Sairler indd



Yüklə 240 Kb.
Pdf görüntüsü
səhifə10/21
tarix25.06.2018
ölçüsü240 Kb.
#51145
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

SƏS... SÖZ... RƏNG...
44
SAMİRƏ SƏMA
 (Samirə Camal qızı Bayramova) –
 1984-cü ildə  Gəncə  şəhərində doğulub.  
1991-2001-ci illərdə  Əhməd Cavad adına 2 
saylı orta məktəbdə orta, 2003-2008-ci illərdə 
Azərbaycan Texnologiya Universitetində ali 
təhsil alıb.  AYB-nin üzvüdür.  Şeirləri  bir sıra 
top lularda  dərc edilib. 
                      
      Bu gün mənə sən telefon açanda...
       Duman kimi həsrət qəmi çəkildi,
       Üz-gözümə işıq seli töküldü,
       Könlüm güldü, zülmət nuru büküldü,
       Bu gün mənə sən telefon açanda…
       “Salam”larım, “sağ ol”lara qarışdı,
        Kəlmələrim noğullara qarışdı.
        Gerçəkliyim nağıllara qarışdı,
        Bün gün mənə sən telefon açanda…
  
        Ürəyimdə bir eşq odu qalandı,
        Arzularım arzulara calandı,
        Günəş enib başım üstə dolandı,
        Bu gün mənə sən telefon açanda…
        Dəstək mənim əllərimdə titrədi,
        Soyumuşdu, qaynar təbim kükrədi,
        Sevincimdən ayaqlarım büdrədi,
        Bu gün mənə sən telefon açanda…
        Mən sözümü… mən özümü bilmədim.
        Bir an, gecə-gündüzümü bilmədim,
        Tanrı verən nemətdimi, bilmədim.
        Bu gün mənə sən telefon açanda.


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
45
SƏRVƏR KAMRANLI
(Sərvər Rəhman oğlu  Kamranlı) – 
12.03.1987-ci ildə Yardımlının Dağüzü 
kəndində    doğulub. Dövri mətbuatda  şeirləri 
və hekayələri ilə  çıxış edir. Bir neçə kitabın 
həmmüəllifdir.    DGTYB-nin, Gənc Ədiblər mək-
təbinin üzvü, “Bizim.info” saytının redaktorudur.
Hazırda BSU-nun Yaradıcılıq fakultəsində 
təhsil alır.
   Doğulandan sonra...
…Öncə dörd əllə yapışarsan yerdən,
Sonra yıxıla-dura qalxarsan...
Qalxarsan, gözün yerlə doymaz.
ayaq açarsan yerə,
əl açarsan göylərə…
Ayaqlarınla yerdən, əllərinlə göydən tutmaq istərsən…
İstərsən... Eşqə düşərsən.
Gah yerdəkiləri sevərsən, gah göydəkini…
Sevərsən tapdadığın torpağı...
dünyanın belində fırlanarsan bir oxun ətrafında.
Günəşə çatmaq üçün hərəkətin hız alar,
diləyin qanad açsa,
dəyişər məsafələr,
yorulmazsan...
tərk etmək istərsən dünyanın tərkini,
fırlana-fırlana dövr eyləyərsən...
canlı, cansız – hər nə var, fırlanır, zatən,
düşünüb, təsəlli taparsan, təntiməzsən...
…Nəhayət, gün gələr –
ansızın, biri alar səni dünyanın əlindən...
Diləklər gerçək olar,
o vaxt
sevincdən bölünərsən –
özün yerdə qalarsa, ruhun çıxar göylərə...
yerlər özünün olar, göylər ruhunun...


SƏS... SÖZ... RƏNG...
46
Nə ola, bu dünya 
bir yuxu ola...
Yaman usanmışam, tənbəl olmuşam,
Ta heç kim tanımır bu gənc qoçağı.
Yuxuma bir gözəl girəndən bəri,
Yuxudan qalxıram günorta çağı.
Yuxuda görürəm bizdən danışır,
Daha gizli-gizli Günəş də, Ay da.
Bir dəli adamın “kənd” ürəyində,
Sevgi yaşayırmış bir ölkə boyda...
Yerlər də asıla göyün üzündən,
Göylərin qoynunda yuxusu gələ.
Nə ola bu dünya bir yuxu ola,
Bizim sevgimiz də yuxuda ölə...
Rahat  olasan
Durasan ayağa... özün-özünə,
Bir əlac qılasan, rahat olasan.
Yazanın əlindən... qanı qaralmış,
Qələmin alasan, rahat olasan.
Artırıb sevincin, dəmin sayını,
Verəsən kədərin, qəmin payını.
Tapasan dərdlərin şah sarayını,
Taxtından salasan, rahat olasan.
Əzab qan ağlaya, gözlərin sıxa...
Ömürdən getməyə yaman darıxa...
Kədər qız cildində qarşına çıxa,
Saçını yolasan, rahat olasan...
Yerdə gün atılır ömürdən hələ...
Göylərin adama yazığı gələ...
Asa yaxasından... yağmasan belə,
Buludtək dolasan, rahat olasan.


Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
47
SƏXAVƏT KƏLBƏCƏRLİ
(Səxavət Ellaz oğlu Süleymanov) –
1985-ci ildə  Kəlbəcərin Zal kəndində 
doğulub. Gəncə Humanitar Kollecini bitirib. 
“Mənim ürəyimi sən yaşadırsan”adlı    şeirlər 
kitabı gün üzü görüb
                   Önündə, 
                   KƏLBƏCƏR yazıla, gülüm
Ötə bu günlərdən on il, on beş il,
Həyat axarında, yerbəyerində.
Haçansa yığışaq söz işığına,
Görüşək Bakıda günün birində.
Ürəkdən dərdləşək, danışaq, gülək,
Bir az da kövrələk, alışaq sönək...
Geriyə qaytarıb ömürün çarxını,
Səni incitdiyim günlərə dönək...
Deyəm ki, düşünmə unutdum səni,
Hər zaman qəlbimdə səni anmışam.
Məhəbbət gəncliyi dəliləşdirir,
Bir az yaşa dolub ağllanmışam...
Deyəm ki, gec oldu, gəl, sağollaşaq,
Dil aça üzündə, gözündə kədər...
Deyəsən, gedəndə zəng elə mənə,
Səni otürəcəm vağzala qədər...
Nisgil... ayrlığın məkanı vağzal...
Sənə zəng eləyəm səhər onbirdə.
Deyəm, telfonda, gəl, sağollaşaq –
Sən niyə əziyyət çəkirsən bir də...
Yox!.. deyib, gələsən, bir az ötməmiş,
Dost kimi boynuma dolana qollar...
Kədərdən titirəyən həzin səsinlə
Mənə söyləyəsən: uğurlu yollar...
Mənə dünya boyda bir zənbil verib,
Götürəm istini, buz əllərimlə...
Deyəsən, bax, acsan, yolda yeyərsən,
Özüm bişirmişəm, öz əllərimlə...
Baxışlar insanın qəlbin boşaldır,
Ürəklər ovunur söz ilə, Gülüm.
Minəm bir maşına, sənə əl edəm,
Önündə Kəlbəcər yazıla, Gulum...
Mənim
Göy çəməndə yaz şehinə
Bələn, arzularım mənim.
Tanrı sizi kövrəltməsin
Gülən arzularım mənim.
Yenə çatıb qəm qaşını
Atmadınız qəm daşını...
Xəyalıyla qəm yaşını
Silən arzularım mənim.


Yüklə 240 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə