Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
3
Ön söz yerinə
Estetik dəyərlərin harmoniyası... – Bu,
bütün dövrlərdə toplumda
diqqət mərkəzində yer alan bir məsələ olmayıb, amma bu harmoniya
bir qanunauyğunluq kimi bəşər tarixinin bütün aşamalarında mövcud
olub. Ədəbiyyat, musiqi, təsviri sənət bəşəriyyətin ibtidai dövrlərindən
başlayaraq, müəyyən harmoniya ilə inkişaf edir. Bu günkü gəncliyi həmin
har moniyanı dərkə çağırış, onların diqqətini bu önəmli mövzuya yönəltmək,
konkret layihə çərçivəsində tədbirlər həyata ke çirmək təqdirəlayiq işdir.
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) bu sahədə atdığı ilk addım
gələcəkdə incəsənət sahələrinin qarşılıqlı yaradıcılıq ilişkilərinə çox əla-
vələr edə cək, ümumilikdə ədəbi-mədəni ilişkilərin
intensiv ləş məsinə, yeni
bir məzmun qazanmasına öz töhfəsini verəcəkdir.
Estetik zövqü müəyyənləşdirən çoxsaylı amillər içərisində konkret
yaradıcılıq sahələrinin – musiqinin, təsviri sənətin və ədəbiyyatın üzvi
bağlılığı elə durumdadır, onlardan biri həmi şə, (ixtiyarsız olaraq) digərini
xatırlatmağa xidmət edir. Biri digərini öz mahiyyətində yaşadır. Çünki,
şair kimi bəstəkar da, rəssam da ahəngin övladıdır, onları həyəcanlandıran,
yaradıcı təxəyyülünü hərəkətə gətirən,
yaratmağa sövq edən amillər,
səbəblər eynidir. Böyük bəstəkar Frans Şubert deyirdi, “yaxşı musiqi
əgər təkcə yaxşı musiqidirsə, o yaxşı musiqi ola bil məz.” Bu fikir belə
bir həqiqəti diqtə edir ki, yaxşı musiqi bizim xəyallarımızı alıb uzaqlara
aparırsa, düşüncələrimizə ye
ni nəsnələr əlavə edirsə, yaddaşımızda
bir roman qədər dərin iz buraxırsa, o ədəbiyyat kimi zəngin və geniş
məzmunludur... Yaxud konkret həyat lövhələrini
bütün rəngarəngliyi ilə
göz lərimiz önünə gətirirsə, burada yaxşı musiqi, həm də rəs sam lıqdır...
Eyni paralelləri bədii fikrin, yaxud rəssamlığın digər in cə sənət sahələri
ilə ilişkisi baxımından da yorumlamaq olar. Tə biətdən doğma səsləri ayırıb
müəyyən ahəngə gətirən, bu ahən gi təntənəli surətdə topluma təqdim edən,
insan düşüncəsinə sözlərlə təsir göstərən şair də, bu səsləri rənglərin dili
ilə danışdıran
rəssam da, onları notlara köçürən bəstəkar da eyni məharətin
sahibidir... Təsadüfi deyil ki, dünya mədə niyyəti tarixində ədəbi istedadı
ilə tanınan böyük sənətçilər incəsənətin digər sahələrində də məharət
gös təriblər. Görkəmli rus yazıçısı A.S.Qriboyedov həm də bacarıqlı
bəstəkar ol muş dur. Onun yazdığı valslar indi də çalınmaqdadır. M.Y.Ler-
montov həm də mükəmməl karikatura ustası idi. Yapon ədə biyyatının
görkəmli nümayəndəsi, Nobel ödülçüsü K.Yasunari həm də rəssam tə-
SƏS... SÖZ... RƏNG...
4
xəyyülü, peşəkar fotoqraflıq məharəti ilə ta nınırdı. Və fatından sonra onun
Kamakuradakı evindən ta pı lan, yazıçının pərəs tiş karlarını daha bir istedadı
ilə heyrətdə qoyan çoxsaylı əsərləri bunun bariz örnəyidir. Yaxud da,
rəssamlıq, bəstəkarlıqla yanaşı ədəbi yaradıcılıqla
məşğul olan sənətçilər
çox olmuşdur. Tanınmış rus rəssamı V.Q.Perov həm də yazıçı idi. Onun
Moskva həyatından bəhs edən hekayələri dəyərli bədii örnəklər kimi dönə-
dönə çap edilib. J.J.Russo həm yazıçı, həm bəstəkar, həm də böyük filosof
kimi tanınırdı. A.Kunanbayev yazıçılıqla yanaşı bəs təkarlıqla da məşğul
olub. Böyük Azərbaycan bəs təkarı Üzeyir bəy Hacıbəyli həm də böyük
yazıçı və tənqidçi idi. Bu kimi misalların sayını yetə rin cə artırmaq olar.
Qeyd etdiyimiz faktlar bir daha isbat edir ki, sənət sevgisi heç bir
məhdudiyyət tanımır. Bu
sevginin kökü, qaynağı birdir. Emil Zolyanın
yazdığı kimi, “incəsənət insan duyğusunun süz gəcindən keçmiş təbiətdir”.
Bədii sənətin də, rəssamlığın da, musiqinin də cövhərində təbiət var. Buna
görə də, onların har moniyası təbiətin özü qədər təbii və zəruridir. Lakin
burada çox incə bir nüansı da nəzərdə saxlamaq lazımdır ki, estetik də-
yərlərin harmoniyası eyni zamanda, millilik amilinə söy kən məlidir. Milli
özülü, dayağı olmayan, millilikdən uzaq düşən sənət həqiqi sənət deyil,
onun cövhərində bir sünilik, sax ta karlıq var... və belə bir sənət inkişaf
yolunda çox uzağa gedə bilməz. O əsər böyük uğur qazana bilir ki, o millidir.
Sənətin bəşəriliyə gedən yolu məhz millilikdən keçir.
Milli olmayan əsər
ümumbəşəri miqyasda nüfuz qazana bilməz. Yaradıcı gəncliyi ilk növbədə
bu önəmli məziyyətə diqqət yetirməyə yönəltmək lazımdır.
Çağdaş dövrdə bəzən çox əcaib əsərlərlə qarşılaşırıq. İstər rəssamlıqda,
musiqidə, istərsə də ədəbiyyatda özünü ifrat dərəcədə göstərən yad ünsürlər
gənclərimizdə sənətə ehtiram, rəğbət əvəzinə, ikrah hissi yarada bilər. Öz
yaradıcı “mən”ini son dərəcə fərqli ifadə etmək, seçilmək tendensiyasından
irəli gələn bu əllaməçilik getdikcə geniş yayılır. Başqalarından daha fərqli
düşündüyünü qabarıq nəzərə çatdırmaq, daha orijinal,
elitar səviyyəli
sənətçi olduğuna inandırmaq cəhdi belə yanlışlıqlara yol açır. Bir önəmli
cəhət unudulur ki, gələnək üzərində boy atmaq, millilikdən qaynaqlanıb
yüksəlmək bütün dövrlərdə incəsənətin orijinallığını təmin edib, onun
təzə-tər görünməsinə stimul verib. Müxtəlif sənət cərəyanlarının ma-
hiyyətini dərk etmədən öz təxəyyülünü hansısa “...izmlər”in çərçivəsinə
qapatmaq, Qərbin əldə etdiklərinə qondarma isti nadlar, yaratdığın əsəri
əlaqəsiz surətdə, yerli-yersiz müəyyən istiqamətin örnəyi kimi təqdim
etmək... bütün bunlar yaradıcı insanın həqiqi sənət yolunu tapmasına