Şahin Mustafayev



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix01.02.2018
ölçüsü0,79 Mb.
#23174
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 
 
 
 
58 
t
ərəfindən  inşa  edilmiş,  əsasən, çox sərt  hava  şəraitinə  malik  Şimal  və  Baltik 
d
ənizlərində istifadə üçün planlaşdırılmışdı. Ümumən, əgər növbəti təcrübələrdən 
biri zamanı akvanavt Djokim Vendlerin faciəli ölümü və «sualtı ev»in ABŞ-a nəqli 
zamanı ciddi dağıntılara məruz qalması istisna olmaqla, proqramı müvəffəqiyyətli 
başa çatmış hesab etmək olar; 
-
 
«Çernomor»  - 
SSRİ, 1968. - Bu, keçmiş SSRİ məkanında ən müvəffəqiyyətli 
proqram  olaraq,  SSRİ  EA-nın  P.P.Şirşov  adına  Okeanologiya  İnstitutu  tərəfindən 
t
əşkil edilmiş və 1974-cü ilə gedər  fəaliyyətdə olmuşdur. Bu müddət ərzində 40 
n
əfərdən  çox akvanavt-okeanoloqun  təşkil  etdiyi  32  heyət  760 gündən çox bir 
vaxtda 10 -30 metr d
ərinliklərdə elmi-təcrübi işlər yerinə yetirmişlər. 
-
 
«Edelhab» - 1968; «Miniat» - 1970; «La Chalupa» -
1972, ABŞ; 
-
 
HUNUC, CAR, 1972 
Ballast 
sistemind
əki  nasazlıq  nəticəsində 
müv
əffəqiyyətsizliklə nəticələnmişdir; 
-
 
«Seatopiya» - Yaponiya, 1973 
yalnız bir təcrübə 30 metr dərinlikdə, 4 nəfər 
akvanavt t
ərəfindən 68 saat müddətində yerinə yetirilmişdir; 
-
 
«Neritica»
, İsrail, 1977 - Digər proqramlardan fərqi olaraq,  «sualtı ev»in ona 
birl
əşdirilmiş şarla qaldırılıb endirilməsi idi. 
İnsan  təbiəti  elədir  ki, o, heç vaxt əldə  edilmiş  nailiyyətlərlə  kifayətlenməyib 
daha böyük k
əşflər etmək marağında olur və bu zaman bir çox hallarda bilərəkdən 
öz h
əyatmı  təhlükəyə  məruz qoyur. «Sualtı  ev»lərlə  əlaqədar  yazılmışlarla 
kifay
ətlənmək  olardı.  Lakin  bir  amil    insanın  qalın,  bəzi hallarda 1 metrdən çox 
qalın  buzun  altında  suda  yaşamaq  istəyi  olmasaydı.  Suyun  altında  yaşamağın  nə 
q
ədər təhlükəli bir hal olduğunu bilən insan, bundan da təhlükəli olan bir arzunu 


 
 
 
 
59 
da  bu
zun altındakı suda yaşamaq arzusunu da həyata keçirdi. 
İlk  dəfə  1967-ci ildə  Braxtanya  (ABŞ)  su  hövzəsində  10  metr dərinlikdə 
buzaltı  suda  «Szesh Permon-III»  «sualtı  ev»indən istifadə  olunmuşdur.  Daha 
sonra  «Malter-1»  (AFR,  1968),  «Sub-
İqloo»  (Kanada,1972),  «LORA»  (ABŞ, 
1973-1974) v
ə  nəhayət,  buzun  altında  istifadə  olunan  sonuncu  «sualtı  ev»  (bu 
«
sualtı  ev»  SSRİ-nin  Şimal  Qütbü-23  «Arktik»  stansiyasında  istifadə  edilmişdir) 
«SPRUT-U» 
(1977) SSRİ-yə məxsus olmuşdur. 
«
Sualtı  ev»lərin istifadə  olunduğu  hövzələrdə  buzun  qalınlığı  bəzən 2 metrə 
yaxın  olmuşdur.  Bəzi hallarda daim sərt  soyuq  olan  sualtı  dünyada  çox  maraqlı 
müşahidələr edilirdi. Məsələn, Nyüfaulend sularında 8 metr dərinlikdə («LORA») 
akvanavtlar müşahidə etmişlər ki, hədsiz soyuq suda balıqlar yarıyuxulu üzürlər və 
onları  asanlıqla  əllə  tutmaq  olur.  Əgər  bu  balıqlar  buza  yapışarlarsa,  onlar 
kristallaşaraq  buzlaşırlar,  lakin  onları  buzdan  qopararaq,  adi  suya  buraxdıqda 
canlanır və yenidən üzməyə başlayırlar. 
«
Sualtı  ev»lərin istər isti tropik, istərsə  də  buzaltı  soyuq  sularda 
yerl
əşdirilməsinə baxmayaraq, hər yerin özünəməxsus hədsiz maraqlı cəhətləri və 
xüsusiyy
ətləri vardır. Suyun altında uzunmüddətli yerləşən obyekt və akvanavtlar 

əyyən müddətdən sonra sanki həmin mühitin sakini olur və ətraf sualtı canlı 
dünya t
ərəfindən doğma kimi qarşılanırlar. İlk əvvəl onlardan qorxan, kənar gəzən, 
y
əqin ki, daha dəqiq desək, üzən canlılar artıq onlara isinişir, çəkinmirlər. 
«
Sualtı  ev»in daxili həyatı  da  bir  çox  maraqlı  hadisələrlə  yaddaqalandır. 
M
əsələn,  «sualtı  ev»in içərisində  su daha yüksək  temperaturda  qaynayır,  xəmir 
şişmir,  qazlı  suların  içərisindəki  qaz  qovuqcuqları  yuxarı  qalxmaq  əvəzinə 


 
 
 
 
60 
butulk
anın  dibinə  çökürlər,  «qızartma»  xörəkləri  hazırlamaq  mümkün  deyil, 
bişirilmiş  xörəklər soyuq olur, siqaret yandırmaq  mümkün  olmur,  akvanavtlar 
dodaqların ı bir yerə yığaraq fit çala bilmirlər və s., və i., 
... Bel
ə güman edirəm ki, «sualtı ev» mövzusuna bu kitab həcmində burada son 
qoymaq olar v
ə yenidən qayıdaq saturasiya suyadalmaların a və belə suyadalmaları 
mümkün ed
ən Dərinlik Dalğıc Komplekslərinə (DDK). 
Yuxarıda  qeyd  etdiyim  kimi,  bu  işlərin də  başlanğıcında  fransızlar  dayanır.  İlk 
d
əfə  «sualtı  ev»i gəminin göyərtəsində  yerləşdirən  «Komeks»  kompaniyasının 
yaradıcısı Anri Deloz olmuşdur. Bir qədər bu şəxs haqqında... 
1952-1955-ci ill
ərdə  J.İ.Kusto  ilə  birlikdə  çalışan  Anri  Deloz  1955-ci ildən 
s
ərbəst olaraq, dalğıc və hidronavt (sualtı aparatlarda suya dalan şəxs) peşələrinin 
inc
əliklərinə  yiyəlenməyə  başlayır.  «Arximed»  və  «FNRS-3»  fransız  batiskafların 
da 50-d
ən çox 5-9 min metr dərinliklərə dalma həyata keçirən A.Deloz «Dünyada 
ən dərin  fransız»  fəxri adına  layiq  görülür.  Bundan  başqa,  belə  dalmalar  zamanı 
sualtı  dünya  haqqında  çəkdiyi filmlərə  və  müxtəlif Beynəlxalq  konfransda 
etdiyi maraqlı məruzələrə görə ona elmi derəce də verilir. 
1961-ci ild
ə  A.Deloz Dəniz  Ekspertizası  üzrə  kompaniya  yaradır.  «Komeks» 
(«COMEX») adlanan bu kompani
yanın ştatı yaradılanda cəmi 12 nəfərdən ibarət 
idi.  «Komeks»  yu
xarıda  qeyd  olunduğu  kimi,  saturasiya  (doyma)  üsulu  ilə  
su
yadalmaların    təcrübi cəhətdən həllini təmin edən kəşfin,  yəni bir növ «sualtı 
ev»  prinsipi il
ə  işləyən kompleksin gəminin  göyərtəsində  yerləşdirilməsini, 
akvanavtların    bu  kompleksdə  yaşamaqların  m  təmin edilməsi və  iş  müddətində 
n
əql aparatı ilə iş yerinə enmələri, dərinliyə uyğun müəyyənləşdirilmiş müddətdə iş 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə