Roman, povestlər



Yüklə 3 Mb.
səhifə15/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   11   12   13   14   15   16   17   18   ...   158

 54 

ən səmimi hissələrini ifadə edir.  

Əziz professor, keçən yay söz verdiniz gəlmədiniz, heç 

olmasa bu il sözünüzün üstündə durun. Universitetdə 

dərsləriniz qurtaran kimi istirahətə bura gəlin, necə deyərlər, 

doğma Vətən torpağı yolunuzu gözləyir. Gedək bir əməlli-başlı 

Azərbaycanı  gəzək. Qalxaq Göy gölə. Özüm öz əlimlə Sizə 

yaxşı bir kabab çəkim. Ötək ordan Şuşaya, Laçına, Kəlbəcər 

tərəfə. Siz ki maşallah, belə səyahətlərin aşnasısınız. Sonra da 

Bakıda bizdə bir köhnə dost-aşnaynan yığışaq, armudu 

stəkanlarda bir yaxşı  məxməri çay içək, bir nərd ataq. (Nərd 

oynamağı unutmamısınız ki?) Yeri gəlmişkən, bildir Yəhyayla 

sizə bir nərdtaxta göndərmişdim. Nuxada bir ustaya şəxsən 

özüm sifariş vermişdim. Belə ayrı aləmdi,  əl işi... Bilmirəm 

xoşunuza gəldi, yoxsa yox? Burda sağ-salamatlıqdır. Səfdər 

kişinin arvadı öldü. Mina xanım, bilmirəm yadınıza gələr, ya 

yox? Bəli, professor, bizim nəsil də yavaş-yavaş seyrəlir. 

Baxırsan köhnə dostlardan kim qalıb? Kimdi qalan o vaxtın 

adamlarından? O vaxt, sizin işə götürdüyünüz adamlardan indi 

idarədə qalan bir mənəm, bir Səfdər, bir də  Məmməd Nəsir. 

Məmməd Nəsir zalım oğlu da elə hey içir. Onu vaxtında 

evləndirmədik ki, bəlkə arvad ipə-sapa yığaydı. Yoxsa indi tək 

adamdı, nə vecinə? O gün az qala işdən qovacaqdılar. 

Qoymadım. Durdum dedim, atacaqsınız bayıra, neyləyəcək? 

Bayıra atmaq asandır. Gəlin bir məsləhət eləyək, qolundan 

tutaq, kömək eləyək. Köhnə  işçidnr, idarənin veteranıdır. 

Savadlı korrektordur. Hələ siz cavanlar ondan çox şey öyrənə 

bilərsiniz. Bilirsiniz də professor, cavanlardır, odlu-odlu 

danışırlar, elə bilirlər hamıdan ağıllıdırlar. Deyirəm onlara ki, 

biz sizin yaşda olmuşuq, amma siz hələ bizim yaşa 

çatmamışsınız. Odur ki, siz biləni biz çoxdan bilirik, amma biz 

biləni siz hələ bilmirsiniz. Uzun sözün qısası, saxlatdım 

Məmməd Nəsiri. Sizi də köməyə çağırdım. Dedim bəs professor 

da eşitsə, bizdən inciyər, axı  Məmməd Nəsiri bura işə o 

götürüb. 


 55 

Nə isə,  əziz professor. Sizə xeyli başağrısı verdim. Ancaq 

Sizə bir işim də düşüb. Bilirəm, indi Sizin yerinizə başqa adam 

olsaydı, düşünə bilərdi ki, hə, işin düşüb, elə  məktubu da 

onunçün yazmısan. Ancaq mən sizin qəlbinizin genişliyinə 

bələdəm, bilirəm ki, belə dar fikirlərə düşməzsiniz. Hər halda 

mənim haqqımda belə düşünməzsiniz. Məsələ ondadır ki, biz 

burda "Tarixi şəxsiyyətlər" seriyası buraxmaq haqqında 

təşəbbüs irəli sürmüşük və prinsipial razılıq almışıq.  İndi bu 

məsələnin təsdiqini Moskvada bir az tələsdirmək lazımdır. Mən 

özüm bu iş üçün Moskvaya gəlmək istəyirdim. Ancaq sonra 

fikirləşdim ki, heç kəs bu işə Sizin kimi kömək  edə bilməz. Sizin 

orada necə böyük nüfuza malik olduğunuzu yaxşı bilirəm və 

odur ki, Sizdən artıq dərəcədə xahiş edirəm, bu işə 

himayədarlıq edin. Əgər prinsip etibarilə razısınızsa, konkret 

məsələlər barəsində Sizə yeni bir məktub yazaram: 

Ayrı elə bir yenilik yoxdur. Bizim Aqil bu il orta məktəbi 

qızıl medalla bitirib. Meyli də Moskvayadır. Ali məktəbi orda 

oxumaq istəyir. Deyirəm, elə bilirsən asandır Moskvada 

imtahan verib ali məktəbə qəbul olunmaq? Amma heç bir şey 

eşitmək istəmir. Hələ özü də bilmir hansı sahəyə gedəcək. 

Bəlkə Siz bir məsləhət verəsiniz. Nə isə... bu da bir problemdir. 

Hörmətli professor. Cavabınızı  səbirsizliklə gözləyirəm. 

Daha böyük bir intizarla Sizin özünüzü burada gözləyirik. 

 

Dərin hörmət hissiylə Dadaş  

5 iyun 1965 

 

 

ÜÇÜNCÜ 



 

Siqareti siqaretə calayırdı: "Əgər dolamaq istəyirmişsə, çox 

mənasız zarafatdır". 

"Bəlkə bağın o biri tərəfini deyib? Yox, orda maşın 

saxlamaq qadağandır. Sol tərəfi dedi. Sol tərəf buradır da". 

Zaur maşının saatına bir də baxdı, sonra qol saatına baxdı. 




 56 

Sözləşdikləri vaxtdan düz 45 dəqiqə keçirdi. 

"On beş dəqiqə də gözləyim. Olsun bir saat. Əgər gecikirsə, 

bir saat bəsidir. Ondan artıq mən heç Bricit Bardonu da 

gözləmərəm. Yox, əgər mənimlə zarafat eləmək fikrinə 

düşübsə, nə olar, heç eyib etməz, mən də papaq altında qalan 

oğlanlardan deyiləm".  

Yeddi dəqiqə də keçdi. 

Son siqareti damağına qoydu. Boşalmış qutunu xışmalayıb 

ovcunda əzdi, tuşlayıb səkidəki zibil qutusuna atdı. 

Maşının gözünü açıb təzə qutu götürdü, cibinə qoydu, rulu 

tumarlamağa başladı. 

Lap qulağının dibində səs eşitdi: 

—Bağışla, deyəsən bir az gecikmişəm. 

Bayaqdan bəri bu səsi gözləyirdisə  də diksindi, qanrılıb 

baxdı. Təhminənin qırmızı paltarının ağ düymə  cərgəsini 

gördü. 

—Zərər yoxdur, — dedi, — keç bu tərəfə. 



Qapını açdı. Təhminə içəri keçdi, əlindəki iri ala-bula 

sumkanı Zaura uzatdı. 

Zaur: 

—Ver sumkanı bura, — dedi, — arxaya qoyum. Nə 



yığmısan bura bir belə?.. 

—Heç, bir az yemək götürmüşəm. 

Zaur maşını işə saldı, hərəkətə gətirdi… 

—Yemək? Yemək neyləyirsən, evdə yeyəydin də, — üzünü 

Təhminəyə  tərəf çevirib bığaltı gülümsündü, — iki saata 

qayıdarıq da... 

Təhminə maşının güzgüsünü üzünə tuşlayıb,   saçlarını 

düzəldirdi. 

—Yeməyinə yemişəm. Dedim birdən yubandıq. Acsaq... 

—Aa... belə de, — mənalı-mənalı  Təhminəni süzdü. "Pah 

atonnan! — deyə düşündü, — gör dünyanın nə günüdür?! Yad 

kişiylə plyaja gedir. Özü də bilir niyə gedir, amma tədarükünü 

də yaddan çıxarmır. Qarnının da qeydinə qalır. Bəli, XX əsrdir, 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə