Şahbaz xvduoğlu tərtibçilər


Maddə 15. Yerin təkindən istifadə zamanı inhisarçılıq əleyhinə tələblər



Yüklə 8,8 Mb.
Pdf görüntüsü
səhifə16/390
tarix20.01.2018
ölçüsü8,8 Mb.
#21801
1   ...   12   13   14   15   16   17   18   19   ...   390

Maddə 15. Yerin təkindən istifadə zamanı inhisarçılıq əleyhinə tələblər 

Dövlət  hakimiyyəti  orqanlarmm,  habelə  hər  hansı  təsərrüfat  subyektlərinin  (yer  təki 

istifadəçilərinin)  aşağıdakılara  yönəldilən  hərəkətləri  qadağan  edilir  və  ya  müəyyənləşdirilmiş 

qaydada etibarsız sayılır: 

bu  Qanuna  uyğun  olaraq  yerin  təkindən  istifadə  hüququ  almaq  istəyən  hüquqi  və  fiziki 

şəxslərin  müsabiqədə  və  ya  hərracda  iştiraka  buraxılmasının  həmin  müsabiqədə  və  ya  hərrac 

şərtlərinə zidd olaraq məhdudlaşdırılması; 

müsabiqə, yaxud hərrac qaliblərinə xüsusi razılıq verməkdən boyun qaçmlması; 

müsabiqə və hərracların birbaşa danışıqlar ilə əvəz edilməsi; 

yerin təkindən istifadədə hakim mövqeyə malik təsərrüfat subyektləri ilə rəqabətə girə bilən 

strukturlar yaradan yer təki istifadəçilərinin ayrı-seçkiliyə məruz qoyulması; 

nəqliyyat  və  infrastruktur  obyektlərindən  istifadəyə  imkan  yaradılmasında  yer  təki 

istifadəçilərinin ayrı-seçkiliyə məruz qoyulması. 

Müvafiq icra hakimiyyəti orqanı istifadəyə verilən yer təki sahələrinin ölçülərim, sahələrin 

sayını və çıxarılan faydalı qazıntılarm ehtiyatlarını müəyyənləşdirə bilər. 

Maddə 16. Ümumi yayılmış faydalı qazıntı yataqlarının işlənilməsi üçün yer 

təkinin verilməsi 

Ümumi yayılmış faydalı qazıntı yataqlarınm işlənilməsi üçün yer təkinin verilməsi, eləcə də 

faydalı qazıntıların çıxaniması ilə əlaqədar olmayan məqsədlər üçün verilən torpaq sahələrinin 

hüdudlarında  yerin  təkindən  istifadə  qaydası  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəy-yən edilir. 

Alternativ  xammal  mənbəyi  olan  dağ-mədən  və  digər  istehsal  sahələrinin  tullantılarından 

istifadə imkanları olan hallarda yerin təki ümumi yayılmış faydalı qazıntıların çıxarıl-ması üçün 

istifadəyə verilmir. 



Maddə 17. Yer təkinin torpaq sahibləri tərəflndən istifadəsi 

Torpaq  sahibləri  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada 

onlara  məxsus  torpaq  sahəlorinin  hüdudlarında  öz  ehtiyaclarını  ödəmək  üçün  partlayış  işləri 

aparmadan beş metr dərinliyədək ümumi yayıhnış faydalı qazıntıların çıxan İmasını və yeraltı 

qurğularm tikintisini, eləcə də mərkəzləşdirilmiş su təchizatı mənbəyi olmayan birinci təzyiqsiz 

sulu horizontal quyularm qazılmasını və istismarını həyata keçirə bilərlər. 

Yeraltı içməli sulardan istifadə Azərbaycan Respublikasınm müvafiq qanunvericilik aktlan 

ilə müəyyən edilir. 



Maddə 18. Yerin təkindən istifadə hüququnun xitamının və 

məhdudlaşdırılmasının əsasları 

Yerin təkindən istifadə hüququna aşağıdakı hallarda xitam verilir

1)

 

xüsusi razılığın qüvvədə olma müddəti qurtardıqda; 



2)

 

xüsusi razılıq sahibi yerin təkindən istifadə hüququndan imtina etdikdə; 



3)

 

xüsusi razılıq hüququndan məhrum edən faktlar meydana çıxdıqda. 



Xüsusi  razılıq  verən  orqan  aşağıdakı  hallarda  yerin  təkindən  istifadə  hüququnu 

məhdudlaşdıra və ya ona vaxtından əvvəl xitam verə bilər: 

1)

 

yerin təkindən istifadə ilə əlaqədar işlər aparılan sahələrdə yaşayan vo işləyən əhalinin 



həyat və sağlamlığına qarşı bilavasitə təhlükə yaranarsa

 ----------   --------------------------------  34 

 --------------------------------------------  



2)

 

yer təkinin istifadəçisi xüsusi razılığın şərtlərini pozarsa; 



3)

 

yer təkinin istifadəçisi yerin təkindən istifadə qaydasım müntəzəm surətdə pozarsa; 



4)

 

fors-major vəziyyəti (təbii fəlakətlər, hərbi əməliyyatlar və s.) yaranarsa; 



5)

 

yer  təkinin  istifadəçisi  xüsusi  razılıqda  göstərilən  müddətdə  yerin  təkindən  nəzərdə 



tutulan həcmdə İstifadəyə başlamazsa; 

6)

 



yerin təkindən istifadə hüququ verilmiş subyekt ləğv edilərsə

7)

 



xüsusi razılıq sahibinin təşəbbüsü ilə. 

Maddə 19. Yerin təkindən istifadə hüququnun xitamı və 

məhdudlaşdırılması qaydası 

Xüsusi  razılıq  sahibi  yerin  təkindən  istifadədən  İmtina  etdikdə  xüsusi  razılığı  venniş  icra 

hakimiyyəti orqanı azı 6 ay əvvəl rəsmən xəbərdar etməlidir. 

Xüsusi razılıq sahibi yerin təkindən istifadə hüququndan xüsusi razılıqda göstərilmiş vaxtdan 

əvvəl  imtina  etdikdə,  xüsusi  razılığı  verən  müvafiq  icra  hakimiyyəti  orqanına  dəymiş  zərəri 

ödəməlidir. 

Yer təki istifadəçisinin rəsmi xəbərdarlığmdan sonra bu Qanunun 18-ci maddəsinin ikinci 

hissəsinin 1-ci və 4-cü bəndlərində nəzərdə tutulmuş hallarda səlahiyyətli orqanların qoran iiə 

yerin  təkindən  istifadə  dayandırılır.  Bu  halda  müəssisənin  təqsiri  yoxdursa,  onun 

konserva-siyasına və ya ləğvinə çəkilən xərclər dövlət tərəfindən ödənilir. 

Əgər  yerin  təkindən  istifadə  18-ci  maddənin  ikinci  hissəsinin  1  -ci  (müəssisənin  təqsiri 

olduğu halda), 2-ci və 3-cü bəndlərində göstərilmiş səbəblərə görə və ya yer təki istifadəçisinin 

təşəbbüsü  ilə  dayandınlarsa,  müəssisənin  konservasiyasma  və  ya  ləğv'inə  çəkilən  xərclər  yer 

təkinin istifadəçisi tərəfindən ödənilir. 

Bu Qanunun 18-ci maddəsinin ikinci hissəsinin 2-ci, 3-cü, 5-ci bəndlərində göstərilən hallar 

baş  verərsə  və  xəbərdarlıqdan  sonra  üç  ay  müddətində  onlar  aradan  qaldırılmazsa,  yerin 

təkindən istifadə hüququnun xitamı və ya məhdudlaşdırılması haqqmda qərar qəbul edilir. 

Yerin təkindən istifadə hüququnun məhdudlaşdınlmasma və ya dayandınimasına səbəb olan 

hallar və şərtlər aradan qaldınldığı təqdirdə, bu hüquq tam bərpa oluna bilər. 

Yerin  təkindən  istifadə  hüququnun  dayandırılması  müddəti,  yer  təki  istifadəçisinin  təqsiri 

olmadığı halda, xüsusi razılığın ümumi müddətinə daxil edilmir. 

Yerin təkindən istifadə hüququna vaxtından əvvəl xitam verilmiş və ya bu hüququ məhdud- 

laşdınlmış fiziki və hüquqi şəxs bununla razı olmadıqda məhkəməyə müraciət edə bilər. 

Maddə 20. Yerin təkindən istifadə hüququnun başqa şəxsə keçməsi 

Yerin təkindən istifadə hüququ başqa şəxsə aşağıdakı hallarda keçir: 

yer təki istifadəçisinin təşkilati-hüquqi forması dəyişdikdə; 

yerin təkindən İstifadə edən təsərrüfat subyekti yenidən təşkil edildikdə. 

Yerin təkindən İstifadə hüququ başqasına keçdikdə xüsusi razılıq yenidən tərtib edilməlidir. 

Bu halda xüsusi razılığın məzmunu dəyişmir. 

Yerin  təkindən  İstifadə  edən  təsərrüfat  subyektinin  bölünməsi  və  ya  başqa  müəssisənin 

tərkibinə daxil olması şəklində yenidən təşkil edilməsi halları baş verərsə, xüsusi razılıq verilən 

sahədə onun fəaliyyətini davam etdirən yeni müəssisə - xüsusi razılıq sahibi olur. 

Yer təki istifadəçisinin adı dəyişdikdə xüsusi razılıq yenidən tərtib edilir. 

Xüsusi  razılığı  yer  təki  istifadəçisinin  ərizəsi  əsasmda  xüsusi  razılıq  verən  orqan  yenidən 

tərtib edir. 

35 



Yüklə 8,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   390




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə