Roman, povestlər



Yüklə 3 Mb.
səhifə56/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   52   53   54   55   56   57   58   59   ...   158

 195 

Atası  həmişə erkən yatar, səhər də ertədən durardı. Anası isə 

Bakının televiziya verilişləri qurtaran kimi gedərdi yatmağa... 

Bu gecə  də atası çoxdan yuxulamışdı, amma anası  hələ oyaq 

idi. Qonşu Sitarəylə birlikdə  mətbəxdə  əlləşirdi, sabahkı 

qonaqlığın hazırlığını görürdülər. Mətbəxdən şirni və ədviyyat 

qoxusu gəlirdi — paxlava, şəkərbura,  şəkərçörəyi… Cürbəcür 

piroqlar, pirojnalar, tortlar hazırlamaq sarıdan Zivər xanımın 

tayı-bərabəri yox idi. Amma sabahkı gün öz adi məharətini də 

vurub keçməliydi, — axı, onun məclisinə Alya kimi tələbkar 

bir hakim qiymət verəcəkdi. Mətbəxdən anasıyla Sitarənin 

yavaş  səsləri gəlirdi, professorun və Zaurun yuxusuna mane 

olmamaqçün qadınlar xısın-xısın danışırdılar. Zaur onların hər 

kəlməsini dəqiq eşitməsə də, söhbətlərinin məzmunundan agah 

idi: qadınlar xəmirin yaxşı qalxmasından, layların nazik 

yoğrulmasından, qoz-fındığın narın 

əzilib 

şəkərlə 


qarışdırılmasından, paxlavaya vurulacaq ədviyyatın 

miqdarından danışırdılar. Sabahkı  məclisdən, qonaqlardan 

danışırdılar — kim paxlavanı,  şəkərburanı daha çox sevir, 

kimin hansı tortdan, hansı piroqdan, hansı pirojnadan daha çox 

xoşu gəlir, hansı kişi dəlisidir şirniyyatın, hansı qadına heç bir 

şey bəyəndirmək olmur, halbuki keçən səfər öz evlərində 

aşının qazmağı yanıb kösöy olmuşdu... Olanda olur da, ay 

Zivər bacı, işdi, düşməknəndi də. Orası da elədir e, ay Sitarə

doğrudan, böyük məclis yola salmaq zor işdir, adamın lap 

kələyi kəsilir,  əldən düşürsən, amma bir yana baxanda bircə 

balavın məclisində də qoluvu çırmalamayıb zəhmət çəkməsən, 

bəs nə vaxt çəkəcəksən... Əlbəttə, ay Zivər bacı, maşallah, allah 

saxlasın, belə  oğul böyütmüsən, indi gərək hər  əziyyətinə  də 

dözəsən. Bəs necə, ay Sitarə, onun boyuna qurban olum

qızıldır onun xasiyyəti, ipək kimi yumşaqdır, ürəyi də elə 

təmizdir, elə təmizdir, sanasan şüşədir, odur ki, xətərəliyəm də, 

ay Sitarə, bu cür ki təmiz uşaqdır, ürəyi  şüşə kimi safdır, hər 

şeyə, hər sözə, hamıya inanandır, elə qorxuram ki, keçsin bir 

afətin cənginə, sap kimi dolasın barmağına balamı. Eh, ay 



 196 

Zivər bacı, ağzıvı xeyirliyə aç, dünya bəgəm dərəbəylikdir-

zaddır, nə danışırsan, Zaur elə aciz-avara deyil, demə, maşallah 

ağıllı-mərifətli oğlandır, hər şeyin yerin biləndir, ürəyinə-zada 

salma, sən allah, vaxsey, vaxsey, piroq yandı, başımız söhbətə 

qarışdı... 

...Və bu vaxt telefon zəng çaldı. Zaur yerindən sıçradı, —bu 

vaxt ancaq ona zəng eləyə bilərdilər: kim ola? Dəstəyi qaldırdı: 

—Allo! 

Dəstəyə qarmaqarışıq səslər doldu, — açıq havadan zəng 



olunmuşdu — küçəydimi, meydandımı — müxtəlif hənirtilər 

gəlirdi, sonra bu hənirtilərin içindən uzaq bir səs duruldu, aydın 

eşidildi, Zaur dərhal bu səsi tanıdı. 

—Mənəm, Zaurik, — dedi Təhminə. — Bağışla ki, belə gec 

zəng eləyirəm... Danışa bilirsən? 

—Əlbəttə. 

—Bütün günü sənə zəng eləmək istəyirdim, amma başım elə 

qarışdı ki, macal tapa bilmədim... — Səs arada kəsilirdi, 

xətlərin, cihazların xırıltısına qarışıb itirdi, amma Zaur hər 

halda Təhminənin dediklərini dəqiq qavrayırdı. 

—Sənə aeroportdan zəng vururam. Yarım saatdan sonra 

uçuram. 


Zaur susub dinləyirdi, nəinki cavab vermirdi, heç "hə". 

"yox" da demirdi. Təhminə təəccüblə: 

—Eşidirsən məni, Zaur? — deyə xəbər aldı. — Hə, eşidirsən? 

—Eşidirəm... 

—Səni təbrik eləyirəm... Yadımdadır, axı, — bu gün ad 

günündür. Sənə hədiyyə də almışam. Sabah sənə çatdıracaqlar, 

— tələsə-tələsə danışırdı, elə bil qorxurdu ki, birdən telefon 

əlaqəsi qırılar və demək istədiyi  əsas  şeyi deyə bilməz, — 

balaca bir şeydir hədiyyəm, amma həmişə sənin yanında olacaq 

ki, məni həmişə yada salasan... Sabah sənə çatdıracaqlar... 

Mədinə, qonşum gətirəcək... işivə. 

Zaur: 


—Təşəkkür edirəm, — dedi. — Yaxşı, soruşmaq ayıb 


 197 

olmasın, hara uçursan belə, nə münasibətlə? — Hiss elədi ki, 

mətbəxdə susdular, yəqin onun danışığına qulaq verirdilər. 

Təhminə sevinclə: 

—Moskvaya, — dedi. — Moskvadan sabah bizim 

verilişimiz var. Proqramı mən aparacağam. Baxarsan. — Sonra 

tələsik  əlavə etdi. — Yaxşı, Zaurik, hələlik, mənə  əl eləyirlər 

ordan, təyyarəyə minik başlayıb... 

Aeroport Zaurun gözləri qarşısında çanlandı: gecəyə  qərq 

olmuş uçuş meydanı, rəngbərəng siqnal işıqları, qapısı açıq 

təyyarə, trap və trapda Təhminənin təzə dostları — televiziya 

işçiləri, qapının ağzında kiçik, cib fənərini yandırıb biletləri 

yoxlayan stüardessa. Bir azdan Təhminə də trapla dırmaşacaq, 

sonra təyyarənin qapıları kip bağlanacaq, propellər hərlənəcək, 

təyyarə yerlə bir az qaçıb havaya yüksələcək. Bir dəstə 

televiziya işçiləri deyib-güləcək, zarafatlaşacaq, sabahkı 

verilişlərindən, ümumi işlərindən danışacaqlar. 

...Və  Təhminə  də onların içində olacaq. O köhnə dostu — 

televiziya rejissoru, nədir onun adı, Muxtardır, nədir, — o da 

yəqin oradadır, Moskvaya gedir o da... Bəlkə trapdan əl eləyən, 

Təhminəni çağıran da elə odur. Ya bəlkə indi lap Təhminənin 

yanındadır, telefonun böyründə, Təhminənin Zaurla söhbətini 

dinləyir. Mətbəxdən anasıyla Sitarə Zaurun söhbətini dinləyən 

kimi... 


Təhminənin bu gecə  zəngi Zaurun ürəyini müxtəlif 

qatmaqarışıq hisslərlə doldurmuşdu, — açıq təyyarə 

meydanının nəfəs genişliyi, təyyarənin qalxacağı göylərin 

ulduzlu qaranlığı vardı bu telefon zəngində. Təhminənin səsi, 

nəvazişi, ona — Zaura diqqəti vardı... Amma bir də Zaura 

yabançı olan özgə sevinci vardı, uzaq səfər fərəhi — başqa 

həyat, yeni tanışlıqlar, münasibətlər kələfi vardı  və bütün 

bunlar Təhminənin yeni işi, yeni həyatı idi. — Zaurun 

gözündən iraq, ömründən uzaq olan yad bir dünyadan gəlirdi 

bu soraqlar... 

—Salamat qal, Zaurik, bol-bol səadət arzulayıram sənə... 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə