|
Sairler inddƏdəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
65
YUSİF NAZİM ƏRƏBSOY
(Yusif Ağaəhməd oğlu Məmmədov) –
10 oktyabr 1988-ci ildə, Şamaxının Ərəbqə-
dim kəndində doğulub. Bakıdakı Fizika-riya-
ziyyat və informatika təmayüllü liseyin 2006-cı
il məzunudur. İqtisadiyyat Kollecini isə 2012-
ci ildə bitirib. «Şou dünya» adlı satirik şeirlər
kitabı 2014-cü ildə işıq üzü görüb.
Sevmədiyin şəklin
Görüşmək çox tezdir, çox tezdir, xanım,
Qoy bir az dərdindən üzülsün canım,
Qoy səni bir az da əlçatmaz sanım,
Hələ istəmirəm sarılım sənə...
Könül bağçasında sevgi gülün dər,
Ömrünün ən gözəl ayın, ilin dər.
Mənə sevmədiyin şəklini göndər,
Qoy baxım, bir az da vurulum sənə.
Qovuşaq, vüsalın yükün daşıyaq,
Bu eşqin incələn tükün daşıyaq.
Gəl indi bir yerdə ömür yaşayaq,
Səndən bezim, bezim... darılım sənə...
“G”-nın fərqi
“Gecə” sözündəki “G” hərfi,
«Gündüz» sözündəki «G» hərfindən tam fərqlidir.
Biri
zülmətin
başlanğıcıdır, digəri aydınlığın.
Sənin dilindəki “sevirəm” sözüylə,
mənim dilimdəki “sevirəm” sözü də belə fərqlidir.
Həm də, bu söz sənin dilində, mənimsə qəlbimdədir.
SƏS... SÖZ... RƏNG...
66
Gözünə dəymir
Qəzaya uğramır söz qatarımız,
Sözüm dodağının sözünə dəymir.
Görünür xoşbəxtsən bu ayrılıqdan,
əllərin başına, dizinə dəymir...
Könlün aldanıbdı yalan sözlərə,
Gözlərin dikilib saxta gözlərə.
Üzün söykənibdi yaltaq üzlərə,
Çoxdandır nəfəsim üzünə dəymir.
Həyatda ölümün yaddaşı kimi,
Yusif ayaq üstə baş daşı kimi.
Dənizdə balığın göz yaşı kimi,
Mənim ağlamağım gözünə dəymir.
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
67
ZAMAN NURANİ
(Zaman Mahir oğlu Məmmədov) –
5 aprel 1982-ci ildə Bakıda doğulub. Orta
təhsilini paytaxtın Nizami rayonundakı 70 saylı
orta məktəbdə alıb. Ailəlidir, bir övladı var.
Olub
Mən aclıq, susuzluq keçirməmişəm,
Həmişə bir tikə çörəyim olub.
Neçə hisslərimi köçürməmişəm,
Xalqıma çox arzu, diləyim olub.
Bir quru salamdan çox ummamışam,
Bilərək qəlblərə toxunmamışam;
Dönmüşəm nağıla, oxunmamışam,
Puç olan zəhmətim əməyim olub...
Fələk qarışdırıb köz dərdlərimə,
Deyir, alovlanma, döz, dərdlərimə;
Qatıb dərdlərini öz dərdlərimə,
El üçün ağrıyan ürəyim olub...
Arzular böyükdur, dünya fanidir,
Ömrün bahar vaxtı qəlb Nuranidir,
Bircə Yaradnım məndən halidir,
Şükür ki, həmişə köməyim olub.
SƏS... SÖZ... RƏNG...
68
ZAUR SAHİL
(Zaur Fazil oğlu Bağırov) –
22 iyun 1988-ci ildə Dağıstanın Kaspiysk
şə hərində doğulub. 1994-2005-ci illərdə Cə-
lilabadın Astanlı kənd orta məktəbində təhsil
alıb. Hərbçidir.
Ədəbi yaradıcılığa məktəb illərindən
başlayıb. İlk mətbu şeiri “Ana” 2006-cı ildə
“Sözün işığı”(Cəlilabad) dərgisində yayınlanıb.
“Nə yamanmış yetimliyin ağrısı” adlı ilk kitabı
2012-ci ildə gün üzü görüb. 2006-cı ildən dövri
mətbuatda çap olunur. 2013-cü ildən Gənc
Ədiblər Məktəbinin, 2014-cü ildən DGTYB-nin üzvüdür.
Saxla görüm
Ay bizi havalı edən,
Dumanı saxla, görüm.
Ucuzu bahalı edən,
Zamanı saxla, görüm.
Əl qıranın əlindən,
Səhv deyənin dilindən,
İnsanın əməlindən,
Yamanı saxla, görüm.
Qoyma güllər soluxsun,
Qoyma gözlər doluxsun,
Qoyma kimsə darıxsın,
Gümanı saxla, görüm...
* * *
Niyə xəyal kimisən,
Niyə gerçək olmursan?
Yoxsa, gedib dünyadan,
Yenidən doğulursan..?
Unutmağa gəlmişdim,
Unutmağın adı yox.
Kədərini nuş etdim,
Kədərinin dadı yox...
Özümü öldürəcəm,
Başdaşım sən olarsan.
Ölümü güldürəcəm,
Göz yaşım sən olarsan
May 2015, Bakı
Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik...
69
MUSİQİ DÜNYASI
FƏRİD FƏTULLAYEV –
7 oktyabr 1991-ci ildə Bakı şəhərində
doğulub. İlk musiqi təhsilini forte-piano
ixtisası üzrə Qara Qarayev adına 8 saylı
musiqi məktəbində alıb və təhsilini daha
sonra Milli Təhlükəsizilik Nazirliyinin
Mədəniyyət Mərkəzinin nəzdindəki 11 illik
musiqi məktəbində davam etdirib. 2009-cu
ildə Azərbaycan Milli Konservatoriyasına,
Əməkdar İncəsənət Xadimi Bəstəkar Cəlal
Abbasovun bəstəkarlıq sinfinə daxil olub.
Təhsil aldığı illər ərzində bir sıra əsərlər
yazıb. Buraya müstəqil Azərbaycan Respublikasına həsr olunmuş
və solist , qiraətçi , xor və simfonik orkestr üçün nəzərdə tutulmuş
“Qədim Torpaq” kantatası, simfonik orkestr üçün “Memento” əsəri
və “Süita”, ansambl üçün “Oyuncaq Dükanı” əsəri, simli kvartet,
klarnet və f-no üçün “Ayın qarşısından keçən bulud karvanı” əsəri,
violin və f-no üçün “Elegiya”, f-no üçün 7 variasiya, Bəxtiyar
Vahabzadənin sözlərinə “Bu gecə” romansı , f-no üçün 20-ə yaxın
prelüd daxildir. Diplom işi olaraq isə ilk simfoniyasını təqdim
edib. Klarnet və f-no üçün yazılmış “Ayın qarşısından keçən bulud
karvanı” əsəri 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının gənc
bəstəkarların əsərlərindən ibarət Plenumunda (piano İlahə Sadıqzadə,
klarnet Nizami Zeynalov), “Simli kvartet” (violin I Elgün Ağazadə,
violin II Elgün Ağazadə, viola Üzeyir Mahmudbəyli, cello Murad
İbrahimov) və f-no prelüdləri (piano Leyla Əliyeva) isə 2013-cü ildə
Azərbaycan Bəstəkarlar İttifaqının gənc bəstəkarlarının kamera əsər-
lərindən ibarət Plenumunda ifa edilib. Qeyd edək ki, klarnet və f-no
üçün yazılmış “Ayın qarşısından keçən bulud karvanı” əsəri 2014-cü
il noyabr ayının 4-də Bəstəkarlar İttifaqının 80 illiyinə həsr olunmuş
musiqi festivalında Beynəlxalq Muğam Mərkəzində də ifa olunub
(piano: Leyla Əliyeva, klarnet Əməkdar artist Əziz Qarayusifli).
Dostları ilə paylaş: |
|
|