Sam-ın İcmali



Yüklə 5,14 Mb.
Pdf görüntüsü
səhifə14/17
tarix19.10.2018
ölçüsü5,14 Mb.
#74708
1   ...   9   10   11   12   13   14   15   16   17

SAM-ın İCMALI

  |   31     

  Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ilə bağlı aparılan müzakirələr 

və imzalanan protokollar yalnız Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin 

normallaşdırılması baxımından diqqəti cəlb etmir. Bu proses regional sabitlik baxı-

mından daha çox əhəmiyət kəsb edir. Belə demək mümkünsə bu proses böyük güclər 

arasında davam edən regional və qlobal geosiyasi oyunun bir parçasıdır. Dağlıq Qa-

rabağda işğal bitmədən sərhədlərin açılıb-açılmayacağı  yalnız Azərbaycan üçün de-

yil, digər oyunçuların Cənubi Qafqaz siyasəti və regional sabitlik üçün də vacibdir. 

  3.1. Gürcüstan müdafiəsiz qalar

  Bu  şərtlər  daxilində  Türkiyə-Ermənistan  sərhədlərinin  açılmasından  sadəcə 

Azərbaycan və Türkiyə deyil, müttəfiqləri Gürcüstan da zərər görə bilər. Ermənistanın 

işğalçı siyasət yürütməsindən qazanclı çıxan ölkələrdən biri də Gürcüstan olmuşdur. 

Xəzərin karbohidrogenlə zəngin yataqlarından hasil edilən qaz və nefti Qərbə daşıyan 

boru xətləri üçün Rusiya və İrana alternativ ən qısa və ən ucuz marşrut Ermənistan 

olsa da, Azərbaycanın torpaqlarını işğal etdiyi üçün bu üstünlüyü Gürcüstan onun 

əlindən  almışdır.  Gürcüstan  enerji  koridoru  rolunu  oynayaraq  həm  Qərb,  həm  də 

Türkiyə-Azərbaycan cütlüyü üçün daha da qiymətli olmuşdur. Bunun nəticəsində 

Rusiya-Gürcüstan münaqişəsində Türkiyə və Azərbaycan Rusiyanı dəstəkləməmiş, 

Qərb isə birmənalı olaraq Gürcüstanın tərəfindən çıxış etmişdir. Bu isə Rusiyanın 

Gürcüstana təzyiq siyasətinin uğursuzluğa düçar olması ilə nəticələnmişdir.  

  Məhz bu səbəbdən 2008-ci ilin avqust ayında baş vermiş müharibədən sonra Ru-

siyanın Gürcüstan siyasətinin əsas parametrlərindən biri bu ölkəni regionda təkləmək 

olmuşdur. Bir tərəfdən Azərbaycanın və Türkiyənin Gürcüstana dəstəyini azaltma-

ğa çalışan Rusiya digər tərəfdən şərq-qərb enerji və kommunikasiya xətləri üçün 

Gürcüstanın alternativi olan Ermənistanı fəallaşdırmağa çalışır. Türkiyə-Ermənistan 

sərhədləri  açılarsa,  Gürcüstan  geosiyasi  üstünlüyünü  Ermənistanla  bölüşmək 

məcburiyyətində qalacaqdır. Bu dəyişiklik Gürcüstana alternativ kimi Ermənistanın 

ortaya çıxması, Türkiyə və Qərbin Gürcüstana dəstəyinin azalmasına səbəb ola bilər.  

  Ermənistanın Dağlıq Qarabağı işğal etməsi onun sadəcə geosiyasi üstünlüyünü 

əldən verməsi ilə deyil, eyni zamanda, özünü Gürcüstandan asılı vəziyyətə salması 

ilə nəticələndi. İndi Ermənistan həm dünya, həm də Rusiya ilə əlaqələrini Gürcüstan 

vasitəsilə qurur. Ermənistanın Gürcüstandan asılılığı İrəvanın rəsmi Tbilisiyə qarşı 

təcavüzkar siyasət yürütməsinin və Gürcüstandakı separatçı erməniləri dəstəkləmə 

siyasətinin  qarşısında  bir  əngəldir.  Bundan  əlavə,  Gürcüstandan  asılı  olduğu 

üçün  Rusiyanın  tələblərinə  baxmayaraq,  İrəvan  Cənubi  Osetiya  və  Abxaziyanın 

müstəqilliyini tanımamışdır. Əgər Türkiyə-Ermənistan sərhədləri Dağlıq Qarabağda 

işğal bitmədən, yəni Ermənistan “ağıllanmadan” açılarsa, o zaman Ermənistan Gür-

III FƏSİL. 



“ERMƏNİ AÇILIMI”NIN REGİONA TƏSİRLƏRİ


32  |  

SAM-ın İCMALI 

cüstandan asılılığı azaldığı üçün Rusiyanın dəstəyi ilə Gürcüstana qarşı daha sərt bir 

siyasət yürüdər, oradakı separatçı erməniləri dəstəkləyər, Cənubi Osetiya və Abxazi-

yanın müstəqilliyini tanıya bilər. Bu isə Gürcüstanın Ermənistan və Rusiyaya qarşı 

müdafiəsiz qalması ilə nəticələnər, Türkiyə ilə Azərbaycan arasındakı bu həssas ölkə 

Rusiyanın nəzarətinə keçə və sabitlik pozula bilər. Gürcüstanda sabitliyin pozulması 

isə yalnız  bu ölkəyə deyil, bütün regiona da mənfi təsir göstərəcəkdir.

 

  3.2. Rusiya sərhədlərin açılmasına “qarşı deyil”



  Türkiyə-Ermənistan  sərhədlərinin  bağlı  olmasından  ən  çox  qazanclı  çı-

xan  tərəflərdən  biri  də  Rusiyadır.  Tək  səbəb  olmasa  da,

52

  Türkiyə-Ermənistan 



sərhədlərinin bağlı olması Ermənistanın Rusiyadan daha çox asılı vəziyyətə düşməsi 

ilə nəticələnmişdir. Bir tərəfdən Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşı 

çıxan  Rusiya,  digər  tərəfdən  iqtisadi  sahədə  Ermənistanı  özündən  asılı  vəziyyətə 

salmaq üçün bütün vasitələrdən istifadə etmişdir. Bunun üçün Ermənistan region-

dan təcrid olunmalı idi və bu səbəbdən də Rusiya Türkiyə-Ermənistan sərhədlərinin 

açılmasına qarşı çıxmışdır. Bəlkə də, Türkiyə Azərbaycanın etirazlarına baxmayaraq 

sərhədləri  aça  bilər,  amma  Ermənistan  Rusiyanın  razılığı  olmadan  sərhədləri  aça 

bilməz. Lakin Rusiya Türkiyə ilə Ermənistan arasında  protokolların imzalanmasını 

dəstəklədiyini bildirən ilk ölkələrdən biri olmuş, sərhədlərin açılmasına açıq dəstək 

vermişdir. Rusiyanın Türkiyə-Ermənistan sərhədlərinin açılması siyasətində mövqe-

yinin dəyişməsinin bir neçə səbəbi var.

  Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, Gürcüstanı təkləmək siyasətidir. İkin-

cisi, Türkiyə-Ermənistan  sərhədləri  açılarsa,  “Rusiyanın  Ermənistana  təsiri  azala-

caq” düşüncəsi nəzəri cəhətdən mümkün olsa da, təcrübədə bu ehtimal çox zəif gö-

rünür. Rusiya son 20 ildə Ermənistanın borclarına qarşı bütün strateji qurumlarını 

“satın  alaraq”  bu  ölkədəki  mövqeyini  gücləndirmişdir.  Bundan  başqa,  Rusiyanın 

Ermənistanda hərbi bazaları var və Ermənistan-Türkiyə, Ermənistan-İran sərhədləri 

Rusiya ordusu tərəfindən qorunur. Rusiya Ermənistanı özündən asılı vəziyyətə salan 

Dağlıq Qarabağ kartını əlində saxlayır. Yəni Rusiya həm müasir, həm də ənənəvi 

güc vasitələri ilə Ermənistanı özündən asılı vəziyyətə salmışdır. Ermənistana nüfuz 

etmək istəyən hər hansı bir güc Rusiya ilə razılaşmaq məcburiyyətindədir. Üçüncü-

sü, Rusiya şirkətləri Ermənistanda istehsal etdikləri malları ixrac edə bilmədikləri 

üçün itkillərlə üzləşirlər. Ermənistanda istehsal edilən malın xaricə satılması üçün 

isə  ən  münasib  yol  Türkiyədir.  Bu  məsələ  ilə  bağli  bir  neçə  fakt  səsləndirilib. 

Məsələn,  son  məlumata  görə,  Türkiyə-Ermənistan  arasındakı  Qars-Gümrü  dəmir 

yolunun  Ermənistandan  keçən  hissəsini  Rusiya  şirkəti  təmir  edəcəkdir.  Digər  bir 

məqam: Abdullah Gülün Ermənistan ziyarətində tərəflər arasında elektrik enerjisinin 

alqısı ilə bağlı müqavilə imzalanmışdır. Müqaviləyə görə, Türkiyə elektrik enerji-

sini  Rusiyanın  İnter  RAO  şirkətinin    işlətdiyi  Metsamor Atom  Elektrik  Stansiya-

52  Ermənistanın Rusiyadan asılı olmasının ən önəmli səbəbi Dağlıq Qarabağın işğalıdır.




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə