34
№ 3 (11) Sentyabr 2014
nəsli, deyirdilər, hamısının boynu qırılıb ölür‖.
Axurun taxtasını qırıb çıxaranda donub pəyənin
ortasında mat qalmışdı hamı; quş boğazı kimi
üzülmüşdü
o
boyda
inəyin
boynu.
Bu sarsaq yuxu da bir tərəfdən. Dükanın
pəncərəsindən asıla qalmış adamın da boğazı
üzülmüşdü. ―Sənin bu gününə dözə bilmədim,
Saşa!‖ - belə dedi Babuşka! Hə, belə dedi.
Boğazından sallalı qalmış adamı göstərib dedi!
Kipbağlayan
qoşqunun
bıçağı
mıxlanmışdı
pəncərəyə barmaqlıq əvəzi və... dəmirin iti ucu batıb
hulqumunu qırmışdı yazığın. ―Sənin bu gününə dözə
bilmədim, Saşa!‖ Sinəsi şiddətlə qalxıb enməyə
başladı; şübhələri get-gedə gerçəyə çevrilirdi;
pəncərədən sallalı qalmış adamı özünə oxşadırdı,-
arıq, çəlimsiz... əynində də sırıqlısı... ―Göyərçinlərin
qarğışı tutub bu nəsli, hamısının boynu qırılıb ölür‖
...―Sənə nə olub, Saşa?‖ - bazarın qabağındakı
taxta oturacaqda oturmuşdu Vilma nənə, quru
kömbənin qırağından qırtıb göyərçinlərə atırdı.
―Bu gün bazar günüdü axı, Babuşka, - oturacağın
üstündə fanerdən dördkünc pasılka var idi, bildi ki,
nəvəsinə
göndərir.
-
Poçt
bağlıdı
axı.‖
―Staraya stala, Saşa. Eybi yox, qoyaram dükana,
sabah gəlib yola salaram. Bir az heyva, nar
qoymuşam Yakova. ―Novı qod‖larına. Bir də isti
corab-zad‖ - dərin, qaranlıq quyuda ehtimal olunan
su kimi görünürdü Vilma nənənin gözlərində işıq.
Dükançının da gözlərində qəribə işıq var.
Maraqlısı odu ki, piştaxtanın arxasında dükançı
Abbas özü yox, tamam başqa bir adam dayanmışdı,
ha çalışsa da, yadına
sala bilmədiyi adam, - əlində də
bir çəngə pul! - onun baxdığını görüb pulu
piştaxtanın
altına
atdı
əsəbi.
Dükançının
gözlərindəki işıq da sovetdən qalma köhnə dükanın
divarındakı güzgünün parıltısıymış demə... Bir göz
qırpımında həmin parıltı alışıb gur işıq selinə
çevrildi, qaranlığı yara-yara sürətlə irəliləyən gecə
qatarının qabağına düşdü. Uğultusuna qoşuldu...
Paravozun ―böörtüsü‖ - o, səsi qulağında yox,
sinəsində hiss edirdi - bu uğultunu, işığı qamçılayıb
stansiyaya sarı qovurdu. Get-gedə öləziyib ―addım
səsləri‖nə çevrilirdi uğultu: ―tak-tak, taktak-taktak,
tak-tarak-taktak...‖ Və ―şarrak-şak...‖ - bir-birinə
dəydi vaqonlar. Bir gündən bir, gecə üçə işləmiş
girir stansiyaya bu qatar...
Ağır-ağır
zənbillər, qayğılı, əzgin üzlər...
Sifətlərdə donub çərələ qalmış hisslər... Həmişə sirli,
əsrarlı gəlib ona stansiya. Qoşulub hara gəldi getmək
istəyib. Tanımadığı uzaqlara - qayğısız, gülərüz
insanların yanına. Təki canı qurtarsın bu
qaramatdan. Bir az pulu da var cibində; inəyi ətliyə
verib səksən manat almışdı uşaqlar, qırxını ona
veriblər. ―Nə pul, nə ətdik? Mındar əti ətdiyə
veriblər? - Diloş az qala dəli olmuşdu eşidəndə. - İt
uşaqları! Qarnıbalalı inəyi ətdiyə veriblər?.. - yanıb
yaxılmışdı. - Eşidirsən?! O pulun bir qəpiyin
görmüyüm bu xarabada, rədd elə hara irədd
eliyirsən!..‖
Görən neçə manat bəs edərdi Kalininqrada?
―Bir çəngə pul tutmuşdu dükançı əlində. Gecə
dükanda saxlamışdı o pulu. Hə, dükanda
saxlamışdı‖... ―O boyda pulu dükanda saxlayıb
dükançı. O pulun yüzcə manatı əlində olsa...‖ -
ağlına gələn fikirdən özü də qorxdu. Yox!.. Başqa
bir şey haqda fikirləşmək lazımdı. Hə, başqa şey!
Məsələn... Məsələn Vilma nənənin nə işi var bu
kənddə? Niyə çıxıb getmir gül kimi Almaniyasına?
Bacıları neçə yol çağırıblar onu. Viza göndəriblər.
Nə var axı bu xarabada? İşığı yox, suyu yox... Yenə
Məcid baba sağ olsaydı, başqa məsələ. İndi ki Məcid
baba yoxdu! Bir dəfə getmişdilər kişinin sağlığında
Almaniyaya - Baden-Badenə. Bacıları buraxmırmış
Babuşkanı. ―Yox, deyib, mən Mişanı tək qoya
bilmərəm...‖
Ada bax e! Baden-Baden! Adam elə təkcə bu
adın
üstündə
uzanıb
şellənmək
istəyir.
Amma yüzcə manatı da olsa çatar Kalininqrada.
Çatar, hələ o tərəfə də keçər. Qırx var, yüz də olsa,
bəsidi! Uzağı üçcə günə Yakovun yanındadı. Lap
dörd gün olsun. Canı qurtarar e bu xarabadan.
Diloşu da tək qoymur ki. Babuşka burdadı. Özü də,
heç dinmədi Rusetdən söz düşəndə. Özgə vaxt
Rüblük ədəbiyyat dərgisi
35
tumanını başına atardı, bu dəfə dinmədi. Guya
qalanda nə xeyri var Diloşa? Bir inəkdi, o da getdi
öz işinin dalıyca. Yenə, getsə işi, gücü olar. Pulu
olar...
―... ömrüm əsirlikdə, sürgündə keçdi...‖ -
stansiyanın əhənglə ağardılmış uzunsov binasının
qarşısında skamyada tək oturmuşdu Məcid baba.
Heç kəs yox idi stansiyada, hamı dağılışmışdı. Gecə
qatarı da öz gur işığını qabağına qatıb gözdən
itmişdi. Küçə lampasının süd işığında sifəti meyit
rəngi kimi ağ-appaq görünürdü Məcid babanın. - ―...
zülmdə, zillətdə keçdi. Əvvəl qağalarımı apardılar
davaya, dallarıyca məni... Əsir düşdüm, bəxtim
gətirdi sağ qaldım, qaçıb canımı qurtara bildim...
Gətirib bu ilan mələyən çöllərə tökdülər bizi. Kimlər
yox idi aramızda: malakanlar, yahudilər, ruslar,
ermənilər... Vaqon-vaqon gətirib tökürdülər çöllərə
camaatı. Yulğunlu-yovşanlı boz çöllərə! Xosma
baraklarda yaşadıq əvvəl-əvvəl, sonradan bu kərpic
evlər tikildi. Qəsəbə salındı, - ―şəhər tipli qəsəbə‖.
Yazıq Gülüynən evləndik, heç üçcə il çəkmədi
evliliyimiz. Bu bədbaxt oğlu bədbax gəldi dünyaya,
Əlini deyirəm. Sonra təzədən ―plen‖ məsələmi
qaldırdılar. Bu dəfə sürgün olundum. Türkmənistana
- Nebit-dağa! Orda Vilmayla tanış olduq. O da
sürgün olunmuşlardan idi. Tikintidə bir yerdə
işləyirdik. O, suvaqçı idi, mən - briqadir. Sonra
bəraət aldıq hər ikimiz... Evləndik. Adam kimi o
illəri yaşadıq nə yaşadıqsa, həə!.. Sonra yenə ―qara
zolaq!‖ Sovet dağıldı, ara qarışdı... Türkmənin
buynuzu çıxdı... Qoca vaxtımızda təzədən didərgin
düşdük... Özüm heç, Vilmanı avaragor qoydum...
Vallah! Onun nə işi vardı axı bu yulğunluqda? Çıxıb
gedərdi öz yerinə, yurduna! Ya da Kalininqrada
gedərdi - köhnə Könizberqə. Öz qohumlarının
yanına. Qabaqkı ərindən oğlu qalıb axı orda, -
Yakovun atası! Getmədi. Mən də tərsliyimə salıb
getmədim. Qala bilməzdim yad yerdə. Ölə
bilməzdim...‖ - gecə lampasının süd işığında
sifətində gəzən kölgə daha hüznlü, nigaran göstərirdi
onu...
Məəttəl qalıb. Məcid baba ölüb axı. Hə, ölüb!
Əsgərlikdəydi babası öləndə... Çəpərlərinə bitişik
əkin sahəsinin qırağıyla qəbiristanlıq tərəfə gedəndə
- o idi, Diloş idi, lap arxada da axsaya-axsaya
Babuşka gəlirdi, - başından qaynar su kimi
tökülmüşdü bir hiss: babası ölüb! Hə! Çayırlıqda
ağaran ―təkadamlıq‖ cıgırla gedəndə... Qəbiristanlıq
yolu sükutlu idi, addım səslərini də çayır udurdu.
Qəbrin dəqiq yerini bilməsə də, aralanıb lap qabağa
düşmüşdü; dərk edib qavraya bilmədiyi bir işıq, səs
aparırdı
onu...
Ağ daşın üzərindəki xırda mərmər parçasında cavan
vaxtlarıdı Məcid babanın, o vaxtlar
üçün dəbdə olan
saç düzümündədi, - qulaqlarının üstü qısa, yuxarıdan
səliqəylə tel ayrılmışdı, - sifətində bəraətli, Vilmalı
vaxtlarının bəxtiyarlığı. Bu torpaqda basdırılmağı isə
ikinci bəraəti idi. Əbədilik...
―Məcid!
62 il birgə keçdiyimiz yolun axırı bu imiş.
Gözlə gəlirəm.
Həyat yoldaşın Vilma‖
―Evi tikilənin qızı!
Camaat şeir, qəzəl yazdırır
başdaşına, bunun hikkəsinə bax!‖ - nəhayət Diloş
sükutu pozdu.
Sözbəsöz, nöqtəsinə kimi yadındadı
sinə
daşındakı bu yazı. Bir də, Məcid babanın sağ
böyründə torpaqla tirələnmiş hazır
boş qəbir yeri;
öz əlləriylə özünə ―yer salmışdı‖ Babuşka. ―Gözlə,
gəlirəm‖
Niyəsə hayıfı gəldi Babuşkaya;
müsəlman
qaydasıyla dəfn olunacaqdı xristian Vilma. Molla,
yasin, filan... ―Vilma Yakov qızı ruhu şaad...‖
***
...Dükana bitişik bazarkiminin şiferinə qalxdı.
Üstünü mamır örtmüş şifer nəm və sürüşkən idi.
Pəncərənin dəmir barmaqlığını aralayıb asanca içəri
girdi. Əlindəki fənərin işığıydı, ya gözü qaranlığa
alışmışdı, nədi, apaydın görünürdü hər yer.
Piştaxtanın altına soxuldu, ha gəzdi, əlinə bir şey
dəymədi. Onun pula necə marıtlayıb baxdığını