Roman, povestlər



Yüklə 3 Mb.
səhifə11/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   7   8   9   10   11   12   13   14   ...   158

 39 

seç. Texniki peşə olsa daha yaxşı. Yazıqsan, bala. Sonra başına 

döyəcəksən, gec olacaq. Bunun axırı yoxdur. Sənin kimi 

yüzlərcə, minlərcə  gənc bax bu saat, sənin yazdığını, lap elə 

sənin yazdığın kimi, ya bir az ayrı cür, heç tafavütü yoxdur, bir 

az daha yaxşı, ya daha pis, daha savadlı, ya daha bisavad, hə, 

sənin yazdıqlarını onlar da yazır. Hələ gec deyil, Cavansan. 

Ömrün qabaqdadır. At bu işin daşını.  Əlbəttə,  əgər  İlyas 

Nizami deyilsənsə! Yox, bəlkə  İlyas Nizamisən? Hə, onda 

başqa məsələ. Bəlkə elə doğrudan  İlyas Nizami oldun. Kim 

bilir? 

Nemət: 


—Çıx üçüncü mərtəbəyə, — dedi, — on birinci otaq. 

Nəşriyyatdan çıxıb studiyaya tərəf getdi. Meydançadan 

keçəndə gördü ki, on bir-on iki yaşında uşaqlar futbol 

oynamağa hazırlaşırlar. Ayaq saxladı. Dayanıb onları izləməyə 

başladı. 

İçlərində ikisi lap balaca idi. Yeddi-səkkiz yaşında. Yəqin 

onları qapıçı qoyacaqlar. Həmişə  uşaqlar  ən balacaları,  ən 

zəifləri qapıçı təyin edirlər. 

Oğlanlardan biri daş qoydu — ştanqa! Bir neçə addım saydı, 

ikinci daşı qoydu. Bu bir qapı! Sonra gedib eyni üsulla ikinci 

qapını düzəltdilər. 

Doğrudan da balacaları qapıçı qoydular. İki dəstəyə 

bölündülər. Üç-üç. Bir nəfər artıq idi. 

—Sən sudya! 

"Sudya" cığallığa başladı. 

—Özün ol sudya. Mən istəmirəm. Mən oynamaq istəyirəm. 

—Yaxşı, indi sən ol. Üç qoldan sonra mən olaram, sən 

oynayarsan. 

Razılaşdılar. Kapitan yerdən çöp götürüb yumruğunda 

gizlətdi. O biri komandanın kapitanı tapdı. 

Oyun başlandı. 

Nemətin öz uşaqlığı yadına düşdü. O qədər bax lap bu cür 

futbol oynayıb ki... Küçə futbolunun ənənələri, texnikası, 



 40 

qanunları  dəyişməzdir. 25 il bundan qabaq da hər  şey beləcə 

idi. Daş ştanqalar. Balaca qapıçılar. Vaxt yox, qol hesabı oyun. 

Qolların cığallanması. "Yox, yan getdi", ya da "hündürdən 

getdi,  ştanqanın üstündən" — hər  şey, eynilə olduğu kimi 

qalmışdı. 

—Tofiq, ver mənə! Özün çıx. Ala, Nazim! 

—Ruka! Ruka! — deyə qışqırışdılar. 

Əli topa toxunmuş  oğlan küçə futbolunun əfsanəvi 

qanununa isnad etdi. "Prijataya ruka" — dedi. Mübahisə 

başlandı. Birdən kiminsə  ağlına gəldi ki, hakimin də bir rolu 

ola bilər, hakim amiranə bir səslə: 

—Pinal, — dedi. Nəhayət, o da bir anlıq xəlifə olmuşdu. 

Cərimənin səbəbkarı bir kəlmə  də  kəsmədi. Dinməzcə penalti 

yerini təyin etməyə başladı: qapıdan addımladı. "İndi gör necə 

addımlayacaq!" Doğrudan da addımlarını elə iri atırdı ki, 

qorxurdun bağanağı aralı qalsın. 

Belə saya-saya onuncu addımda gəlib rəqibin qapısına çıxdı. 

Özü də başa düşdü ki, deyəsən çox ağ eləyib. Sonuncu 

addımını bir az qısa etdi. 

—Bax buradır, — dedi, — vurun! 

Bayaqdan bəri dinməz-söyləməz ona tamaşa edən rəqib 

komandanın kapitanı: 

—Ala! — dedi və özü saymağa başladı. 

"İndi gör bu necə sayacaq!" 

Bu kapitan elə bil ayağı  zəncirli dustaq kimi yeriyirdi — 

dıpbır-dıpbır. Penalti yeri lap yaxın oldu. Təzədən haray 

qopdu. 


Nemət özü də bilmirdi ki, nə  səbəbdən işini-gücünü atıb 

burada dayanıb, belə maraqla bütün bu şeyləri izləyir, ayrılıb 

gedə bilmir. 

