeyinin nisbətən yumşalmasına görə çar hökuməti 1915-ci
ilin martın 20-də ingilis diplomatiyasının İrana dair 1907-ci il rus-ingilis
sazişinə etdiyi düzəlişləri qəbul edərək, özünün bir sıra qeydlərini də yazdı.
Güney Azorba\cana dair rus diplomatiyasının qeydi bundan ibarət idi: rus
maraıilnı ının olduğunu nəzərə alaraq rus nüfuz dairəsi İsfahana və Yəzdo
qədər genişləndirilsin'"". Bu razılaşma ilə ingilis diplomatiyası Rusiyaya
İstanbulu və boğazları vəd edərək, özü İranda tərəfsiz zona aldı. Türkiyənin
və Güney Azərbaycanın bölüşdürülməsinin əsasını qoyan bu razılaşmalar
ingilis diplomatı Sayksın və fransız diplomatı Pikonun imzaladığı sazişlə
başa çatdı. Paris sülh konfransında amerikan nümayəndə heyəti mətbuat
komitəsinin sədri S. Bekcr sonralar yazırdı ki, Rusiya Şimali İranda-Güney
Azərbaycanda tam sərbəst fəaliyyət qazandı"". Bu müqavilə köhnə rus
hökuməti devrilənədək ingilis, fransız və rus xalqlarından gizli saxlanıldı.
Bununla belə. Güney Azərbaycanda Rusiya ilə İngiltərə arasında
150
kəskin ziddiyyətlər də mövcud idi. Ziddiyyətlərin bir səbəbi rus
konsullarının və hərbi rəislərinin özbaşınalığı idi. Fransa prezidenti Raymon
Puankare “Dünya müharibəsini mənşəyi” adlı əsərində rus konsullarının
İranda özlərini canişin kimi aparmalarından doğan ingilis-ms ziddiyyətlərini
həll etməyə çalışdığını yazırdı’^l
İngilis-rus diplomatiyalan İrana aşağıdakıları vəd etdi: 1. İranın
müstəqilliyi təmin edilir; 2. 30 mln. uzunmüddətli istiqraz verilir; 3. İranın
Rusiyaya ödəyəcəyi köhnə istiqraz borclannm müddəti 5 il uzadılır; 4.
Türkiyəyə qarşı İran hökuməti müharibə elan edəcəyi təqdirdə rus və ingilis
orduları İrana kömək edir; 5. İsveç zabitləri ölkədən çıxanlır'”. Əslində bu,
İranın daxili işlərinə qanşmağın davarn etdirilməsi idi.
Y. V. Çəmənzəminli yazırdı: “İranın bir daxili işləri yox idi ki, ona rus
qarışmasın... Biçarə İran rus zərbəsindən göz aça bilmirdi ki, ölkəsinin rahat
və tərəqqisinə çalışsın”'*'*.
Güney Azərbaycandan ms ordularının çıxarılmasını tələb edən İran
hökuməti ms-ingilis diplomatiyasının bu təkliflərini rədd etdi. Eyni
zamanda İrandakı gənc türk demokratik partiyası da bu təkliflərə qarşı çıxdı.
Ermənilərin “Orizon” qəzetinin yazdığına görə, bu partiya almanların və
türklərin təsiri altında idi. Narazılıq şəraitində, aprelin 10-da İran hökuməti
istefaya getdi. Həmin gecə rus və ingilis səfirləri gecə yarıyadək şahın
yanında qalaraq hökumət qurmaq barədə öz təkliflərini irəli sürdülər. Onlar
Saad Dövlə başda olmaqla hökumət qurmağı məsləhət gördülər. Saad Dövlə
və onun ətrafındakı şəxslər köhnə dövlət xadimləri olaraq türk-alman
təsirindən uzaq idilər. Lakin Saad Dövlə şahın təklifindən imtina etdi. Belə
şəraitdə ölkəni ağır vəziyyətdən çıxartmaqdan ötrü ya müharibəyə
qoşulmaq, ya da xalq üsyanına qoşulmaq lazım idi. Lakin İran siyasi
xadimlərinin heç biri bu işi öz üzərinə götürmək istəmirdi. İngilis və rus
səfirlərinin tələbindən sonra İran hökuməti türk-alman blokuna qarşı fəallıq
göstərdi. Baş nazir Eynüd Dövlə seçildi. Məclis ona etimad göstərdi. Onun
İranda qayda-qanun yaradacağına ümid edilirdi. Eynüd Dövlə İranın köhnə
siyasi xadimlərindən idi. Müzəffərəddin şahın vaxtında sədrəzəm olmuşdu,
İran tayfaları, xüsusən bəxtiyarilər arasında böyük nüfuza malik idi'**.
1915-ci ilin aprelində Azərbaycanın general-qubernatoru
Sərdar Rəşid
vəzifəsindən uzaulaşdırıldı. Onun yerini vəliəhdin şəxsi məsləhətçisi,
diplomat Nizam ül Mülk tutdu. Sərdar Rəşid
151