Maddə 15. Yerin təkindən istifadə zamanı inhisarçılıq əleyhinə tələblər
Dövlət hakimiyyəti orqanlarmm, habelə hər hansı təsərrüfat subyektlərinin (yer təki
istifadəçilərinin) aşağıdakılara yönəldilən hərəkətləri qadağan edilir və ya müəyyənləşdirilmiş
qaydada etibarsız sayılır:
bu Qanuna uyğun olaraq yerin təkindən istifadə hüququ almaq istəyən hüquqi və fiziki
şəxslərin müsabiqədə və ya hərracda iştiraka buraxılmasının həmin müsabiqədə və ya hərrac
şərtlərinə zidd olaraq məhdudlaşdırılması;
müsabiqə, yaxud hərrac qaliblərinə xüsusi razılıq verməkdən boyun qaçmlması;
müsabiqə və hərracların birbaşa danışıqlar ilə əvəz edilməsi;
yerin təkindən istifadədə hakim mövqeyə malik təsərrüfat subyektləri ilə rəqabətə girə bilən
strukturlar yaradan yer təki istifadəçilərinin ayrı-seçkiliyə məruz qoyulması;
nəqliyyat və infrastruktur obyektlərindən istifadəyə imkan yaradılmasında yer təki
istifadəçilərinin ayrı-seçkiliyə məruz qoyulması.
Müvafiq icra hakimiyyəti orqanı istifadəyə verilən yer təki sahələrinin ölçülərim, sahələrin
sayını və çıxarılan faydalı qazıntılarm ehtiyatlarını müəyyənləşdirə bilər.
Maddə 16. Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənilməsi üçün yer
təkinin verilməsi
Ümumi yayılmış faydalı qazıntı yataqlarınm işlənilməsi üçün yer təkinin verilməsi, eləcə də
faydalı qazıntıların çıxaniması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin
hüdudlarında yerin təkindən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəy-yən edilir.
Alternativ xammal mənbəyi olan dağ-mədən və digər istehsal sahələrinin tullantılarından
istifadə imkanları olan hallarda yerin təki ümumi yayılmış faydalı qazıntıların çıxarıl-ması üçün
istifadəyə verilmir.
Maddə 17. Yer təkinin torpaq sahibləri tərəflndən istifadəsi
Torpaq sahibləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada
onlara məxsus torpaq sahəlorinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün partlayış işləri
aparmadan beş metr dərinliyədək ümumi yayıhnış faydalı qazıntıların çıxan İmasını və yeraltı
qurğularm tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz
sulu horizontal quyularm qazılmasını və istismarını həyata keçirə bilərlər.
Yeraltı içməli sulardan istifadə Azərbaycan Respublikasınm müvafiq qanunvericilik aktlan
ilə müəyyən edilir.
Maddə 18. Yerin təkindən istifadə hüququnun xitamının və
məhdudlaşdırılmasının əsasları
Yerin təkindən istifadə hüququna aşağıdakı hallarda xitam verilir;
1)
xüsusi razılığın qüvvədə olma müddəti qurtardıqda;
2)
xüsusi razılıq sahibi yerin təkindən istifadə hüququndan imtina etdikdə;
3)
xüsusi razılıq hüququndan məhrum edən faktlar meydana çıxdıqda.
Xüsusi razılıq verən orqan aşağıdakı hallarda yerin təkindən istifadə hüququnu
məhdudlaşdıra və ya ona vaxtından əvvəl xitam verə bilər:
1)
yerin təkindən istifadə ilə əlaqədar işlər aparılan sahələrdə yaşayan vo işləyən əhalinin
həyat və sağlamlığına qarşı bilavasitə
təhlükə yaranarsa;
---------- -------------------------------- 34
--------------------------------------------
2)
yer təkinin istifadəçisi xüsusi razılığın şərtlərini pozarsa;
3)
yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasım müntəzəm surətdə pozarsa;
4)
fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və s.) yaranarsa;
5)
yer təkinin istifadəçisi xüsusi razılıqda göstərilən müddətdə yerin təkindən nəzərdə
tutulan həcmdə İstifadəyə başlamazsa;
6)
yerin təkindən istifadə hüququ
verilmiş subyekt ləğv edilərsə;
7)
xüsusi razılıq sahibinin təşəbbüsü ilə.
Maddə 19. Yerin təkindən istifadə hüququnun xitamı və
məhdudlaşdırılması qaydası
Xüsusi razılıq sahibi yerin təkindən istifadədən İmtina etdikdə xüsusi razılığı venniş icra
hakimiyyəti orqanı azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir.
Xüsusi razılıq sahibi yerin təkindən istifadə hüququndan xüsusi razılıqda göstərilmiş vaxtdan
əvvəl imtina etdikdə, xüsusi razılığı verən müvafiq icra hakimiyyəti orqanına dəymiş zərəri
ödəməlidir.
Yer təki istifadəçisinin rəsmi xəbərdarlığmdan sonra bu Qanunun 18-ci maddəsinin ikinci
hissəsinin 1-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş hallarda səlahiyyətli orqanların qoran iiə
yerin təkindən istifadə dayandırılır. Bu halda müəssisənin təqsiri yoxdursa, onun
konserva-siyasına və ya ləğvinə çəkilən xərclər dövlət tərəfindən ödənilir.
Əgər yerin təkindən istifadə 18-ci maddənin ikinci hissəsinin 1 -ci (müəssisənin təqsiri
olduğu halda), 2-ci və 3-cü bəndlərində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin
təşəbbüsü ilə dayandınlarsa, müəssisənin konservasiyasma və ya ləğv'inə çəkilən xərclər yer
təkinin istifadəçisi tərəfindən ödənilir.
Bu Qanunun 18-ci maddəsinin ikinci hissəsinin 2-ci, 3-cü, 5-ci bəndlərində göstərilən hallar
baş verərsə və xəbərdarlıqdan sonra üç ay müddətində onlar aradan qaldırılmazsa, yerin
təkindən istifadə hüququnun xitamı və ya məhdudlaşdırılması haqqmda qərar qəbul edilir.
Yerin təkindən istifadə hüququnun məhdudlaşdınlmasma və ya dayandınimasına səbəb olan
hallar və şərtlər aradan qaldınldığı təqdirdə, bu hüquq tam bərpa oluna bilər.
Yerin təkindən istifadə hüququnun dayandırılması müddəti, yer təki istifadəçisinin təqsiri
olmadığı halda, xüsusi razılığın ümumi müddətinə daxil edilmir.
Yerin təkindən istifadə hüququna vaxtından əvvəl xitam verilmiş və ya bu hüququ məhdud-
laşdınlmış fiziki və hüquqi şəxs bununla razı olmadıqda məhkəməyə müraciət edə bilər.
Maddə 20. Yerin təkindən istifadə hüququnun başqa şəxsə keçməsi
Yerin təkindən istifadə hüququ başqa şəxsə aşağıdakı hallarda keçir:
yer təki istifadəçisinin təşkilati-hüquqi forması dəyişdikdə;
yerin təkindən İstifadə edən təsərrüfat subyekti yenidən təşkil edildikdə.
Yerin təkindən İstifadə hüququ başqasına keçdikdə xüsusi razılıq yenidən tərtib edilməlidir.
Bu halda xüsusi razılığın məzmunu dəyişmir.
Yerin təkindən İstifadə edən təsərrüfat subyektinin bölünməsi və ya başqa müəssisənin
tərkibinə daxil olması şəklində yenidən təşkil edilməsi halları baş verərsə, xüsusi razılıq verilən
sahədə onun fəaliyyətini davam etdirən yeni müəssisə - xüsusi razılıq sahibi olur.
Yer təki istifadəçisinin adı dəyişdikdə xüsusi razılıq yenidən tərtib edilir.
Xüsusi razılığı yer təki istifadəçisinin ərizəsi əsasmda xüsusi razılıq verən orqan yenidən
tərtib edir.
35