Kövrək uşaq xatirələrinin riqqətindən başqa bu futbolda nə 

isə başqa bir şey də var idi. Hisslərin, həvəslərin çılpaqlığı, 

təmənnasızlığı, saflığı, təmizliyi... 

Görəsən bizim şöbənin cəfakeşləri bu oyuna baxsaydılar, nə 



 41 

deyərdilər?  Əlbəttə, Qurban zəhər tuluğudur. Dedikləri də 

hamısı tikanlı sözlərdir. Ancaq bəlkə onun dediyində bir faiz, 

yarım faiz, çərək faiz həqiqət var. Futbol marağında bəlkə  də 

çirkin bir şey yoxdur, ancaq hər halda çox kədərli bir şey var. 

"Boşluğu doldurma". "Cəfakeşlik çoxunuzun boynuna düşüb". 

Ay səni, Qurban! Amma bəlkə  cəfakeşliyə  səbəb işdaşların 

söhbətindən, marağından, həvəsindən geri qalmamaq istəyidir? 

Deməli, belə çıxır ki, hamı bir-birinin ucbatından cəfakeş olub. 

Bir-birinin xətrinə.  

—Qol! Qol! — deyə uşaqlar qışqırışdılar. 

Studiyanın kassası qarşısında xeyli adam vardı. Nemət 

yarım saata qədər növbədə durdu. Zənd-zəhləsi getdiyi İ. də 

burda idi. 

İrişə-irişə: 

—Görürsən də, — dedi, — soyuruq hökumətimizi. 

Bir xeyli pul aldı. 

—Kasıbçılığımızı eləyirik də. — İrişə-irişə saydı. Nemətə 

tərəf uzatdı: 

—Sən mənim canım, buyur üstündən götür. 

—Çox sağ ol. Özüm alacağam. 

İrişə-irişə cibinə qoydu: 

—Di sağ ol! 

İrişə-irişə çıxıb getdi. 

Nemət: "Pulu da adamlar cürbəcür alır — deyə düşündü. 

Biri halal zəhmətinin dəyəri kimi, açıq üzlə. Birisi də bax 

bunun kimi, elə bil qəbih bir iş tutur, qanunla aldığı pulu da 

oğru təki alır. Elə bil haram mal yeyir, üstünü açmasınlar deyə 

də hamıya irişir. Eh, nə isə..." 

Deməli belə. İndi gedək, maqnitofon alaq. 

Poçtamtın yanından keçəndə əlini döş cibinə atdı. Pasportu 

yanında idi. İçəri girdi "Do vostrebovaniya" yazılmış 

pəncərəyə yanaşdı: 

"Mənim bura gəlməyim nəyə oxşayır? Elə bil qəbir üstünə 

gəlirəm. Ya da suyu qurumuş  dəyirmana. Yox, bu 



 42 

bənzətmələrin heç biri düz deyil. Bu pəncərənin ardında heç 

kəsi basdırmamışam. Burda qurumalı bir şey də yox idi". 

Hər dəfə yolu bu küçədən düşəndə poçta girər, pasportunu 

uzadıb gözləyərdi. Qəribə bir həyəcanla gözləyərdi. Kağızçı 

səliqəylə zərfləri yoxlayar, hər dəfə də eyni sözləri deyərdi: bir 

şey yoxdur. Məktub hələ yəqin yoldadır. 

Hardan da olaydı? Nemət bilirdi ki, yolda-zadda da deyil. O 

heç yerdən, heç kimdən məktub gözləmirdi: Yox yerdən 

məktub çıxmayacaqdı ki... Yaddaşını ələk-vələk eləsə də başqa 

şəhərdən ya Bakının özündən ona "do vostrebovaniya" məktub 

yazacaq bir adam xatırlaya bilməzdi.  

Amma nədənsə bu küçədən tək keçəndə  hər dəfə  həmin 

pəncərəyə yanaşırdı. Yanında bir sənəd olmayanda 

heyfsilənirdi: 

—Namazov, aha, var. Yox, bu, Namazov Nadir imiş. Siz 

Nemətsiniz! 

—Bəli, mən Nemətəm. 

Kağızları bir-bir ötürüb son zərfi də bir qırağa qoydu: 

—Hələlik heç nə yoxdur, — dedi. Şüşənin yarımdairəvi 

kəsiyindən pasportu qaytardı. 

Nemət ağır-ağır pəncərədən aralandı. Qəfilcən fikrində 

gözlənilməz bir bənzətmə oyandı. "Bu da mənim 

qəribəliyimdir, — deyə düşündü. — Məmməd Nəsrin 

Krasnovodsku kimi... Hər şeydə məna axtarsan..." 

Siqaretini odlayıb küçəyə 

çıxdı.    



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə