Sahibkar qadin lar



Yüklə 1,75 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix12.10.2018
ölçüsü1,75 Mb.
#73779
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

 

 

dünya səviyyəli ekspertlər tərəfindən yüksək qiymətləndirilmişdir. İngiltərə, Almaniya



İsrailin iş adamları müəssisənin fəaliyyətinə böyük maraq göstərmiş və burada toxunan 

xalçaları  bəyənmişlər.  Şirkət bu il ʺAzərbaycan bu günʺ devizi altında keçirilən 

Ümumazərbaycan toxuculuq müsabiqəsinin Fəxri Diplomuna layiq görülmüşdür. 

Zalixə xanım deyir ki, nisbətən gənc olan şirkət hələ tam gücü ilə  işləmir. Onun 

arzusu müəssisənin istehsal gücünü artırmaqla daha 200 nəfəri işlə  təmin etməkdir. 

İstehsalın genişləndirilməsi isə müəssisənin yerləşdiyi binanın təmir olunmasını  və 

avadanlıqların yeniləşdirilməsini tələb edir. Şirkətin həmçinin xarici iqtisadi-ticarət 

əlaqələrə  və marketinq araşdırmalarına böyük ehtiyacı var. Çunki o, istehsal etdiyi 

məhsulu yalnız yerli bazara deyil, həm də dünya bazarlarına çıxarmaq arzusundadır. 

Təbiidir ki, mürəkkəb keçid iqtisadiyyatı dövründə müəssisə böyük problemlərlə 

üzləşir: maliyyə çatışmamazlığı, kredit faizlərinin yüksək olması, bürokratik əngəllər 

işin inkişafına mane olur. 

Bu ilin yayında Azərbaycan prezidenti İlham  Əliyevin  şimal bölgəsinə safari 

zamanı Zalixə xanım   prezidentlə görüşüb və problemlərini ona bildirib. Prezidentin 

səfəri        çərçivəsində  təşkil olunmuş bank işçiləri ilə görüş çox cəlbedici olub və bu 

görüşün nəticələrinə böyük ümidlər bəsləyir. 

Müəssisəyə  rəhbərlik etməklə yanaşı Zalixə xanım ictimai fəaliyyətlə  də  məşğul 

olur. O, rayon ʺSevilʺ Qadınlar Cəmiyyətinin sədridir, həmişə qadınların problemlərinə

xüsusilə  də onların məşğulluğu məsələlərinə böyük diqqət göstərir.  İctimai - siyasi 

fəaliyyətinə görə Qusar rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunan Zalixə 

xanım həm də, bir sıra beynəlxalq səviyyəli seminar və treninqlərin iştirakçısı olub. 

Zalixə xanımın gözəl ailəsi var. Həyat yoldaşı biznesdə onun yaxın köməkçisidir. 

Oğlanları Rəşad və Ceyhun ali təhsil alıblar. 

Söhbətimizin sonunda Zalixə xanım təşkilatımızla da bağlı öz istəklərini bildirdi: 

ʺBiz yalnız dövlətdən deyil, sahibkarlığın inkişafına dəstək verən bir təşkilat kimi 

Sizdən də yardım gözləyirik.  İndiki zamanda ölkənin iqtisadi-siyasi həyatında ictimai 

təşkilatların rolu böyükdür. Mən Sizin təşkil etdiyiniz bir sıra tədbirlərdə  iştiak 

etmişəm. Xüsusilə, BƏT-in dəstəyi ilə keçirilən  ʺAzərbaycan və Gürcüstanda 

işəgötürənlər təşkilatları vasitəsilə qadın sahibkarlığın inkişafıʺ layihəsi çərçivəsində 

trenerlərin hazırlığı kursunda iştirakım işimi yenidən qurmağa təkan verib. Belə 

tədbirlərin bizim üçün böyük əhəmiyyəti  var.  Arzu  edərdik ki, işimizə  təkan verə 

biləcək müxtəlif seminar və treninqlər tez-tez keçirilsinʺ. 

Seçdiyi çətin, lakin bazar iqtisadiyyatı  şəraitində  əhəmiyyət kəsb edən bu biznes 

yolunda ona müvəffəqiyyətlər arzulayıb ondan ayrılırıq. 

 

 

Nəzirə Əhmədova 



ʺSumqayıt Xovlu İplikʺ ATSC İdarə Heyətinin sədri 

 

Azərbaycanın aparıcı qadın sahibkarlarından söz düşəndə ilk növbədə  Nəzirə 



Əhmədovanın adını  çəkmək lazımdır. Onun uşaqlığı sovet dövründəki minlərcə 

azərbaycanlı  qızlarının həyatını xatırladır. Sonrakı  həyat yolu isə çox mənalı  və 

ibrətlidir. Tərcümeyi-halı maraqlı, ömür taxiçəsi zəngin və enişli-yoxuşludur. 



 

 

O,  1944-cü il noyabr ayının  15-də Zaqatala rayonunun Makov kəndində anadan 



olmuşdur. Orta təhsil aldıqdan sonra 1961-66-cı illərdə Azərbaycan Dövlət Politexnik 

İnstitutunun Texnologiya fakültəsində oxumuşdur. 

Ali məktəbi bitirdikdən sonra Volodarski adına Tikiş Fabrikinə təyinat alır. 1969-

cu ilədək orada əvvəl usta, sonra sex rəisi işləyir. 

Həmin il onu Azərbaycan Respublikası Yüngül Sənaye Nazirliyinə göndərirlər. 

1975-ci ilə kimi orada aparıcı mühəndis, sonra baş mühəndis kimi çalışır. 

1975-ci ildə  2№-li Tikiş fabrikinin, 1976 - 81 -ci illərdə  Uşaq  İstehsalat Birliyinin 

direktoru vəzifələrində işləyir. 

1982-86-cı illərdə Volodarski adına Tikiş Fabrikinin direktoru olur. Sovet 

Azərbaycanının  ən böyük müəssisələrindən biri olan bu fabrikdə  Nəzirə xanım 5000 

nəfərlik böyük bir kollektivə rəhbərlik edir. 

Daha sonra Sumqayıt List Trikotaj patrikində direktor müavini, 1989-94-cü illərdə 

Sumqayıt Tikiş Fabrikinin direktoru vəzifələrində işləyir. 

1994-cü ildən o, Sumqayıt Xovlu İplik fabrikinin direktoru təyin edilir.1375 nəfər 

işçisi olan müəssisənin fəaliyyət istiqaməti süni xovlu iplik istehsalı idi. İldə 3000 ton 

məhsul istehsal edirdi. Onun 2600 tonu MDB ölkələrinə ixrac edilir, 400 tonu isə 

respublikada satılırdı. Azərbaycanın 20-dən çox trikotaj müəssisəsi həmin 

məhsullarının alıcıları idi. Xammal əsasən Belorusiya, Rusiya və Özbəkistandan 

gətirilirdi. 

1997-ci ildə fabrik ʺSumqayıt Xovlu İplikʺ Açıq tipli Səhmdar Cəmiyyətinə çevrilir. 

Güclü maddi-texniki bazaya malik olması  və süni xovlu iplik istehsalı sahəsində 

Azərbaycan bazarında monopoliya təşkil etməsi, məhsullarına olan yüksək tələbat 

müəssisə özəlləşdirilən zaman iş adamlarının böyük marağına səbəb olmuşdu. Nəzirə 

Əhmədovanın zəngin iş  təcrübəsi, bu istehsal sahəsini yaxşı bilməsi və müəssisənin 

fəaliyyəti ilə yaxından bağlı olması  məhz onun ʺSumqayıt Xovlu İplikʺ ATSC İdarə 

Heyətinin sədri seçilməsinə səbəb olmuşdur. 

Lakin bu dövrdə müəssisənin fəaliyyəti qənaətbəxş deyildi. Keçmiş sovet 

respublikaları arasındakı iqtisadi-ticarət əlaqələrinin pozulması, xammal gətirilməsi və 

məhsulun realizə edilməsi çətinləşmişdi. Müəssisənin böyük miqdarda borcu 

yığylmışdı. Bununla belə  həmin dövrdə qüvvəyə minən yeni qanunlar, verilmiş 

fərmanlar özəlləşdirilmiş müəssisələrin dirçəlişi və inkişafı üçün yeni imkanlar açmışdı. 

Şirkətin  əvvəlki istehsal gücünü bərpa etmək üçün Nəzirə xanım daxili imkanları 

hesabına mövcud istehsal sahəsini genişləndirmək və yeni məhsul çeşidləri istehsal 

etmək qərarına gəlir. 

Müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra 100 000 ABŞ dolları  sərmayə 

qoyuluşu hesabına yeni sexlər yaradılır, yun emal edən avadanlıqlar və Almaniyadan 

darayıcı maşınlar alınır. 

Respublikada xam yun bol olduğu üçün yarımyun və yun iplik, bundan başqa 

yataq örtükləri və corab istehsalına başlanılır. Yeni yaradılmış trikotaj sexində qadın və 

kişilər üçün kostyumlar, gödəkçələr istehsal edilir. 

Hal-hazırda müəssisədə  150 nəfər işləyir.  İldə 200 ton məhsul istehsal edilir. 

Burada buraxılan həm iplik, həm də trikotaj məhsullar 3 ildir ki, Almaniyanın 

Düseldorf şəhərində keçirilən yarmarkalarda nümayiş etdirilir. Bu sərgi-yarmarkalarda 



Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə