mübarizəyə səsləyirdilər.
Güney Azərbaycanda türk qüvvələrinin sayı barədə rus mətbuatı
müxtəlif rəqəmlər yazırdı. Bəzi mənbələrə görə, bu qüvvələr 20 min nəfər
idi. Onun 7 min nəfəri daimi ordu, qalanlan isə könüllülər idi. İran
tərəfindən olan könüllülər də ruslara qarşı döyüşürdülər*^ Ruslara qarşı
döyüşən könüllülər içərisində Güney Azərbaycan türkləri, kürdlər, ərəblər
və b. var idi. Başqa bir mənbədə isə türk ordusunun sayının 3 min nəfər
olduğu göstərilir**.
,
Türklərin Təbrizi ruslardan azad etməsi Tehran hökumətində ra-
hatsızlığ yaratdı. O, bütün Güney Azərbaycanı itirəcəyindən qorxurdu*’.
Ona görə də, 1915-ci il yanvarın 2-də vəliəhdi Təbrizə göndərərək Portonu
dinc yolla öz niyyətlərindən çəkindirmək istəyirdi. Vəliəhdi Həmədanın
Məclisdəki nümayəndəsi Əmir Nizami müşayiət etməli idi**. Lakin İran
sarayında nüfuzlu, yüksək mənsəb sahibi olan əyan Balaca Təbrizə Əmir
Nizaminin müşayiəti ilə gəldi*’.
İran hökumətinin baş naziri Mustaf ül Mamələk 1915-ci il yanvarın
12-də səfir Korostoveçlə söhbətində türklərin təzyiqi nəticəsində rusların
çıxdığını, bununla da, İranın yadelli işğaldan qurtulduğunu açıqca bildirdi”.
Türkiyə hökuməti isə İranın müstəqilliyini istədiyini və Güney
Azərbaycandan öz ordulanm hər an çıxartmağa hazır olduğrmu bəyan etdi.
Türkiyənin Tehrandakı səfiri Asim bəy Təbrizin tutulmasımn türk hərb
planlarına daxil olmadığını və qayda-qanun yaratdıqdan sonra Təbrizi
iranlılara verəcəklərini söylədi. Bundan ötrü türk hökuməti aşağıdakı
şərtləri irəli sürdü: vəliəhd böyük dəstə ilə Təbrizə gəlsin”; İran hökuməti
Azərbaycana öz ordu hissələrini göndərsin; türk orduları geri çəkildikdən
sonra rus orduları Təbrizi yenidən tutmayacağı barədə türk hökumətinə tam
təminat versin”.
Lakin İran hökuməti hətta öz xeyrinə olan bu tələbi yerinə yetirməkdə
çətinlik çəkirdi. Çünki onun nizami ordusu yox dərəcəsində idi’*. Vəliəhdi
müşayiət etmək üçün 3 min atlı lazım idi. Səfərin xərclərini ödəməkdən ötrü
şah hökuməti ingilislərə müraciət etdi. Rus ordusunun Təbrizdən
qovulmasından məmnun olan ingilislər vəliəhdin Təbrizə gəlməsini və
Azərbaycanda qayda-qanım və təhlükəsizlik yaratmasını istəyirdilər”.
Şah hökuməti Türkiyənin Təbrizdən çıxmağa razı olduğunu eşidən kimi
təcili olaraq vəliəhdi İsveç zabitlərinin rəhbərliyi altında jandarma
dəstələrinin və ümumi sayı 300 nəfərdən ibarət olan
nizami or
141
xristianlara qarşı silahlı üsyanını gücləndirir. Təbrizə və Makuya çoxlu
silahlı casus gəlmişdir. Onlar xalq kütlələri ilə sərbəst işləyərək İran xalqını
xristianlara qarşı qızışdırırlar. Dekabrın 31-də rus konsulunun əmri ilo həbs
edilən iranlı yaxınlıqdan keçən ermənilərin, farsların və fars jandarmalarının
yanında Antanta ölkələrini söymüş və xristianları qırmağa çağırmışdır.
Casusda Ənzəli və Rəşt vilayətlərində qarışıqlıq salmaq üçün ləlimat
məktubu olmuşdur'”.
“Baku” qo/,cti 1915-ci il 15 yanvar tarixli sayında yazırdı ki, Türkiyə
İranda hökmranlıq edir və şahsevənlərin rus kəndlərinə hücumları vardır.
Ona görə də erməni qəzetləri hətta Qarabağda ermənilərin özünü -
müdalloni təşkil etmələrinin zəruriliyini yazırdılar. Özünümüdafiəni
yazadək etmək lazımdır. Qəzetlər haqlıdırlar, onların səsini eşitmək
vacibdir. Ola bilsin ki, şahsevənlərin hücumları həm indi, həm də yazda
olmasın vo təhlükə şişirdilmişdir. Lakin necə deyərlər, ehtiyatlını Alltıh
qoruyar. Sərhədboyu əhali özünümüdafiəni təşkil etməyə girişməlidir'".
Türk ordusuna Güney Azərbaycanda şahsevənlər və alarhlar xüsusi
kömək edirdilər'''’.
Türklər Təbrizdə cəmi 22 gün qaldılar’““. Bu müddətdə alman-türk
təbliğatı xeyli gücləndirildi və Güney Azərbaycanda əhali Türkiyənin
xeyrinə pul vəsaiti toplamaq üçün geniş kampaniyaya başladı'“'.
Bununla belə, Təbrizin tutulması Türkiyənin əsas hərbi planlanna daxil
olmadığından şəhərdən çıxmağa və Güney Azərbaycanı İramn tam
nəzarətinə verməyə razı idi. Türk ordusu tədricən Təbrizi boşaltmağa
başladı. Bundan istifadə edən Rusiya hərəkətə keçdi.
Rus ordusunun Təbrizi yenidən işğal etməsi ilə
diplomatik-siyasi mübarizənin kəskinləşməsi
İngiltərənin Petroqraddakı səfiri 1915-ci il yanvarın 20/7-də Rusiya
Xarici İşlər Nazirliyinə tam məxfi yaddaş qeyri yazaraq Güney
Azərbaycanda rus vəzifəli şəxslərinin hərəkətlərinin Türkiyəyə qarşı
mübarizədə Rusiyanın maraqlarına cavab vermədiyini göstərdi. Onun
fikrincə, Rusiya iki yoldan birini seçməli idi: 1. Ya ordularını İrandan geri
çağırmaqla bu ölkədə öz nüfuzunu qorumalı idi. Belə olduqda iran
Türkiyəyə müxalifətdə olardı. Əgər İran Türkiyə tərəfə keçərdisə Rusiya
onu öz əlinə almaq hüququnu saxlayardı və sonra, əlverişli məqamda
istifadə edərdi. 2 Ya da Şimali İranda Türkiyəni dayandırmaq üçün
Azərbaycana kifayət qədər hərbi qüvvə göndərməli idi. İn
143