Ruen Mehdeviyye indd



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə32/66
tarix26.10.2018
ölçüsü0,81 Mb.
#75755
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

102
Müctəba Sadət
Abbasi İmam Əskəriyə tez sui-qəsd hazırladı və onu zəhərlədi. 
On birinci imam hicrətin 260-cı ilində dünyasını dəyişdi. Onun 
28 yaşı vardı. İmamət onun oğlu “M-h-m-m-d”ə yetişdi. Bu əs-
nada  onun  beş  yaşı  vardı.  İmam  Əskərinin  vəfat  xəbəri  ətra-
fa yayıldı. Bəni-Haşimin adamları tələsdi. Samərrada olan hər 
kəs İmamın evinə toplaşdı ki, onun cənazəsinə hazırlıq işləri 
görsün,  pak  cəsədi  cənazə  namazına  hazırlasınlar.  İmam  Əs-
kərinin qardaşı Cəfər ona namaz qılmağa çalışdı. Ancaq uşaq 
olan  İmam  “M-h-m-m-d”  irəli  keçərək  ona  dedi:  Mən  atama 
namaz qılmaqda daha layiqəm. Sonra müqəddəs cənazəyə na-
maz qıldı. Kimsənin etirazı olmadan cəmiyyətə imamlıq etdi, 
hamı çaşqınlıq içərisində idi (çünki Peyğəmbərin müjdəsi baş 
vermişdi). Onlar qəbul etdilər ki, bu uşaq atasının imamətdə 
məqamını icra edən kəsdir, gözlənilən imamın özüdür. Namaz 
mərasimi bitdikdən sonra oğlan uşağı olan İmam yoxa çıxdı.
Abbasi  hökuməti  oğlan  barəsində  olduqca  ağır  çətinliyə 
düşdü.  Bir-birlərindən  onun  nə  zaman  doğulduğu  haqqında 
soruşurdular?! Aydın oldu ki, o, gözlənilən Mehdidir. Sarsıntı 
keçirərək  ayıldılar  və  onun  doğulmasından  necə  xəbərsiz  ol-
maqlarına təəccüb etdilər. Camaat arasında yayılan şayiələr öz 
təsdiqini  tapdı.  Hakimiyyət  təhlükəsizlik  tədbirləri  görməyə, 
onun qarşısını almağa və sonuna çıxmağa çalışdı. Onlar İmam 
Əskərinin evinə basqın etdilər, evlərə, yaxın mənzillərə hücum 
çəkdilər,  dəqiqliklə  təftiş  apardılar.  Beləcə,  Abbasilər  İmam 
Mehdini axtarmaq yolunda bütün ölümcül icraatları apardılar 
ki, onu ələ keçirsinlər və  iziki aradan götürsünlər. Allahın bö-
yük lütf və inayəti oldu. Gözlənilən İmamı Bəni-Abbasın zülm-
kar gözlərindən gizlətdi, Allah onu zalımların gözlərindən qey-
bə çəkdi. Necə ki, babası Allah Rəsulunu Qureyşin gözlərindən 
gizlətmişdi. Bu, Qureyşin onu öldürmək istədikləri zaman baş 
vermişdi.


103
Məhdəviyyət haqqında nəzərlər
Qeybə çəkilməsi:
İmam Əskərinin oğlunun doğulması xəbərini və adi insan-
lardan gizlətmə işi uğurlu oldu. İmamın öz oğlunu qorumaq yo-
lunda göstərmiş olduğu cəhdləri səmərə verdi. Habelə Abbasi 
hökumətinin yəqinə çatdıqdan sonra oğlanı ələ keçirib aradan 
götürmək planı uğursuzluqla nəticələndi. Onlar hər bir qüvvət 
işlətməklə imamın yerini və vücudunu tapmaqda aciz qaldılar. 
Heyrət içinə düşdülər ki, kiçik imam haraya gedə, necə gizlənə 
bilər? Heç kəs onun ölməsini isbat edə bilməmişdi, hətta kim-
sə  onun  öldüyünü  deməmişdi.  Bu,  onu  göstərir  ki,  Əhli-beyt 
imamlarının  on  ikincisi  Quranın  şərikidir  və  onlar  bir-birin-
dən  ayrılmayacaqlar.
99
  O  yaşamaqdadır,  ruzilənir,  lakin  qeyb-
dədir, yaxud Allah ona vəd olunan gündə zühur etməsinə icazə 
verənədək insanlardan ilahi səbəbdən görünməzdir.
İmamiyyə şiələri İmam Mehdinin gizlənmə və görünməmə-
sini iki mərhələyə bölmüş, ona qeyb termini veriblər:
Birincisi  –  qısamüddətli  qeybdir  (h.260-329).
100
  Atası 
İmam Həsən Əskəri vəfat etdikdən sonra Rəbiul-əvvəl ayının 
səkkizi, hicrətin 260-cı ilində baş verib. İmam Mehdi imamət 
və  vilayəti  öz  üzərinə  götürmüşdü.  Bu  zaman  ərzində  İmam 
camaatdan gizli olmuşdur. Bircə mömin və saleh seçilmiş kəs-
lərlə  görüşürdü.  Beləcə,  Mehdinin  imamət  dövrü  və  topluma 
başçılığının tərtibatı başladı. O, naiblər təyin etdi. Naib məsələ-
si ardıcılların (şiələrin) zehinlərinə qəribə gəlmirdi. Çünki iki 
imam – İmam Hadi və Əskərinin nizamı da bu şəkildə təbii və 
normal şəkildə icra olunurdu:
Birinci naib: Osman ibn Səid Əmri – hicrətin 260-cı ili baş-
lanıb və 5 il davam edib.
99
 Allah Rəsulunun (sallallahu əleyhi və alih) mütəvatir və Səqəleyn adı ilə 
məşhur hədisinin misdaqı – öncəki mənbə.
100
 Bəzi alimlər deyir: Qısamüddətli qeyb dövrü o (əccələllahu fərəcəh) do-
ğulduqdan sonra h.329-cu ilə qədər baş verib. 


104
Müctəba Sadət
İkinci naib: Onun oğlu Muhəmməd ibn Osman Əmri, 40 il 
müddətinə davam edib.
Üçüncü  naib:  Əbülqasim  Hüseyn  ibn  Ruh  Nobəxti,  21  il 
müddətində.
Dördüncü naib: Əli ibn Muhəmməd Səmuri, 3 il müddətin-
də və bu, hicrətin 329-cu ilinə qədər davam edib. 
Qısamüddətli qeyb dövrü altmış doqquz il, altı ay və on beş 
gün davam edib. Dördüncü və sonuncu sə ir, İmam Mehdinin 
xüsusi naibinin ölümü ilə sona çatıb. 
Qısamüddətli qeyb dövrü, məqamının naib və vəkilləri ola-
raq naiblərin təyin edilməsinin arxasında əsas hədə lər var.
1 – İmam Mehdi ilə xas tərəfdarları arasında əlaqə qurul-
ması zərurət idi. İmamın varlığı və camaat yanında qeyb mədə-
niyyətinin köklənməsi üçün 70 il kifayət idi. 
2 – Ümməti, xüsusilə, imamların ardıcıllarının toplum qay-
dalarının uzunmüddətli qeyb mə humunu dərk etməyə, tədri-
cən buna hazır olmalarına, onun ani olmamasına öyrəşdirmək.
3 –  Naiblərin cəmiyyətin xeyrinə olan işləri və ümmətin 
tədbirlərini icra etmək, İmam qeybdə olarkən və insanların gö-
zündən gizlənərkən camaatı alimlərlə əlaqə qurmağa hazırlaş-
dırmaq.  
İkinci:  Uzunmüddətli  qeyb:  (hicrətin  329-cu  ilindən  vəd 
olunan günə qədər) Dördüncü naib şəban ayının on beşi, hic-
rətin  329-cu  ilində  vəfat  etdikdən  sonra  uzunmüddətli  qeyb 
dövrü başladı. İmam tərə indən Səmuriyə belə bir tövqi (imza-
lı yazı) gəldi ki, ölümündən altı gün öncə baş vermişdi. Orada 
qısamüddətli qeyb dövrünün sona çatacağı, sə irlik və xüsusi 
naibliyin  yekunlaşdığı  bildirilmişdi.
101
  Beləcə,  uzunmüddətli 
qeyb dövrü başladı. Yeni bir mərhələ başladı ki, ümumi naiblik 
mərhələsi idi. Ümumi naib adı ilə müəyyən edilməmişdi. Xü-
101
 Qısamüddətli qeyb dövrü bitdikdən səmada nida baş verənədək xüsusi 
naib yoxdur.


Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə