Roman, povestlər



Yüklə 3 Mb.
səhifə64/158
tarix25.06.2018
ölçüsü3 Mb.
#51911
1   ...   60   61   62   63   64   65   66   67   ...   158

 221 

bilim niyə, harınlıqdan, varlığa nə darlıq. "Rossiya"da da 

həmişə beşotaqlı lüksda qalır, bir dəfə bərk pərt idi ki, həmin o 

beşotaqlı lüksa düşə bilməyib. Çünki o vaxt həmin luksdə 

arxiyepiskop Makstios qalırmış. Spartak zəncir çeynəyirmiş 

lap. 


—Yaxşı, soruşmaq ayıb olmasın, sən bütün bunları hardan 

bilirsən? 

—Özü danışıb... Rəfiqəmə danışırmış, o da mənə söhbət 

eləyib... Əlbəttə, Spartak gopçudur, birinin üstünə beşin qoyub 

danışır, amma hər halda dili varsa, dilçəyi də var... Pul olandan 

sonra... 

—Yaxşı, hardandır axı, bu qədər pulu? 

—Demişəm sənə, alverçidir də .. 

—Bəs qazamata düşməkdən qorxmur? 

—Əlbəttə, gec-tez ilişəcək... Amma dindirsən gör sənə  nə 

cavab verir. Onsuz da hamı ölüb gedəcək, deyir. Dünya beş 

gündür, nə qədər imkan var, kef çəkəcəm, harda qırıldı-qırıldı... 

—Görürəm, sən Spartakın həyat fəlsəfəsinə  əməlli-başlı 

bələdsən. 

—Zaurik, yəni doğrudan sən belə səfehsən ki, məni Spartak 

kimi bir əyyaşa qısqana bilərsən? 

—İnanmıram ki, fikri pul və qadın olan bu əyyaş sənin kimi 

gözələ biganə qalsın... Yəni heç sənə girişməyə cəhd eləməyib? 

—Necə yəni əlbəttə, eləyib... Lap sino gedirdi mənimçün... 

Nə vədlər vermirdi, ilahi, şuba, daş-qaş, nə bilim daha nələr... 

Amma çox tez başa düşdü ki, mən o deyən yuvanın quşu 

deyiləm, belə-belə  şeylərlə  mənim başımı tovlamaq olmaz. 

Onda... ilahi, sən özün saxla. — Təhminə qəhqəhə çəkib güldü 

— Spartak ayrı üsula əl atdı. Mənə  şer oxumağa başladı... 

Allahuəkbər... ha, ha, ha... 

—Nə oldu bəs? 

—Necə  nə oldu? Şerlərinin təsiri də elə  şuba, daş-qaş 

vədləri kimi... Spartak da, baxma, o qədər də axmaq deyil, başa 

düşdü ki, bir şey çıxmayacaq, amma onda da... başladı  ağzın 



 222 

boş qoyub orda-burda danışmağa, guya ki, mənimlə arasında 

nə isə var... Bax, sən bayaq danışanda ki, anası belə deyir, mən 

o saat barmağımı dişlədim, lap yəqin anasının beyninə bu fikri 

Spartak salıb. Anası axı  onun məhəbbət  macəralarıyla bərk 

fəxr eləyir... Elə ki, Manaf Bakıdan bir yerə getdi, Spartak o 

saat gətirib maşınını bizim evimizin qabağında saxlayır, bəzən 

gecənin yarısınacan, səhərə qədər maşın orda durur. Özü, allah 

bilir, hara gedir, bəlkəm də elə evlərində  yıxılıb yatır... Bir 

anekdot var e, eşitmisən hərəmxana haqqında... Hərəmxana 

sahibi arvadlarının hər birinə deyir ki, o biri arvadımın yanına 

gedəcəyəm bu gecə, özü də gedib tək yıxılıb yatır. 

—Niyə? 

—Nə niyə? Hərəmxana sahibi niyə tək yatır? 



—Yox, Spartak niyə maşını sizin evin qabağında qoyur? 

—Məlumdur niyə... Şəhərdə hamı onu tanıyır axı, maşınını 

da tanıyırlar. Hamı da bilir ki, o evdə mən yaşayıram və ərim 

də bu vaxt Bakıda yoxdur... İndi gecə bizim evin qabağında 

Spartakın maşınını görəndə  nə düşünəcəklər... Bir yandan da 

özünün dili bir belə... 

—Yaxşı, sən niyə buna son qoymursan, demirsən ona? 

—Nə deyəcəm? Zaurik, neçə dəfə demişəm ki, sənə: mənim 

barəmdə  nə danışırlar qoy danışsınlar, vecimə deyil. Mən elə 

hesab edirəm ki, insanın öz daxili əxlaqı olmalıdır və əgər bu 

əxlaq varsa, insan öz daxili əxlaqına sadiqdirsə, bütün zahiri 

şeylərin heç bir əhəmiyyəti yoxdur — kim nə bilim nə dedi, nə 

fikirləşdi. 

—Yaxşı, bir şeyi başa düşmürəm: bütün bunları bilə-bilə 

Spartakla haqq-salamı niyə kəsmirsən? 

—Nə haqq-salam, əşi? İldə-ayda bir dəfə rast gəlirəm ona... 

Hərdən görürsən Spartakdan da adama xeyir dəyir, bir şey-zad 

lazım olanda deyirəm, o saat tapıb gətirir. Bax, məsələn, elə 

sənin bu "Ronson"unu o tapıb gətirdi mənə. 

Zaur ad günündə Spartakın alışqana mənalı-mənalı 

baxmasını yada saldı, bu baxışın səbəbini ancaq indi başa 



 223 

düşdü və pərtləşdi. 

—Əgər mən bilsəydim... 

—Yaxşı, yaxşı özündən çıxma. Öz puluma almışam bu 

hədiyyəni, intəhası tapmağına Spartak tapdı. Pulun almaq 

istəmirdi, gücnən verdim... Adamın allahı var: Spartak nə cür 

həllöyüş olsa da, hər halda xəsis adam deyil. 

"Xəsis olmaz da — deyə Zaur fikirləşdi. — Bu qədər müftə 

qazancın olanda, səxavətli olmağa nə var ki. İllah da gözəl 

qadının yanında…U  

Spartakın əliaçıqlığı, ciblərinin dolu olması, Təhminənin bu 

barədə  ağızdolusu danışması Zauru incidirdi, əlbəttə... Zaur 

deyəndə ki, Spartak atasının pullarını  xərcləyər, Təhminə 

gülmüşdü də,  əksinə, demişdi, bütün ailə Spartakın hesabına 

dolanır, Spartakın puluna, Spartakın səxavətinə. Bu da dəyirdi 

Zaura. Təhminə qeyri-ixtiyari onun zəif damarına toxunurdu, 

axı, Zaur özü, 24 yaşında ali təhsilli gənc olsa da, hələ  də 

atasının hesabına geyinib-gecinirdi, gəzib-dolanırdı. Amma hər 

halda bütün bunlara baxmayaraq, Təhminə Zauru sevirdi... 

Spartakın var-dövləti, səxavəti, hətta  şer oxuması da 

Təhminəni cəlb eləməmişdi, bu Moskva gecəsində, otel 

nömrəsində Təhminə məhz Zaurun boynunu-boğazını öpüşlərə 

qərq edir: 

—Sevirəm səni... sən hamıdan yaxşısan... mənim canımsan, 

əzizimsən, — deyirdi... 

İndi gündüz Moskva küçələrini dolaşıb bütün gecəki sözləri, 

xatirələri bir daha yaddaşında oyatdıqca, çək-çevir elədikcə 

Zaur ancaq və ancaq bəxtiyarlıq hissi keçirirdi, heç bir xalla, 

heç bir fikirlə ləkələnməmiş tam bir xoşbəxtlik duyğusu. Və bu 

duyğu o qədər qüvvətli idi ki, aşıb-daşıb içindən çıxırdı, 

başqalarına, küçədən keçən yad adamlara da yoluxurdu. Zaura 

elə gəlirdi ki, bu hissin gücü qarşısında heç nə dayana bilməz

bu hiss hamını inandırmağa və bütün maniələri dəf etməyə 

qadirdir. O əmin idi ki, hətta ata-anası belə bu hissin şiddətini 

bilsələr, heç bir etirazları qalmaz. Məgər öz oğullarının 



Yüklə 3 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə